DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bilinən-bilinməyən görüşləri rus və ukraynalılar arasında Türkiyə təşkil edib - Çavuşoğlu

© AP Photo / Andreea AlexandruMövlud Çavuşoğlu, arxiv şəkli
Mövlud Çavuşoğlu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.01.2023
Abunə olmaq
Türkiyə xarici işlər naziri bildirib ki, Ərdoğan savaşın bitməsi üçün gecə-gündüz səylərini davam etdirir.
BAKI, 31 yanvar — Sputnik. "Bu gün burada Rusiya-Ukrayna arasında müharibənin necə sona çatdırılması ilə bağlı müzakirələr apardıq".
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir bildirib ki, savaşın bir gün mütləq masada bitəcəyinə inanır:
"Bəzi ölkələr bizdən səylərimizi daha da artırmağımızı istəyir. Ancaq bu müharibə davam edərkən belə əslində diplomatiyanın işlədiyini Prezident Rəcəb Tayyib Ərdoğanın fəaliyyəti ilə gördük. Bunun nümunələri taxıl sazişi, əsir mübadiləsi və sairdir. Bir çox bilinən-bilinməyən görüşləri rus və ukraynalılar arasında Türkiyə təşkil edib. Bu da diplomatiyanın işlədiyinin göstərilməsi baxımından çox önəmlidir. Ona görə də dostumuz Atilla Tilkiyə Prezidentimiz Rəcəb Tayyib Ərdoğanı Nobel Sülh Mükafatına namizəd göstərməsinə görə təşəkkür edirəm. Həqiqətən Ərdoğan savaşın bitməsi üçün gecə-gündüz səylərini davam etdirir. Biz bu səyləri davam etdirməsək, müharibə daha uzun müddət davam edə bilər".
Türkiyə XİN başçısı əlavə edib ki, Antalya Diplomatiya Forumunda Viktor Orbanı qarşılamaqdan məmnun olacaqlar.
Xəbər lenti
0