https://sputnik.az/20230131/cenubi-koreya-ucuz-rusiya-komurunu-almaga-baslayib-451247298.html
Cənubi Koreya ucuz Rusiya kömürünü almağa başlayıb
Cənubi Koreya ucuz Rusiya kömürünü almağa başlayıb
Sputnik Azərbaycan
"Argus Russian coal"ın hesabatına görə, Rusiya 2022-ci ildə Cənubi Koreyaya kömür tədarükünü 24% artırıb. 31.01.2023, Sputnik Azərbaycan
2023-01-31T22:41+0400
2023-01-31T22:41+0400
2023-01-31T22:41+0400
kömür
dünya xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1c/433612192_0:0:3421:1924_1920x0_80_0_0_98f55a40d272c94d725497106c1524cf.jpg
BAKI, 31 yanvar — Sputnik. Rusiya endirimlər sayəsində 2022-ci ildə Cənubi Koreyaya kömür tədarükünü 24% artıraraq (26,5 milyon tona qədər) bazarın əsas oyunçusu olan Avstraliyanı geridə qoyub. Bu barədə "Kommersant" "Argus Russian coal" hesabatına istinadən qeyd edib. Cənubi Koreya 2022-ci ilin ortalarından etibarən hər ay təxminən iki milyon ton idxal edərək Rusiyanın ucuz kömürünü almağa başlayıb. Bu arada, 2022-ci ilin nəticələrinə görə, Avstraliyadan Cənubi Koreyaya hər növ kömür idxalı 2021-ci illə müqayisədə 25% azalıb. Rusiya Cənubi Koreyanı dost olmayan ölkələr sırasına daxil edir. Ekspertlər bildirirlər ki, buna baxmayaraq, tədarükün artması endirimlər, rahat çatdırılma müddətləri və sərfəli fraxt tarifləri hesabına mümkün olub. Dekabrın sonunda FOB şərtləri ilə 6000 kkal olan Avstraliya kömürünün bir tonu 409,5 dollar, Rusiya kömürünün qiyməti isə iki dəfə ucuz (bir ton üçün 224 dollar) olub. Bu növ yanacağın əsas istehlakçılarının yerləşdiyi Asiya bazarlarında kömür qiymətləri qışda tələbatın azalması və Avropada enerji böhranının zəifləməsi səbəbindən bir neçə aylıq minimuma enir. İndoneziya və Avstraliya dünyada kömür ixracına görə liderdir. Rusiya isə üçüncü yerdə qərarlaşıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1c/433612192_186:0:2917:2048_1920x0_80_0_0_07badd1a5ffe466da4e21fe842cc95a2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kömür
Cənubi Koreya ucuz Rusiya kömürünü almağa başlayıb
"Argus Russian coal"ın hesabatına görə, Rusiya 2022-ci ildə Cənubi Koreyaya kömür tədarükünü 24% artırıb.
BAKI, 31 yanvar — Sputnik. Rusiya endirimlər sayəsində 2022-ci ildə Cənubi Koreyaya kömür tədarükünü 24% artıraraq (26,5 milyon tona qədər) bazarın əsas oyunçusu olan Avstraliyanı geridə qoyub.
Bu barədə "Kommersant" "Argus Russian coal" hesabatına istinadən qeyd edib.
Cənubi Koreya 2022-ci ilin ortalarından etibarən hər ay təxminən iki milyon ton idxal edərək Rusiyanın ucuz kömürünü almağa başlayıb. Bu arada, 2022-ci ilin nəticələrinə görə, Avstraliyadan Cənubi Koreyaya hər növ kömür idxalı 2021-ci illə müqayisədə 25% azalıb.
Rusiya Cənubi Koreyanı dost olmayan ölkələr sırasına daxil edir. Ekspertlər bildirirlər ki, buna baxmayaraq, tədarükün artması endirimlər, rahat çatdırılma müddətləri və sərfəli fraxt tarifləri hesabına mümkün olub. Dekabrın sonunda FOB şərtləri ilə 6000 kkal olan Avstraliya kömürünün bir tonu 409,5 dollar, Rusiya kömürünün qiyməti isə iki dəfə ucuz (bir ton üçün 224 dollar) olub.
Bu növ yanacağın əsas istehlakçılarının yerləşdiyi Asiya bazarlarında kömür qiymətləri qışda tələbatın azalması və Avropada enerji böhranının zəifləməsi səbəbindən bir neçə aylıq minimuma enir. İndoneziya və Avstraliya dünyada kömür ixracına görə liderdir. Rusiya isə üçüncü yerdə qərarlaşıb.