https://sputnik.az/20230131/abs-ukraynaya-f-16-qiricilari-vermeyecek--bayden-451229117.html
ABŞ Ukraynaya F-16 qırıcıları verməyəcək – Bayden
ABŞ Ukraynaya F-16 qırıcıları verməyəcək – Bayden
Sputnik Azərbaycan
ABŞ Prezidenti Co Bayden jurnalistlərin döyüş təyyarələrinin tədarükü ilə bağlı sualını cavablandırıb. 31.01.2023, Sputnik Azərbaycan
2023-01-31T22:26+0400
2023-01-31T22:26+0400
2023-01-31T22:26+0400
f-16
dünya xəbərləri
abş
rusiya
ukraynalı
ukrayna
abş prezidenti cozef bayden
ağ ev
https://cdnn1.img.sputnik.az/img/41486/11/414861166_0:0:3648:2052_1920x0_80_0_0_40a9048f660b2331e74fa86e47c3a927.jpg
BAKI, 31 yanvar — Sputnik. ABŞ Prezidenti Co Bayden Ukraynaya F-16 qırıcıları verməkdən imtina etdiyini açıqlayıb. Bu barədə "RİA Novosti" Ağ Evin mətbuat xidmətinə istinadən məlumat yayıb. Xatırladaq ki, bundan əvvəl Pentaqon Vaşinqtonun Kiyevə F-16-ların göndərilməsini istisna etmədiyini bildirmişdi. "Xeyr", - deyə Bayden jurnalistlərin "Ukraynaya döyüş təyyarələri tədarük ediləcəkmi" sualını cavablandırarkən deyib. Daha sonra Ağ Evin nümayəndəsi, ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi "CNN" telekanalına müsahibəsində bildirib ki, Amerika administrasiyası hətta "F-16" qırıcıları olmadan da Ukraynaya böyük miqdarda silah ötürür. "Hazırda böyük həcmdə silahlar göndərilir və gələcək həftələr və aylarda da bu, davam edəcək. Bildiyimiz silah növləri Ukrayna qüvvələrinə qışda və qarşıdan gələn yaz mövsümündəki döyüşlərdə kömək etmək üçün kritik rol oynayacaq," – deyə Kirbi qeyd edib. Vaşinqton Ukraynaya müasir zirehli maşınların çatdırılmasına başlayıb və ötən həftə 60-dan çox "Bradley" piyada döyüş maşını göndərib. Gələcək üçün "Stryker" zirehli transportyorlarının və "Abrams" tanklarının təhvil veriləcəyi açıqlanıb. Oxşar vəsait ukraynalılara ABŞ-ın müttəfiqləri (o cümlədən, Almaniya – "Leopard-2" tankları və "Marder" PDM) tərəfindən verilir. Rusiyanın xüsusi əməliyyatı fonunda ABŞ və onun NATO-dakı müttəfiqləri Kiyev rejiminə on milyardlarla dollar dəyərində silah göndərməklə ona dəstək verirlər. Moskva isə öz növbəsində dəfələrlə bəyan edib ki, Qərb silahlarının tədarükü yalnız münaqişəni uzadır və silahların daşındığı hər hansı nəqliyyat vasitəsi Rusiya ordusu üçün qanuni hədəfə çevrilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41486/11/414861166_0:0:3104:2328_1920x0_80_0_0_8e1882891c66b7347653d717c0a60549.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
f-16, abş, rusiya, ukraynalı, ukrayna, abş prezidenti cozef bayden, ağ ev
f-16, abş, rusiya, ukraynalı, ukrayna, abş prezidenti cozef bayden, ağ ev
ABŞ Ukraynaya F-16 qırıcıları verməyəcək – Bayden
ABŞ Prezidenti Co Bayden jurnalistlərin döyüş təyyarələrinin tədarükü ilə bağlı sualını cavablandırıb.
BAKI, 31 yanvar — Sputnik. ABŞ Prezidenti Co Bayden Ukraynaya F-16 qırıcıları verməkdən imtina etdiyini açıqlayıb.
Bu barədə "RİA Novosti" Ağ Evin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Xatırladaq ki, bundan əvvəl Pentaqon Vaşinqtonun Kiyevə F-16-ların göndərilməsini istisna etmədiyini bildirmişdi.
"Xeyr", - deyə Bayden jurnalistlərin "Ukraynaya döyüş təyyarələri tədarük ediləcəkmi" sualını cavablandırarkən deyib.
Daha sonra Ağ Evin nümayəndəsi, ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi "CNN" telekanalına müsahibəsində bildirib ki, Amerika administrasiyası hətta "F-16" qırıcıları olmadan da Ukraynaya böyük miqdarda silah ötürür.
"Hazırda böyük həcmdə silahlar göndərilir və gələcək həftələr və aylarda da bu, davam edəcək. Bildiyimiz silah növləri Ukrayna qüvvələrinə qışda və qarşıdan gələn yaz mövsümündəki döyüşlərdə kömək etmək üçün kritik rol oynayacaq," – deyə Kirbi qeyd edib.
Vaşinqton Ukraynaya müasir zirehli maşınların çatdırılmasına başlayıb və ötən həftə 60-dan çox "Bradley" piyada döyüş maşını göndərib. Gələcək üçün "Stryker" zirehli transportyorlarının və "Abrams" tanklarının təhvil veriləcəyi açıqlanıb. Oxşar vəsait ukraynalılara ABŞ-ın müttəfiqləri (o cümlədən, Almaniya – "Leopard-2" tankları və "Marder" PDM) tərəfindən verilir.
Rusiyanın xüsusi əməliyyatı fonunda ABŞ və onun NATO-dakı müttəfiqləri Kiyev rejiminə on milyardlarla dollar dəyərində silah göndərməklə ona dəstək verirlər. Moskva isə öz növbəsində dəfələrlə bəyan edib ki, Qərb silahlarının tədarükü yalnız münaqişəni uzadır və silahların daşındığı hər hansı nəqliyyat vasitəsi Rusiya ordusu üçün qanuni hədəfə çevrilir.