https://sputnik.az/20230131/merkezi-bank-banklarin-dollara-telebin-azalmasinin-sebebini-aciqlayib-451270001.html
Mərkəzi Bank bankların dollara tələbin azalmasının səbəbini açıqlayıb
Mərkəzi Bank bankların dollara tələbin azalmasının səbəbini açıqlayıb
Sputnik Azərbaycan
Profisitli tədiyə balansı ölkənin strateji valyuta ehtiyatlarının artması və valyuta bazarında təklifin genişlənməsilə müşayiət olunur - Mərkəzi Bank 31.01.2023, Sputnik Azərbaycan
2023-01-31T19:05+0400
2023-01-31T19:05+0400
2023-01-31T19:05+0400
mərkəzi bank
iqtisadiyyat
https://cdnn1.img.sputnik.az/img/07e5/06/08/427157828_0:286:3011:1980_1920x0_80_0_0_70fa857dee77906e4ba82e202252cd45.jpg
BAKI, 31 yanvar — Sputnik. Mərkəzi Bank (AMB) bankların valyuta hərraclarında dollara tələbinin azalmasının səbəbini açıqlayıb. Mərkəzi Bankdan bildirilib ki, əlverişli beynəlxalq konyunktur və qeyri-neft ixracı potensialının artması şəraitində Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabında iri həcmli profisit yaranıb. Rəsmi statistikaya görə, tədiyə balansının cari əməliyyatlar hesabının əsas elementi olan xarici ticarət balansının profisiti 2022-ci ildə ötən illə müqayisədə 2.2 dəfə artaraq 23.6 mlrd. ABŞ dollarına çatıb. Profisitli tədiyə balansı ölkənin strateji valyuta ehtiyatlarının artması və valyuta bazarında təklifin genişlənməsilə müşayiət olunur. Mühüm məqamlardan biri odur ki, qeyri-neft sektoru üzrə ixracın həcmi 2022-ci ildə 12.3% artaraq 3 mlrd. ABŞ dollarına yüksəlib. Qeyd olunan məqamlar Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərinin satışı üzrə təşkil olunan valyuta hərraclarındakı tələb-təklif nisbətində də özünü göstərir. "Məhz bu amillər cari ilin 24 və 26 yanvar tarixlərində keçirilən valyuta hərraclarında valyuta alışı üzrə sifarişlərin verilməməsinin fundamental səbəbləri kimi çıxış edib" - deyə Mərkəzi Bankın açıqlamasında bildirilib. Qeyd edək ki, bundan əvvəl yanvarın 24-ü və 26-da keçirilən hərraclarda banklar Mərkəzi Bankdan dollar sifariş etməyib. 19 yanvar 2023-cü il tarixində isə Mərkəzi Bankda valyuta hərracında tələb 1,5 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. 17 yanvar 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracında tələb 18,7 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib (APA).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/08/427157828_164:0:2895:2048_1920x0_80_0_0_59c26546f7c11b2d7ea6073d6ee28b51.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
mərkəzi bank
Mərkəzi Bank bankların dollara tələbin azalmasının səbəbini açıqlayıb
Profisitli tədiyə balansı ölkənin strateji valyuta ehtiyatlarının artması və valyuta bazarında təklifin genişlənməsilə müşayiət olunur - Mərkəzi Bank
BAKI, 31 yanvar — Sputnik. Mərkəzi Bank (AMB) bankların valyuta hərraclarında dollara tələbinin azalmasının səbəbini açıqlayıb.
Mərkəzi Bankdan bildirilib ki, əlverişli beynəlxalq konyunktur və qeyri-neft ixracı potensialının artması şəraitində Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabında iri həcmli profisit yaranıb. Rəsmi statistikaya görə, tədiyə balansının cari əməliyyatlar hesabının əsas elementi olan xarici ticarət balansının profisiti 2022-ci ildə ötən illə müqayisədə 2.2 dəfə artaraq 23.6 mlrd. ABŞ dollarına çatıb. Profisitli tədiyə balansı ölkənin strateji valyuta ehtiyatlarının artması və valyuta bazarında təklifin genişlənməsilə müşayiət olunur. Mühüm məqamlardan biri odur ki, qeyri-neft sektoru üzrə ixracın həcmi 2022-ci ildə 12.3% artaraq 3 mlrd. ABŞ dollarına yüksəlib. Qeyd olunan məqamlar Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərinin satışı üzrə təşkil olunan valyuta hərraclarındakı tələb-təklif nisbətində də özünü göstərir.
"Məhz bu amillər cari ilin 24 və 26 yanvar tarixlərində keçirilən valyuta hərraclarında valyuta alışı üzrə sifarişlərin verilməməsinin fundamental səbəbləri kimi çıxış edib" - deyə Mərkəzi Bankın açıqlamasında bildirilib.
Qeyd edək ki, bundan əvvəl yanvarın 24-ü və 26-da keçirilən hərraclarda banklar Mərkəzi Bankdan dollar sifariş etməyib.
19 yanvar 2023-cü il tarixində isə Mərkəzi Bankda valyuta hərracında tələb 1,5 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
17 yanvar 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracında tələb 18,7 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib (APA).