https://sputnik.az/20230131/anam-veten-muharibesinden-sonra-mina-qurbanlarinin-sayi-aciqlayib-451259961.html
ANAMA Vətən Müharibəsindən sonra mina qurbanlarının sayı açıqlayıb
ANAMA Vətən Müharibəsindən sonra mina qurbanlarının sayı açıqlayıb
Sputnik Azərbaycan
Azad edilən ərazilərdə Vətən müharibəsindən sonra 63 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib - ANAMA sədri 31.01.2023, Sputnik Azərbaycan
2023-01-31T21:45+0400
2023-01-31T21:45+0400
2023-01-31T22:53+0400
mina
cəmiyyət
anama
https://cdnn1.img.sputnik.az/img/07e5/03/03/426366851_161:0:3802:2048_1920x0_80_0_0_7924e91d6dc80aeb3d0dee32826182e0.jpg
BAKI, 31 yanvar — Sputnik. 2020-ci ilin 10 noyabr tarixindən bugünədək mina partlayışları nəticəsində 282 nəfər minaların qurbanı olub. Bunu Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov bildirib. O qeyd edib ki, mina hadisələri zamanı 236 nəfər xəsarət alıb, 46 nəfər həlak olub: "Təəssüflər olsun ki, mina qurbanların sayı artmaqda davam edir". O bildirib ki, 2021-ci ildə Zəfər yolu, Ağdam-Bərdə dəmir yolu xətti ilə bağlı işlərin icrası başa çatdırılıb: "Ötən il ərzində çox mühüm layihə hesab edilən Horadiz-Ağbənd dəmir yolu layihəsi üzrə əsas xəttin mina və partlayıcı vasitələrdən təmizlənməsi başa çatdırılıb. Bundan başqa, Horadiz-Ağbənd avtomobil yolu ilə bağlı layihənin icrası tamamlanıb. Bizim missiyamız azad olunmuş ərazilərdə icra olunan layihələrin müşayiət olunmasından ibarətdir". ANAMA rəhbəri qeyd edib ki, hər ilin sonunda Nazirlər Kabineti tərəfindən icra olunan layihələr təsdiq olunur: "Biz də bu plana uyğun olaraq, ərazilərdə təmizlənmə əməliyyatlarını həyata keçiririk". O bildirib ki, azad edilən ərazilərdə Vətən müharibəsindən sonra 63 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Qeyd edilib ki, ümumilikdə 80 958 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib: "Vətən müharibəsində şanlı Ordumuzun Qələbəsindən sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi işğaldan azad edilmiş və müharibə təsirinə məruz qalmış ərazilərin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi istiqamətində fəal iş aparır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/03/426366851_1071:0:3802:2048_1920x0_80_0_0_785b0fa7c27c74c2d5368e497c3acf10.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
mina, anama
ANAMA Vətən Müharibəsindən sonra mina qurbanlarının sayı açıqlayıb
21:45 31.01.2023 (Yenilənib: 22:53 31.01.2023) Azad edilən ərazilərdə Vətən müharibəsindən sonra 63 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib - ANAMA sədri
BAKI, 31 yanvar — Sputnik. 2020-ci ilin 10 noyabr tarixindən bugünədək mina partlayışları nəticəsində 282 nəfər minaların qurbanı olub.
Bunu Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov bildirib.
O qeyd edib ki, mina hadisələri zamanı 236 nəfər xəsarət alıb, 46 nəfər həlak olub: "Təəssüflər olsun ki, mina qurbanların sayı artmaqda davam edir".
O bildirib ki, 2021-ci ildə Zəfər yolu, Ağdam-Bərdə dəmir yolu xətti ilə bağlı işlərin icrası başa çatdırılıb: "Ötən il ərzində çox mühüm layihə hesab edilən Horadiz-Ağbənd dəmir yolu layihəsi üzrə əsas xəttin mina və partlayıcı vasitələrdən təmizlənməsi başa çatdırılıb. Bundan başqa, Horadiz-Ağbənd avtomobil yolu ilə bağlı layihənin icrası tamamlanıb. Bizim missiyamız azad olunmuş ərazilərdə icra olunan layihələrin müşayiət olunmasından ibarətdir".
ANAMA rəhbəri qeyd edib ki, hər ilin sonunda Nazirlər Kabineti tərəfindən icra olunan layihələr təsdiq olunur: "Biz də bu plana uyğun olaraq, ərazilərdə təmizlənmə əməliyyatlarını həyata keçiririk".
O bildirib ki, azad edilən ərazilərdə Vətən müharibəsindən sonra 63 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Qeyd edilib ki, ümumilikdə 80 958 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib: "Vətən müharibəsində şanlı Ordumuzun Qələbəsindən sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi işğaldan azad edilmiş və müharibə təsirinə məruz qalmış ərazilərin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi istiqamətində fəal iş aparır".