https://sputnik.az/20230131/azerbaycanla-macaristani-strateji-terefdasa-ceviren-amiller-aciqlandi-451263602.html
Azərbaycanla Macarıstanı strateji tərəfdaşa çevirən amillər açıqlandı
Azərbaycanla Macarıstanı strateji tərəfdaşa çevirən amillər açıqlandı
Sputnik Azərbaycan
Millət vəkili Arzu Nağıyev bildirib ki, Macarıstan bu gün Avropada öz müstəqil siyasəti ilə seçilən ən mühüm dövlətlərdən biridir. 31.01.2023, Sputnik Azərbaycan
2023-01-31T20:40+0400
2023-01-31T20:40+0400
2023-01-31T20:40+0400
macarıstan
təhlil
arzu nağıyev
politoloq arzu nağıyev
tofiq abbasov
https://cdnn1.img.sputnik.az/img/07e6/06/03/442478320_0:0:3072:1728_1920x0_80_0_0_2c66c11a9fef25dda2854c67ae3e5153.jpg
BAKI, 31 yanvar — Sputnik. Azərbaycan ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar. Sputnik Azərbaycan Azərbaycan və Macarıstan arasında imzalanmış bu sənədin əhəmiyyəti, iki ölkə münasibətlərinin inkişafının əhəmiyyəti ilə bağlı millət vəkili Arzu Nağıyevin və politoloq Tofiq Abbasovun fikirlərini öyrənib. Millət vəkili Arzu Nağıyev bildirib ki, Macarıstan bu gün Avropada öz müstəqil siyasəti ilə seçilən ən mühüm dövlətlərdən biridir: "Bu ölkənin Avropa İttifaqında təmsil olunmaqla yanaşı, Türk Dövlətləri Birliyində də iştirakı böyük əhəmiyyət daşıyır. Azərbaycanla bu ölkə arasında imzalanmış strateji tərəfdaşlıqla bağlı bəyannamə həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik nöqteyi-nəzərindən xüsusi önəmə malikdir. Bu gün Azərbaycan yürütdüyü müstəqil xarici siyasəti ilə strateji tərəfdaşlıq əlaqələrini genişləndirir. Biz görürük ki, bu əlaqələr artıq Aİ ərazisinə də çatıb". "Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyət kəsb edən ölkələrdəndir. Bu gün enerji böhranından çıxış yolu axtaran Aİ ölkələri Azərbaycanla əlaqələrin gücləndirilməsində maraqlıdır. Azərbaycan Avropa regionunda enerji təhdidinin qarşısını alan ölkələrdən biri kimi çıxış edir. Bu baxımdan Macarıstan kimi bir ölkənin Cənubi Qafqaz ölkəsi olan Azərbaycanla strateji tərəfdaşlıq qurması təəccüblü deyil", – deyə millət vəkili qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Aİ üçün etibarlı tərəfdaş olmasını hər zaman nümayiş etdirib: "Avropa məkanında Azərbaycanın maraqlarını görməzdən gəlmək istəyən, rasionallıqdan uzaq siyasi dairələr ölkəmizə qarşı birtərəfli mövqe nümayiş etdirsələr də, Azərbaycanın tək regional deyil, həm qlobal səviyyədə əhəmiyyətli ölkə olduğunu dərk edənlər az deyil. Qurulan strateji tərəfdaşlıq əlaqələri, imzalanan müqavilələr həmin məkrli dairələrin ölkəmizə qarşı siyasətinə vurulan zərbə kimi də qiymətləndirilə bilər". "Bu strateji tərəfdaşlıq bəyannaməsi hər iki ölkə üçün önəmlidir. Bu gün Aİ-nin üzləşdiyi enerji böhranında Azərbaycan Macarıstana öz dəstəyini göstərir, onun yanında olduğunu göstərir. Macarıstan da Azərbaycanı onu böhrandan xilas edə biləcək dövlət kimi görür", – deyə Arzu Nağıyev vurğulayıb. Politoloq Tofiq Abbasov da mövzu ilə bağlı fikirlərini bölüşüb və qeyd edib ki, Azərbaycan Macarıstan üçün yeni bir pəncərəyə çevrilib: "Macarıstan da Azərbaycan kimi taraz və çoxvektorlu siyasət yeritməyə başlayıb. Azərbaycanla Macarıstan arasında hələ 2014-cü ildə strateji tərəfdaşlıq haqqında bəyannamə qəbul olunmuşdu. Həm Azərbaycan, həm də Macarıstan fəal xarici siyasət yürüdürlər. Bu, inteqrasiyanın gücləndirilməsi baxımından vacib amildir, digər tərəfdən də hər iki ölkəyə mənfəət gətirən bir gedişdir". "Biz Macarıstanı Şərq siyasətində fəal olmağa sövq etmişik. Macarıstan Azərbaycanın enerji daşıyıcılarında maraqlı olduğunu gizlətmir. Azərbaycan və Macarıstan enerji platformasında bir-birlərini dəstəkləyirlər. İki ölkənin əməkdaşlığında qarşılıqlı maraq doğuran bir çox məqamlar var. Bu baxımdan bu strateji əməkdaşlıq həddindən artıq böyük əhəmiyyət kəsb edir. Ola bilsin ki, bu əməkdaşlıq hansısa dairələrin ürəyincə olmasın, ancaq hər iki ölkə bir-birini beynəlxalq arenada dəstəkləyir", – deyə politoloq fikirlərini yekunlaşdırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/03/442478320_240:0:2971:2048_1920x0_80_0_0_08a4a12d113642348a2918c57f42081b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
macarıstan, arzu nağıyev, politoloq arzu nağıyev, tofiq abbasov
macarıstan, arzu nağıyev, politoloq arzu nağıyev, tofiq abbasov
Azərbaycanla Macarıstanı strateji tərəfdaşa çevirən amillər açıqlandı
Millət vəkili Arzu Nağıyev bildirib ki, Macarıstan bu gün Avropada öz müstəqil siyasəti ilə seçilən ən mühüm dövlətlərdən biridir.
BAKI, 31 yanvar — Sputnik. Azərbaycan ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar.
Sputnik Azərbaycan Azərbaycan və Macarıstan arasında imzalanmış bu sənədin əhəmiyyəti, iki ölkə münasibətlərinin inkişafının əhəmiyyəti ilə bağlı millət vəkili Arzu Nağıyevin və politoloq Tofiq Abbasovun fikirlərini öyrənib.
Millət vəkili Arzu Nağıyev bildirib ki, Macarıstan bu gün Avropada öz müstəqil siyasəti ilə seçilən ən mühüm dövlətlərdən biridir: "Bu ölkənin Avropa İttifaqında təmsil olunmaqla yanaşı, Türk Dövlətləri Birliyində də iştirakı böyük əhəmiyyət daşıyır. Azərbaycanla bu ölkə arasında imzalanmış strateji tərəfdaşlıqla bağlı bəyannamə həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik nöqteyi-nəzərindən xüsusi önəmə malikdir. Bu gün Azərbaycan yürütdüyü müstəqil xarici siyasəti ilə strateji tərəfdaşlıq əlaqələrini genişləndirir. Biz görürük ki, bu əlaqələr artıq Aİ ərazisinə də çatıb".
"Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyət kəsb edən ölkələrdəndir. Bu gün enerji böhranından çıxış yolu axtaran Aİ ölkələri Azərbaycanla əlaqələrin gücləndirilməsində maraqlıdır. Azərbaycan Avropa regionunda enerji təhdidinin qarşısını alan ölkələrdən biri kimi çıxış edir. Bu baxımdan Macarıstan kimi bir ölkənin Cənubi Qafqaz ölkəsi olan Azərbaycanla strateji tərəfdaşlıq qurması təəccüblü deyil", – deyə millət vəkili qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan Aİ üçün etibarlı tərəfdaş olmasını hər zaman nümayiş etdirib: "Avropa məkanında Azərbaycanın maraqlarını görməzdən gəlmək istəyən, rasionallıqdan uzaq siyasi dairələr ölkəmizə qarşı birtərəfli mövqe nümayiş etdirsələr də, Azərbaycanın tək regional deyil, həm qlobal səviyyədə əhəmiyyətli ölkə olduğunu dərk edənlər az deyil. Qurulan strateji tərəfdaşlıq əlaqələri, imzalanan müqavilələr həmin məkrli dairələrin ölkəmizə qarşı siyasətinə vurulan zərbə kimi də qiymətləndirilə bilər".
"Bu strateji tərəfdaşlıq bəyannaməsi hər iki ölkə üçün önəmlidir. Bu gün Aİ-nin üzləşdiyi enerji böhranında Azərbaycan Macarıstana öz dəstəyini göstərir, onun yanında olduğunu göstərir. Macarıstan da Azərbaycanı onu böhrandan xilas edə biləcək dövlət kimi görür", – deyə Arzu Nağıyev vurğulayıb.
Politoloq Tofiq Abbasov da mövzu ilə bağlı fikirlərini bölüşüb və qeyd edib ki, Azərbaycan Macarıstan üçün yeni bir pəncərəyə çevrilib: "Macarıstan da Azərbaycan kimi taraz və çoxvektorlu siyasət yeritməyə başlayıb. Azərbaycanla Macarıstan arasında hələ 2014-cü ildə strateji tərəfdaşlıq haqqında bəyannamə qəbul olunmuşdu. Həm Azərbaycan, həm də Macarıstan fəal xarici siyasət yürüdürlər. Bu, inteqrasiyanın gücləndirilməsi baxımından vacib amildir, digər tərəfdən də hər iki ölkəyə mənfəət gətirən bir gedişdir".
"Biz Macarıstanı Şərq siyasətində fəal olmağa sövq etmişik. Macarıstan Azərbaycanın enerji daşıyıcılarında maraqlı olduğunu gizlətmir. Azərbaycan və Macarıstan enerji platformasında bir-birlərini dəstəkləyirlər. İki ölkənin əməkdaşlığında qarşılıqlı maraq doğuran bir çox məqamlar var. Bu baxımdan bu strateji əməkdaşlıq həddindən artıq böyük əhəmiyyət kəsb edir. Ola bilsin ki, bu əməkdaşlıq hansısa dairələrin ürəyincə olmasın, ancaq hər iki ölkə bir-birini beynəlxalq arenada dəstəkləyir", – deyə politoloq fikirlərini yekunlaşdırıb.