https://sputnik.az/20230131/eczaciliq-senayesi-ve-qaz-habi-baki-ve-qahire-bir-birine-nece-faydali-ola-biler-451208514.html
Əczaçılıq sənayesi və qaz habı: Bakı və Qahirə bir-birinə necə faydalı ola bilər
Əczaçılıq sənayesi və qaz habı: Bakı və Qahirə bir-birinə necə faydalı ola bilər
Sputnik Azərbaycan
2024-cü ildə Qahirədə Azərbaycan-Misir Hökumətlərarası Komissiyasının altıncı iclasının keçirilməsi planlaşdırılır. Azərbaycan və Misir əməkdaşlığı... 31.01.2023, Sputnik Azərbaycan
2023-01-31T09:01+0400
2023-01-31T09:01+0400
2023-01-31T09:01+0400
əczaçılıq məhsulları
qaz
şəbəkə
avropa
azərbaycan
misir
təhlil
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1c/451136691_0:18:948:551_1920x0_80_0_0_cdf27cd68e1153bc2adb5a8d800f83c7.jpg
BAKI, 31 yanvar — Sputnik. Ötən həftənin sonunda Misir Prezidenti Əbdülfəttah Əs-Sisi Bakıda səfərdə olub. Səfər zamanı bir sıra rəsmi görüşlər, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevlə, iqtisadiyyat naziri Mikayıl Cabbarovla, həmçinin ölkənin biznes dairələri ilə görüşlər keçirib. Görüşlərdə ölkələr arasında iqtisadi əməkdaşlığın potensialı və qarşılıqlı əlaqələrin gələcək inkişaf perspektivləri qeyd olunub. Cabbarovun sözlərinə görə, bu gün Azərbaycanda Misir kapitalı ilə 51 şirkət fəaliyyət göstərir. Səfərin yekunlarına əsasən Əs-Sisi 2024-cü ildə Qahirədə iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Azərbaycan-Misir Hökumətlərarası Komissiyasının altıncı iclasını keçirməyi planlaşdırdığını bildirib. İki ölkə arasında qarşılıqlı fəaliyyətin mövcud əməkdaşlıq potensialı səviyyəsinə hələ çatmamasına baxmayaraq, Azərbaycan və Misirin iqtisadiyyatın bir sıra sahələrində bir-birinə faydalı ola biləcəyini qeyd etmək lazımdır. Əczaçılıq sənayesi - Misirdən dərman tədarükünün diversifikasiyası Məlum olduğu kimi, Azərbaycanda son vaxtlar bir sıra səbəblərə görə əczaçılıq məhsullarının qiymətində kəskin artım müşahidə olunur ki, bu da Ukraynadakı vəziyyətə görə tədarükün azalması, habelə bəzi hallarda tədarükçülərin alternativinin olmaması ilə əlaqədardır. Bundan başqa, Azərbaycanın Tarif (qiymət) Şurası ötən il 196 dərman vasitəsinin qiymətini qaldırıb. Ümumiyyətlə, Azərbaycan demək olar ki, tamamilə dərman vasitəsitələrinin idxalından asılıdır, çünki yerli əczaçılıq sənayesi əhalini tələb olunan dərman vasitələrinin ümumi payının 10%-dən çox olmayan hissəsini təmin edə bilir. Bu asılılıq, şübhəsiz ki, dünya qiymətlərindən birbaşa asılı olan ölkə daxilində dərmanların qiymətinə təsir göstərir. Misirdə tamamilə fərqli bir vəziyyət müşahidə olunur - bu gün Ərəb Respublikası özünü əczaçılıq məhsullarına olan ehtiyacla demək olar ki, 100% təmin edir və regionun ən böyük tədarükçüsüdür. Belə ki, Misir tibb sənayesi və dərman məhsullarının ixracı Şurasının məlumatlarına görə, ötən il respublikadan əczaçılıq məhsullarının ixracı 38,8% artaraq 958 milyon dolları təşkil edib. Ümumilikdə hesabata əsasən, əczaçılıq sənayesinin ixracı son üç il ərzində demək olar ki, 200% artıb. Bundan əlavə, bu sektor həm də investisiyaların cəlb edilməsi üzrə əsas sahələrdən biridir. Belə ki, yerli və xarici investisiyalar sayəsində bu gün Misirdə 158 əczaçılıq zavodu fəaliyyət göstərir ki, bu da ölkəni dərman istehsalı üzrə Ərəb və Afrika regionunda lider edir. Prezident Əl-Sisinin Bakıya səfəri zamanı o, Azərbaycan biznesinə Misirin əczaçılıq sənayesinə sərmayə qoymağı təklif edib ki, bu da əslində Azərbaycan bazarını əczaçılıq məhsulları ilə təmin etmək üçün də vacibdir. Misirdə ucuz işçi qüvvəsi, mövcud infrastruktur və yüksək ixtisaslı mütəxəssislərin olmasını olması səbəbindən dərman istehsalının nisbətən aşağı qiymətini nəzərə alaraq, Azərbaycan sonradan Misir dərmanlarını idxal edə bilər ki, bu da ölkəyə tədarükün diversifikasiyası ilə yanaşı, ölkənin daxili bazarında əczaçılıq məhsullarının qiymətini əhəmiyyətli dərəcədə azalda bilər. Misirin Türkiyənin qaz habında iştirakı Misir iqtisadiyyatının qeyri-neft-qaz sektorunun sıx inkişafına baxmayaraq, karbohidrogenlərin satışından əldə olunan gəlir hələ də ölkə büdcəsinin əsas gəlir mənbələrindən biridir. Belə ki, ötən ilin yekunlarına görə Misir mayeləşdirilmiş təbii qaz tədarükünü 5 dəfə artıraraq mayeləşdirilmiş təbii qaz (LNG) ixracından təxminən 8 milyard dollar qazanıb. Bununla yanaşı, ekspertlərin fikrincə, ölkədəki böyük ehtiyatlar və yeni yataqların işlənməsi üzrə həyata keçirilən mövcud layihələr sayəsində ölkə yaxın illərdə qaz hasilatını və ixracını artıra biləcək. Burada qeyd etmək lazımdır ki, dünya qaz bazarında mühüm hadisələrdən biri də Moskva və Ankaranın Türkiyədə qaz habı yaratmaq planları olub. Bu istiqamətdə işlər fəal davam edir və hazırda Türkiyə bu hab üçün bir sıra potensial tədarükçülərlə danışıqlar aparır. Boru kəməri qazı ilə yanaşı, qaz habının yaradılması üçün müxtəlif mənbələrdən LNG tədarükçüləri də nəzərdən keçirilir. Burada Misir qazının haba nəqlinin əsas maneəsi Türkiyə-Misir münasibətlərindəki soyuqluq ola bilər. Sirr deyil ki, Misirdə Əl-Sisinin hakimiyyətə gəlməsi ilə Rəcəb Tayyib Ərdoğan administrasiyası Ərəb Respublikası ilə münasibətləri kəsib. Təxminən 10 ildən sonra tərəflər dialoq aparmağa və münasibətləri yaxşılaşdırmağa hazır olduqlarını ifadə etmələrinə və Əl-Sisi ilə Ərdoğanın görüşməsinə baxmayaraq, iki ölkə arasındakı qarşılıqlı əlaqəni hələ də məhsuldar adlandırmaq olmaz. Qahirə ilə Ankara arasında hələ də soyuq münasibətlər fonunda Bakı Türkiyə ilə Misir arasında vasitəçi rolunu oynaya bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1c/451136691_56:0:948:669_1920x0_80_0_0_badf5cd8d1cf8b95d140a3f9145ab053.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
əczaçılıq məhsulları, qaz, şəbəkə, avropa, azərbaycan, misir
əczaçılıq məhsulları, qaz, şəbəkə, avropa, azərbaycan, misir
Əczaçılıq sənayesi və qaz habı: Bakı və Qahirə bir-birinə necə faydalı ola bilər
2024-cü ildə Qahirədə Azərbaycan-Misir Hökumətlərarası Komissiyasının altıncı iclasının keçirilməsi planlaşdırılır. Azərbaycan və Misir əməkdaşlığı iqtisadiyyatın hansı sahələri üzrə inkişaf etdirməlidir?
BAKI, 31 yanvar — Sputnik. Ötən həftənin sonunda Misir Prezidenti Əbdülfəttah Əs-Sisi Bakıda səfərdə olub. Səfər zamanı bir sıra rəsmi görüşlər, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevlə, iqtisadiyyat naziri Mikayıl Cabbarovla, həmçinin ölkənin biznes dairələri ilə görüşlər keçirib.
Görüşlərdə ölkələr arasında iqtisadi əməkdaşlığın potensialı və qarşılıqlı əlaqələrin gələcək inkişaf perspektivləri qeyd olunub. Cabbarovun sözlərinə görə, bu gün Azərbaycanda Misir kapitalı ilə 51 şirkət fəaliyyət göstərir.
Səfərin yekunlarına əsasən Əs-Sisi 2024-cü ildə Qahirədə iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Azərbaycan-Misir Hökumətlərarası Komissiyasının altıncı iclasını keçirməyi planlaşdırdığını bildirib.
İki ölkə arasında qarşılıqlı fəaliyyətin mövcud əməkdaşlıq potensialı səviyyəsinə hələ çatmamasına baxmayaraq, Azərbaycan və Misirin iqtisadiyyatın bir sıra sahələrində bir-birinə faydalı ola biləcəyini qeyd etmək lazımdır.
Əczaçılıq sənayesi - Misirdən dərman tədarükünün diversifikasiyası
Məlum olduğu kimi, Azərbaycanda son vaxtlar bir sıra səbəblərə görə əczaçılıq məhsullarının qiymətində kəskin artım müşahidə olunur ki, bu da Ukraynadakı vəziyyətə görə tədarükün azalması, habelə bəzi hallarda tədarükçülərin alternativinin olmaması ilə əlaqədardır.
Bundan başqa, Azərbaycanın Tarif (qiymət) Şurası ötən il 196 dərman vasitəsinin qiymətini qaldırıb. Ümumiyyətlə, Azərbaycan demək olar ki, tamamilə dərman vasitəsitələrinin idxalından asılıdır, çünki yerli əczaçılıq sənayesi əhalini tələb olunan dərman vasitələrinin ümumi payının 10%-dən çox olmayan hissəsini təmin edə bilir. Bu asılılıq, şübhəsiz ki, dünya qiymətlərindən birbaşa asılı olan ölkə daxilində dərmanların qiymətinə təsir göstərir.
Misirdə tamamilə fərqli bir vəziyyət müşahidə olunur - bu gün Ərəb Respublikası özünü əczaçılıq məhsullarına olan ehtiyacla demək olar ki, 100% təmin edir və regionun ən böyük tədarükçüsüdür.
Belə ki, Misir tibb sənayesi və dərman məhsullarının ixracı Şurasının məlumatlarına görə, ötən il respublikadan əczaçılıq məhsullarının ixracı 38,8% artaraq 958 milyon dolları təşkil edib. Ümumilikdə hesabata əsasən, əczaçılıq sənayesinin ixracı son üç il ərzində demək olar ki, 200% artıb.
Bundan əlavə, bu sektor həm də investisiyaların cəlb edilməsi üzrə əsas sahələrdən biridir. Belə ki, yerli və xarici investisiyalar sayəsində bu gün Misirdə 158 əczaçılıq zavodu fəaliyyət göstərir ki, bu da ölkəni dərman istehsalı üzrə Ərəb və Afrika regionunda lider edir.
Prezident Əl-Sisinin Bakıya səfəri zamanı o, Azərbaycan biznesinə Misirin əczaçılıq sənayesinə sərmayə qoymağı təklif edib ki, bu da əslində Azərbaycan bazarını əczaçılıq məhsulları ilə təmin etmək üçün də vacibdir.
Misirdə ucuz işçi qüvvəsi, mövcud infrastruktur və yüksək ixtisaslı mütəxəssislərin olmasını olması səbəbindən dərman istehsalının nisbətən aşağı qiymətini nəzərə alaraq, Azərbaycan sonradan Misir dərmanlarını idxal edə bilər ki, bu da ölkəyə tədarükün diversifikasiyası ilə yanaşı, ölkənin daxili bazarında əczaçılıq məhsullarının qiymətini əhəmiyyətli dərəcədə azalda bilər.
Misirin Türkiyənin qaz habında iştirakı
Misir iqtisadiyyatının qeyri-neft-qaz sektorunun sıx inkişafına baxmayaraq, karbohidrogenlərin satışından əldə olunan gəlir hələ də ölkə büdcəsinin əsas gəlir mənbələrindən biridir. Belə ki, ötən ilin yekunlarına görə Misir mayeləşdirilmiş təbii qaz tədarükünü 5 dəfə artıraraq mayeləşdirilmiş təbii qaz (LNG) ixracından təxminən 8 milyard dollar qazanıb.
Bununla yanaşı, ekspertlərin fikrincə, ölkədəki böyük ehtiyatlar və yeni yataqların işlənməsi üzrə həyata keçirilən mövcud layihələr sayəsində ölkə yaxın illərdə qaz hasilatını və ixracını artıra biləcək.
Burada qeyd etmək lazımdır ki, dünya qaz bazarında mühüm hadisələrdən biri də Moskva və Ankaranın Türkiyədə qaz habı yaratmaq planları olub. Bu istiqamətdə işlər fəal davam edir və hazırda Türkiyə bu hab üçün bir sıra potensial tədarükçülərlə danışıqlar aparır. Boru kəməri qazı ilə yanaşı, qaz habının yaradılması üçün müxtəlif mənbələrdən LNG tədarükçüləri də nəzərdən keçirilir.
Burada Misir qazının haba nəqlinin əsas maneəsi Türkiyə-Misir münasibətlərindəki soyuqluq ola bilər. Sirr deyil ki, Misirdə Əl-Sisinin hakimiyyətə gəlməsi ilə Rəcəb Tayyib Ərdoğan administrasiyası Ərəb Respublikası ilə münasibətləri kəsib. Təxminən 10 ildən sonra tərəflər dialoq aparmağa və münasibətləri yaxşılaşdırmağa hazır olduqlarını ifadə etmələrinə və Əl-Sisi ilə Ərdoğanın görüşməsinə baxmayaraq, iki ölkə arasındakı qarşılıqlı əlaqəni hələ də məhsuldar adlandırmaq olmaz.
Qahirə ilə Ankara arasında hələ də soyuq münasibətlər fonunda Bakı Türkiyə ilə Misir arasında vasitəçi rolunu oynaya bilər.