https://sputnik.az/20230131/baki-sumqayit-avtobuslarinda-gedis-haqqi-ne-qeder-olacaqresmi-451269848.html
Bakı-Sumqayıt avtobuslarında gediş haqqı nə qədər olacaq?Rəsmi
Bakı-Sumqayıt avtobuslarında gediş haqqı nə qədər olacaq?Rəsmi
Sputnik Azərbaycan
Yeni qərarla Bakı-Sumqayıt (Sumqayıt-Bakı) avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik olacaq. 31.01.2023, Sputnik Azərbaycan
2023-01-31T17:17+0400
2023-01-31T17:17+0400
2023-01-31T17:19+0400
bakı-sumqayıt
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/41985/87/419858797_0:20:1599:919_1920x0_80_0_0_05565daac08d7f35d06054e53965d2f7.jpg
BAKI, 31 yanvar — Sputnik. Tarif (qiymət) Şurasının bu gün təsdiq etdiyi qərarla Bakı-Sumqayıt (Sumqayıt-Bakı) avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik olacaq. Bununla bağlı Sputnik Azərbaycan-a Tarif (qiymət) Şurasında məlumat verilib. Bildirilib ki, Bakı-Sumqayıt avtobus marşrutunda sərnişindaşıma xidməti üzrə tarif Bakı şəhərindən Sumqayıt şəhərinə qədər olan məsafəni əhatə edir və Sumqayıt şəhərinin daxili marşrutları üzrə hərəkət davam etdikdə, həmin tarifə müntəzəm şəhərdaxili avtobus marşrutları üçün təsdiq olunan tarif əlavə ediləcək. Müntəzəm şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri üzrə cədvəli təqdim edirik: http://www.tariffcouncil.gov.az/?/az/content/184/ Qeyd edək ki, qərara əsasən, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 40 qəpik olacaq. Müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3 qəpik təsdiq edilib. Bu Qərar 2023-cü il 3 fevral tarixindən qüvvəyə minir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41985/87/419858797_10:0:1235:919_1920x0_80_0_0_7580bc79dc50e7aefe180fe130f9934d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
bakı-sumqayıt
Bakı-Sumqayıt avtobuslarında gediş haqqı nə qədər olacaq?Rəsmi
17:17 31.01.2023 (Yenilənib: 17:19 31.01.2023) Yeni qərarla Bakı-Sumqayıt (Sumqayıt-Bakı) avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik olacaq.
BAKI, 31 yanvar — Sputnik. Tarif (qiymət) Şurasının bu gün təsdiq etdiyi qərarla Bakı-Sumqayıt (Sumqayıt-Bakı) avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik olacaq.
Bununla bağlı Sputnik Azərbaycan-a Tarif (qiymət) Şurasında məlumat verilib.
Bildirilib ki, Bakı-Sumqayıt avtobus marşrutunda sərnişindaşıma xidməti üzrə tarif Bakı şəhərindən Sumqayıt şəhərinə qədər olan məsafəni əhatə edir və Sumqayıt şəhərinin daxili marşrutları üzrə hərəkət davam etdikdə, həmin tarifə müntəzəm şəhərdaxili avtobus marşrutları üçün təsdiq olunan tarif əlavə ediləcək.
Müntəzəm şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri üzrə cədvəli təqdim edirik:
Qeyd edək ki, qərara əsasən, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 40 qəpik olacaq.
Müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3 qəpik təsdiq edilib.
Bu Qərar 2023-cü il 3 fevral tarixindən qüvvəyə minir.