Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Muğanlı-İsmayıllı-Qəbələ on kilometrə yaxın qısalacaq

© Photo : Azerbaijan Highway State AgencyMuğanlı-İsmayıllı-Qəbələ yolunun yenidən qurulması
Muğanlı-İsmayıllı-Qəbələ yolunun yenidən qurulması - Sputnik Azərbaycan, 1920, 31.01.2023
Abunə olmaq
Mövcud ikizolaqlı yol genişləndirilərək dörd hərəkət zolağından ibarət olacaq.
BAKI, 31 yanvar — Sputnik. Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik, paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yol hesab olunan Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması davam edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Muğanlı-İsmayıllı-Qəbələ yolunun uzunluğu yenidənqurma nəticəsində 9,7 kilometr qısalaraq 76,8 kilometr təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.
Məlumata əsasən, Muğanlı-İsmayıllı-Qəbələ yolunun yenidən qurulması layihəsi çərçivəsində ilk 14 kilometrlik hissə geoloji və hidrogeoloji cəhətdən daha mürəkkəb və sürüşmələrə ən çox məruz qalan hissəsi hesab olunur. Bu səbəbdən yolun uzunömürlü və davamlı olması üçün sürüşməyə qarşı görülən tədbirlər çərçivəsində 4 ərazidə ümumi uzunluğu 4 kilometr olan svay istinad divarlarının, drenaj sistemlərinin tikintisi və digər mühəndis işlərinin icrası aparılır.
Yolun ilk 2 kilometrlik ərazisi Muğanlı qəsəbəsinə çatmamış mövcud yolun lokal sürüşmə sahəsindən əvvəl başlanıb, sözügedən qəsəbədən və qəsəbədən sonrakı enişdə aktiv sürüşmə sahəsindən yan keçməklə inşa edilir. Nəticədə Ağsu çayınadək və sonrakı hissədə yol yeni istiqamət üzrə yeni Ağsuçay körpüsü və tunel hesabına 2,5 kilometr qısalır.
© Photo : Azerbaijan Highway State AgencyMuğanlı-İsmayıllı-Qəbələ yolunun yenidən qurulması
Muğanlı-İsmayıllı-Qəbələ yolunun yenidən qurulması - Sputnik Azərbaycan, 1920, 31.01.2023
Muğanlı-İsmayıllı-Qəbələ yolunun yenidən qurulması
Hazırda layihənin ilk 7 kilometrlik hissəsində texnoloji ardıcıllığa uyğun olaraq torpaq işləri, qazma, əks-dolğu, yol yatağının tikintisi yerinə yetirilir. Həmçinin mühəndisi qurğular, ümumi uzunluğu 180 metrdən çox olan dairəvi və düzbucaqlı suötürücülər inşa olunur.
Layihənin başlanğıcında mövcud yolla kəsişmədə nəzərdə tutulan dairənin və dairədən Muğanlı istiqamətində olan yeni yolun tikintisi davam edir, bu hissədə ərazidə suların yolun altından ötürülməsini təmin etmək məqsədilə düzbucaqlı suötürücülərin inşası da aparılır.
Layihə çərçivəsində ərazidə mövcud qruntun qazılaraq layihə səviyyəsinə endirilməsi və yamacların eroziyadan mühafizəsi üçün bərkitmə işləri görülür. Bunun üçün yamaclara xüsusi material sərilir, yaşıllıqların yaradılması üçün üzərinə lazımi qalınlıqda münbit torpaq qatı verilməsi davam edir.
© Photo : Azerbaijan Highway State AgencyMuğanlı-İsmayıllı-Qəbələ yolunun yenidən qurulması
Muğanlı-İsmayıllı-Qəbələ yolunun yenidən qurulması - Sputnik Azərbaycan, 1920, 31.01.2023
Muğanlı-İsmayıllı-Qəbələ yolunun yenidən qurulması
Yolun 1-3-cü kilometrlik hissəsində sürüşməyə qarşı, qruntun dayanaqlığının təmin olunması məqsədilə svay bərkitmə və beton rigellərin inşası işləri aparılır.
Layihələndirilən yolun 4,5-ci kilometrində 1200 metr uzunluqda və 76,5 metr hündürlüyündə böyük asma körpü inşa edilir. Körpünün dayaqlarında qazma və svay bərkitmə işləri, svayların bütövlük və statik testləri, həmçinin dayaqların bəzilərində bünövrələrin tikintisi aparılıb. Hazırda körpünün gövdə dayaqlarının inşası icra olunur.
Yolun Ağsuçayı üzərindəki körpüdən sonra qarşıya çıxan hündür dağdan uzunluğu 884 metr olan tunellə keçilməsi nəzərdə tutulur. Bu hissədə tunelin giriş portalın inşası yekunlaşıb, çıxış portalın tikintisi davam edir. Burada qazma işləri, həmçinin svay bərkitmə işləri aparılır. Tunelin giriş və çıxış hissələrində də xüsusi material sərilməklə yamaclar bərkidilir.
© Photo : Azerbaijan Highway State AgencyMuğanlı-İsmayıllı-Qəbələ yolunun yenidən qurulması
Muğanlı-İsmayıllı-Qəbələ yolunun yenidən qurulması - Sputnik Azərbaycan, 1920, 31.01.2023
Muğanlı-İsmayıllı-Qəbələ yolunun yenidən qurulması
Layihənin 55,5-76,6 kilometrlik Qəbələ hissəsində hazırda istinad divarları və körpülərin inşası işləri davam etdirilir.
Ümumilikdə yeni layihə üzrə 1 tunel, 1-i asma körpü olmaqla 8 böyük və 5 kiçik körpü də layihələndirilib. Belə ki, Girdmançay, Talıstançay, Ax-ox çayı, Göyçay çayı və Vəndamçay üzərində yerləşən 5 mövcud körpü 4 zolağa uyğun yenidən qurularaq genişləndirilir. Ağsuçay, Gülyançay və Dəmiraparançay çayları üzərində yerləşən 3 körpü isə trassanın dəyişdirilmiş yeni oxu üzərində 4 zolağa uyğun yenidən layihələndirilib. Bundan başqa, yol boyu kiçik dərələr üzərində yerləşən 5 körpü sökülüb yeni boru şəkilli kiçik körpülərlə əvəzlənir. Artıq Gülyançay və Qurudərə çayları üzərində körpülərin tikintisi yekunlaşıb. Digər körpülərin inşası üzrə işlər də icra olunur.
Qeyd olunub ki, respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş bu yolun yenidən qurulması Prezident İlham Əliyevin tapşırığına əsasən layihələndirilib.
Xəbər lenti
0