https://sputnik.az/20230131/derman-bazarina-nezaret-guclendirilecek---dovlet-xidmeti-451259610.html
Dərman bazarına nəzarət gücləndiriləcək - Dövlət Xidməti
Dərman bazarına nəzarət gücləndiriləcək - Dövlət Xidməti
Sputnik Azərbaycan
Elnur Bağırov deyib ki, dövlət tənzimləməsi şəraitində əksər hallarda rəqabət olmur və qiymət manipulyasiyası halları azalır. 31.01.2023, Sputnik Azərbaycan
2023-01-31T18:10+0400
2023-01-31T18:10+0400
2023-01-31T18:09+0400
dərman
cəmiyyət
tarif şurası
https://cdnn1.img.sputnik.az/img/07e5/06/1e/427352830_0:160:3072:1888_1920x0_80_0_0_efdd42651ca7e20dec72097cc055a9df.jpg
BAKI, 31 yanvar — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu il dərman vasitələrinin satışı bazarına nəzarəti gücləndirəcək. Bunu jurnalistlərə açıqlamasında Xidmətin rəis müavini Elnur Bağırov deyib. O bildirib ki, Azərbaycanda dərman vasitələrinin qiyməti dövlət tərəfindən tənzimlənir: "Dövlət tənzimləməsi şəraitində əksər hallarda rəqabət olmur və qiymət manipulyasiyası halları azalır. Bizə daxil olan şikayətlərdən görürük ki, istehlakçılar çox halda bioloji fəallığa malik qida əlavələrini dərman kimi qəbul edir və onların qiymətinin fərqli apteklərdə fərqli olmasından şikayət edir. Qeyd edim ki, bu məhsulların qiyməti dövlət tərəfindən tənzimlənmir və onların satışında azad bazar rəqabəti mövcuddur". Onun sözlərinə görə, Dövlət Xidmətinin səlahiyyətlərindən biri də odur ki, dərmanların tənzimlənən qiymətlərdən fərqli qiymətə satışlarının olub-olmamasına nəzarət etsin. Əgər belə olarsa, bu birbaşa qanun pozuntusu sayılır və tərəfimizdən müdaxilə edilir. "Bu il Dövlət Xidmətinin fəaliyyət istiqamətlərindən biri də odur ki, dərman vasitələri bazarını araşdıraq və bu sahədə hansısa qanun pozuntusu və ya sui-istifadə halları olduqda qanunvericiliyə uyğun tədbirlər görək. Bununla əlaqədar artıq təhlillər başlanılıb", - deyə o əlavə edib. Xatırladaq ki, Tarif (qiymət) Şurasının 28 dekabr 2022-ci il tarixində iclası keçirilib və müvafiq qərar qəbul edilib. İclasda yeni dövlət qeydiyyatına alınan daha 149 dərman vasitəsinin qiyməti təsdiq edilib və etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyinin rəyi nəzərə alınmaqla 202 dərman vasitəsinin qiymətində dəyişikliklər olunub. Bununla da, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin sayı 13642 təşkil edir və onların tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib. Onu da əlavə edək ki, istehlakçılar dərman vasitələri alan zaman qiymətlərin müəyyən edilmiş qiymətlərlə uyğunluğuna xüsusi diqqət yetirməlidirlər. Qiymətlərin düzgün tətbiq olunmaması halları ilə rastlaşdıqda, Xidmətin qaynar xəttinə (498-15-01, 498-15-04) müraciət edə bilərlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/1e/427352830_172:0:2903:2048_1920x0_80_0_0_2df27171540d7fa95c0b5e95a2076cc5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
dərman, tarif şurası
Dərman bazarına nəzarət gücləndiriləcək - Dövlət Xidməti
Elnur Bağırov deyib ki, dövlət tənzimləməsi şəraitində əksər hallarda rəqabət olmur və qiymət manipulyasiyası halları azalır.
BAKI, 31 yanvar — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu il dərman vasitələrinin satışı bazarına nəzarəti gücləndirəcək.
Bunu jurnalistlərə açıqlamasında Xidmətin rəis müavini Elnur Bağırov deyib.
O bildirib ki, Azərbaycanda dərman vasitələrinin qiyməti dövlət tərəfindən tənzimlənir: "Dövlət tənzimləməsi şəraitində əksər hallarda rəqabət olmur və qiymət manipulyasiyası halları azalır. Bizə daxil olan şikayətlərdən görürük ki, istehlakçılar çox halda bioloji fəallığa malik qida əlavələrini dərman kimi qəbul edir və onların qiymətinin fərqli apteklərdə fərqli olmasından şikayət edir. Qeyd edim ki, bu məhsulların qiyməti dövlət tərəfindən tənzimlənmir və onların satışında azad bazar rəqabəti mövcuddur".
Onun sözlərinə görə, Dövlət Xidmətinin səlahiyyətlərindən biri də odur ki, dərmanların tənzimlənən qiymətlərdən fərqli qiymətə satışlarının olub-olmamasına nəzarət etsin. Əgər belə olarsa, bu birbaşa qanun pozuntusu sayılır və tərəfimizdən müdaxilə edilir.
"Bu il Dövlət Xidmətinin fəaliyyət istiqamətlərindən biri də odur ki, dərman vasitələri bazarını araşdıraq və bu sahədə hansısa qanun pozuntusu və ya sui-istifadə halları olduqda qanunvericiliyə uyğun tədbirlər görək. Bununla əlaqədar artıq təhlillər başlanılıb", - deyə o əlavə edib.
Xatırladaq ki, Tarif (qiymət) Şurasının 28 dekabr 2022-ci il tarixində iclası keçirilib və müvafiq qərar qəbul edilib.
İclasda yeni dövlət qeydiyyatına alınan daha 149 dərman vasitəsinin qiyməti təsdiq edilib və etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyinin rəyi nəzərə alınmaqla 202 dərman vasitəsinin qiymətində dəyişikliklər olunub.
Bununla da, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin sayı 13642 təşkil edir və onların tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Onu da əlavə edək ki, istehlakçılar dərman vasitələri alan zaman qiymətlərin müəyyən edilmiş qiymətlərlə uyğunluğuna xüsusi diqqət yetirməlidirlər. Qiymətlərin düzgün tətbiq olunmaması halları ilə rastlaşdıqda, Xidmətin qaynar xəttinə (498-15-01, 498-15-04) müraciət edə bilərlər.