https://sputnik.az/20230131/fransani-buruyen-kutlevi-etirazlarin-miqyasi-boyuyur-451260773.html
Fransanı bürüyən kütləvi etirazların miqyası böyüyür - VİDEO
Fransanı bürüyən kütləvi etirazların miqyası böyüyür - VİDEO
Sputnik Azərbaycan
Fransanın Daxili İşlər Nazirliyi mümkün toqquşmalara qarşılıq ölkə üzrə təxminən 11 min polis əməkdaşını xidmətə səfərbər edib, onlardan 4 minini Parisdə... 31.01.2023, Sputnik Azərbaycan
2023-01-31T21:28+0400
2023-01-31T21:28+0400
2023-01-31T21:57+0400
fransa
dünya xəbərləri
https://cdnn1.img.sputnik.az/img/42282/86/422828625_0:76:3236:1896_1920x0_80_0_0_a0f7595f60838463c7a3617dffa4609c.jpg
BAKI, 31 yanvar — Sputnik. Fransada pensiya islahatına qarşı etirazlar, tətillər və nümayişlər davam edir. Fransa mətbuatının məlumatına görə, Fransada pensiya yaşının artırılmasına qarşı növbəti kütləvi etirazlar keçirilir. Etirazlar pensiya yaşının 62-dən 64-ə qaldırılmasına görə başlayıb. Bu gün ölkədə ictimai nəqliyyat və təhsil sahəsində çalışanlar etirazlara qoşulduğu üçün milyonlarla vətəndaş alternativ nəqliyyat vasitələri tapmalı, evdən işləməli və ya məktəb yaşlı uşaqlarına baxmaq üçün vaxt ayırmalı olub. Paris metrosu və şəhərətrafı dəmir yolu xidmətləri ciddi şəkildə məhdudlaşdırılıb. Fransanın Daxili İşlər Nazirliyi mümkün toqquşmalara qarşılıq ölkə üzrə təxminən 11 min polis əməkdaşını xidmətə səfərbər edib, onlardan 4 minini Parisdə yerləşdirib. "Le Parisien" qəzetinin məlumatına görə, Parisdəki yürüşə 2018-ci ildə başlayan "Sarı jiletlilər" hərəkatının 1000-1200 fəalı qatılacaq. Xatırladaq ki, yanvarın 19-da ölkədə təqaüd yaşının qaldırılmasına qarşı keçirilən aksiyalarda təqribən 1,1 milyon insan iştirak edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42282/86/422828625_505:0:3236:2048_1920x0_80_0_0_a1cb70e0e0803b1d7c2ca96e99d51bd9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
fransa
Fransanı bürüyən kütləvi etirazların miqyası böyüyür - VİDEO
21:28 31.01.2023 (Yenilənib: 21:57 31.01.2023) Fransanın Daxili İşlər Nazirliyi mümkün toqquşmalara qarşılıq ölkə üzrə təxminən 11 min polis əməkdaşını xidmətə səfərbər edib, onlardan 4 minini Parisdə yerləşdirib.
BAKI, 31 yanvar — Sputnik. Fransada pensiya islahatına qarşı etirazlar, tətillər və nümayişlər davam edir.
Fransa mətbuatının məlumatına görə, Fransada pensiya yaşının artırılmasına qarşı növbəti kütləvi etirazlar keçirilir. Etirazlar pensiya yaşının 62-dən 64-ə qaldırılmasına görə başlayıb.
Bu gün ölkədə ictimai nəqliyyat və təhsil sahəsində çalışanlar etirazlara qoşulduğu üçün milyonlarla vətəndaş alternativ nəqliyyat vasitələri tapmalı, evdən işləməli və ya məktəb yaşlı uşaqlarına baxmaq üçün vaxt ayırmalı olub.
Paris metrosu və şəhərətrafı dəmir yolu xidmətləri ciddi şəkildə məhdudlaşdırılıb.
Fransanın Daxili İşlər Nazirliyi mümkün toqquşmalara qarşılıq ölkə üzrə təxminən 11 min polis əməkdaşını xidmətə səfərbər edib, onlardan 4 minini Parisdə yerləşdirib.
"Le Parisien" qəzetinin məlumatına görə, Parisdəki yürüşə 2018-ci ildə başlayan "Sarı jiletlilər" hərəkatının 1000-1200 fəalı qatılacaq.
Xatırladaq ki, yanvarın 19-da ölkədə təqaüd yaşının qaldırılmasına qarşı keçirilən aksiyalarda təqribən 1,1 milyon insan iştirak edib.