Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Kartof və soğan niyə bahalaşıb - Növbəti aylarda qiymət necə olacaq?

© Sputnik / Alexey Malgavko / Mediabanka keçidKartof və soğan
Kartof və soğan - Sputnik Azərbaycan, 1920, 31.01.2023
Abunə olmaq
Bundan öncə 60 qəpiyə təklif edilən kartofun 1 kiloqramı hazırda təxminən 1,15-2 manata, 50-60 qəpiyə olan soğan isə hazırda 1-1,30 manata satılır.
BAKI, 31 yanvar — Sputnik. Son günlərdə paytaxt Bakıda kartof və soğanın pərakəndə satış qiyməti kəskin bahalaşıb.
Bundan öncə 60 qəpiyə təklif edilən kartofun 1 kiloqramı hazırda təxminən 1,15-2 manata, 50-60 qəpiyə olan soğan isə hazırda 1-1,30 manata satılır. Satıcılar bahalaşmanı mövsümlə əlaqələndiriblər. Onların sözlərinə görə, qış mövsümündə kartof və soğan anbarlarda tükənməyə başlayır və ona görə də qiymət qalxır.
Ötən il xeyli həcmdə soğan ixrac edilib
Aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a açıqlamasında son günlərdə kartof və soğanın bahalaşmasının əsasən mövsümlə bağlı olduğunu söyləyib. Onun fikrincə, digər səbəb isə ötən il xeyli həcmdə əsasən də soğanın ölkəmizdən Türkiyəyə ixrac edilməsidir. Ona görə anbarlarımız bir qədər boşalıb. İndi də məhsul vaxtı olmadığı üçün qiymət avtomatik qalxır.
Yaz aylarında təzə məhsul çıxanda qiymətlər düşəcək
Onun sözlərinə görə, qiymətlərin bundan sonrakı vəziyyəti anbarlardan asılıdır: "Əgər anbarlarda kifayət qədər məhsul olsa, ola bilər qiymət çox qalxmasın. Lakin yaz aylarında təzə məhsul çıxanda qiymətlər aşağı düşəcək".
"Ümumiyyətlə, Ukraynada baş verən hadisələr dünyada kartofun, soğanın, pomidorun, taxılın qiymətlərini bahalaşdırıb. Ukraynada əkin-biçin demək olar ki, dayanıb. Azərbaycan istehsalı daha da artıra bilər. Bazarı tənzimləmək üçün istehsalı artırmaq lazımdır"-deyə o qeyd edib.
İstehsalı artırmaq daha məqsədəuyğundur
Azərbaycanda yeni məhsulun çıxdığı dövrə qədər soğanın ixracına məhdudiyyət qoyulması təklifinə də münasibət bildirən ekspert deyib ki, bazarı tənzimləmək üçün bu addımı atmaq olar, lakin məhdudlaşdırmaqdansa, istehsalı artırmaq daha məqsədəuyğundur: "Fermerləri təşviq etmək lazımdır ki, daha çox məhsul istehsal etsinlər. Ölkəmizdə bu məhsulların istehsalını artırmaq üçün potensial var. Tərəvəz və meyvə bitkiləri əkmək sərfəlidir".
© Sputnik / Murad OrujovYarmarka: “Kənddən Şəhərə”
Yarmarka:  “Kənddən Şəhərə”  - Sputnik Azərbaycan, 1920, 30.01.2023
Yarmarka: “Kənddən Şəhərə”
Bu, son illərdə dekabr-yanvar ayları üçün xarakterik olmayan qiymətdir
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda da soğanın qiymətində ötən ilin dekabrından başlayan artım trendi yanvar ayında da davam edir. Hazırda soğanın 1 kiloqramının topdansatış qiyməti 70 qəpikdir. Bu da son illərdə dekabr-yanvar ayları üçün xarakterik olmayan qiymət səviyyəsidir.
"Ehtiyatların daha da artırılmasına ehtiyac var"
O qeyd edib ki, yeni soğan məhsulu aprel-may aylarında çıxır: "Yeni məhsulun çıxdığı dövrə qədər bizdə də soğanın ixracına məhdudiyyət qoyulmasına, idxal mənbələri hesabına ehtiyatların daha da artırılmasına ehtiyac var. Hazırda anbarlarda məhsul ehtiyatları mövcuddur".
Kartof ixracı azalıb
Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, kartof Azərbaycanın ixrac etdiyi əsas məhsullar sırasındadır. Belə ki, 2022-ci ildə ölkədən 35,1 milyon dollar dəyərində 78,3 min ton kartof ixrac edilib. Bu da 2021-ci illə müqayisədə dəyər ifadəsində 12,5%, həcm ifadəsində isə 15,1% azdır.
Azərbaycanda kartof istehsalı artıb
Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəmizdə kartof istehsalı artıb. Belə ki, keçən il Azərbaycanda 1 milyon 74,3 min ton kartof istehsal edilib ki, bu da 2021-ci illə müqayisədə 1,2% çoxdur. Ötən il məhsuldarlıq da qalxıb. Kartof yığımında məhsuldarlıq 190 sentner təşkil edib. 2021-ci illə müqayisədə məhsuldarlıq 3,3 sentner çoxdur.
Xəbər lenti
0