CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abşeron yarımadasında arabir yağış yağacaq - Proqnoz

© Sputnik / Murad OrujovBakıda yağışlı hava, arxiv şəkli
Bakıda yağışlı hava, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.01.2023
Abunə olmaq
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər saatlarında duman olacaq, cənub-şərq küləyi əsəcək.
BAKI, 31 yanvar — Sputnik. Yanvarın 31-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində arabir yağış yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər duman olacaq, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu 6-8° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu 5-8° isti, dağlarda 0-5° şaxta olacaq. Dağlıq rayonlarda yollar buz bağlayacaq.
Xəbər lenti
0