Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

2022-ci ildə Azərbaycanda elektrik enerjisi istehsalı

Abunə olmaq
Cari ildə Azərbaycanda bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı 1,9 milyard kilovat-saatı ötüb. Ölkənin elektrik enerjisi istehsalı ilə bağlı ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında.
2022-ci ilin yekunlarına görə, Azərbaycanda elektrik enerjisi istehsalı 2021-ci illə müqayisədə 4% artaraq 28,988 milyard kilovat-saata çatıb. Ötən il Azərbaycan 3 milyard kilovat-saatdan çox elektrik enerjisi ixrac edib, 137,1 milyon kilovat-saatdan çox elektrik enerjisi idxal edib.
Ötən il Azərbaycanda bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı 1,9 milyard kilovat-saatı ötüb, bərpa olunan enerjinin ümumi istehsalda payı 7%-ə çatıb.
Hesabat dövründə Azərbaycanın istilik elektrik stansiyaları (İES) 27 milyard kilovat-saatdan çox, su elektrik stansiyaları (SES) 1,5 milyard kilovat-saat, külək elektrik stansiyaları (KES) 83,3 milyon kilovat-saat, günəş elektrik stansiyaları (GES) 60,9 milyon kilovat-saat, bərk məişət tullantılarının emalı zavodunun İES-ləri 205,3 milyon kilovat-saat elektrik enerjisi istehsal edib.
Xəbər lenti
0