Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Banklar yenidən dollar almağa başlayıb - Hərrac

© AP Photo / Mark Lennihandollar
dollar  - Sputnik Azərbaycan, 1920, 31.01.2023
Abunə olmaq
Bundan əvvəl yanvarın 24-ü və 26-da keçirilən hərraclarda banklar Mərkəzi Bankdan dollar almamışdı.
BAKI, 31 yanvar — Sputnik. Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Mərkəzi Bankdan bildiriblər ki, hərracda tələb 29,5 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, bundan əvvəl yanvarın 24-ü və 26-da keçirilən hərraclarda banklar Mərkəzi Bankdan dollar sifariş etməyib.
19 yanvar 2023-cü il tarixində isə Mərkəzi Bankda valyuta hərracında tələb 1,5 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
17 yanvar 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracında tələb 18,7 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Xəbər lenti
0