DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Pakistanda məsciddə partlayışda ölənlərin sayı 90-a çatıb

© AFP 2024 / MAAZ ALIPakistanın Peşavar şəhərində partlayış yerində
Pakistanın Peşavar şəhərində partlayış yerində - Sputnik Azərbaycan, 1920, 31.01.2023
Abunə olmaq
“Təhrik-e-Taliban Pakistan” terror təşkilatı məsciddə baş verən partlayışla bağlı məsuliyyəti öz üzərinə götürüb.
BAKI, 31 yanvar — Sputnik. Pakistanın Pişəvər şəhərində məsciddə baş verən terror nəticəsində ölənlərin sayı 90-a çatıb.
Bu barədə "Radio Pakistan" məlumat yayıb.
Bildirilib ki, partlayışda yaralananların sayı 200-ü keçib. Terror hücumu nəticəsində yaralananlardan 100 nəfəri xəstəxanada müalicə olunur.
Hadisə yerində xilasetmə əməliyyatı davam edir.
Qeyd edək ki, “Təhrik-e-Taliban Pakistan” terror təşkilatı məsuliyyəti öz üzərinə götürüb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin sözçüsü Stephane Dujarric bildirib ki, Pakistanda terror hücumunun məsciddə - ibadət yerində baş verməsi xüsusi ilə iyrənclik doğurur.
Yazılı açıqlamada BMT Baş katibinin bu hücumu pislədiyi açıqlanıb, hadisə zamanı həlak olanların ailələrinə başsağlığı verilib.
Xatırladaq ki, Pakistan hökuməti və qeyri-qanuni "Təhrik-e-Taliban Pakistan" ötən il may ayının sonunda qeyri-müəyyən atəşkəs haqqında razılığa gəlib.
"Təhrik-e-Taliban Pakistan", ABŞ, Böyük Britaniya və Kanada hökumətləri tərəfindən terror qruplaşması elan edilib.
Müxtəlif qrupların nümayəndələrindən yaradılmış “Təhrik-e-Taliban Pakistan” Pakistan və Hindistan hökumətlərinə qarşı çıxır, öz təsirini bu dövlətlərin bir sıra ərazilərində genişləndirməyə çalışır.
Xəbər lenti
0