Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Avroviziya 2023"ün loqo və şüarı açıqlanıb

© Sem van der Wal / ANP / AFPAvroviziya
Avroviziya  - Sputnik Azərbaycan, 1920, 31.01.2023
Abunə olmaq
Müsabiqədə ötən il Ukrayna qazansa da, ölkədəki müharibə səbəbindən Britaniyada keçirilməsinə qərar verilib. Hər iki ölkənin bayrağı rəng sxemi üçün loqoda ilham mənbəyi kimi istifadə edilib.
BAKI, 31 yanvar — Sputnik. Bu il Britaniyanın Liverpul şəhərində keçiriləcək Avroviziya Mahnı Müsabiqəsinin loqo və şüarı açıqlanıb. Mahnı müsabiqəsinin loqosu ürəklərin birlikdə döyünməsini əks etdirir və "United by Music" isə müsabiqənin rəsmi şüarı olaraq seçilib.
Qeyd edək ki, müsabiqədə ötən il Ukrayna qazansa da, ölkədəki müharibə səbəbindən Britaniyada keçirilməsinə qərar verilib. Hər iki ölkənin bayrağı rəng sxemi üçün loqoda ilham mənbəyi kimi istifadə edilib.
Xatırladaq ki, mayın 9-u və 11-də mahnı müsabiqəsinin yarımfinalları keçiriləcək. Mayın 13-də isə final baş tutacaq.
Avroviziya Mahnı Müsabiqəsi nə vaxt yaranıb?
Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest; fr. Concours Eurovision de la chanson) — 1956-cı ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilən beynəlxalq mahnı müsabiqəsidir. Avroviziya dünyanın ən uzun ömürlü musiqi hadisəsidir və buna görə də müsabiqənin adı 2015-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Müsabiqə 1951-ci ildən bəri təşkil olunan İtaliyanın məşhur Sanremo Musiqi Festivalının əsasında qurulub.
2007-ci ildə Azərbaycan, İctimai Televiziyanın Avropa Yayım İttifaqının üzvü olmasından sonra 2008-ci ildə birinci dəfə qitə miqyasılı müsabiqəyə qatıldı. Serbiyanın paytaxtı Belqrad şəhərində baş tutan 53-cü Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı Elnur Hüseynov və Samir Cavadzadə "Day After Day" mahnısı ilə təmsil etdi və 132 xalla 8-ci yeri tutdu.
Xəbər lenti
0