https://sputnik.az/20230130/sahibe-qafarova-brahim-bougalini-sefirliyimize-qarsi-terror-barede-melumatlandirib-451178487.html
Sahibə Qafarova İbrahim Bouğalini səfirliyimizə qarşı terror barədə məlumatlandırıb
Sahibə Qafarova İbrahim Bouğalini səfirliyimizə qarşı terror barədə məlumatlandırıb
Sputnik Azərbaycan
Milli Məclisin sədri Əlcəzairdə səfərdədir. 30.01.2023, Sputnik Azərbaycan
2023-01-30T10:55+0400
2023-01-30T10:55+0400
2023-01-30T11:01+0400
sahibə qafarova
quliyeva sahibə
azərbaycan xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1e/451179191_0:0:1601:901_1920x0_80_0_0_5726a31b83b242d600cae1d8df9c88b1.jpg
BAKI, 30 yanvar — Sputnik. Milli Məclisin sədri Sahibə Qafarova Əlcəzair Milli Xalq Assambleyasının sədri İbrahim Bouğalini Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktı haqqında məlumatlandırıb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin sədri bir neçə gün əvvəl – yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktı haqqında məlumat verib və qeyd edib ki, bir çox ölkələr bu hadisəni kəskin şəkildə qınayıblar. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub. Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir. Öldürülən baş leytenant O.Əsgərov Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Rizvan Əsgərovun oğludur. Onun iki övladı var.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1e/451179191_60:0:1481:1066_1920x0_80_0_0_12588eaf8c2093afe70a9db9695960cc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sahibə qafarova, quliyeva sahibə
sahibə qafarova, quliyeva sahibə
Sahibə Qafarova İbrahim Bouğalini səfirliyimizə qarşı terror barədə məlumatlandırıb
10:55 30.01.2023 (Yenilənib: 11:01 30.01.2023) Milli Məclisin sədri Əlcəzairdə səfərdədir.
BAKI, 30 yanvar — Sputnik. Milli Məclisin sədri Sahibə Qafarova Əlcəzair Milli Xalq Assambleyasının sədri İbrahim Bouğalini Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktı haqqında məlumatlandırıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin sədri bir neçə gün əvvəl – yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktı haqqında məlumat verib və qeyd edib ki, bir çox ölkələr bu hadisəni kəskin şəkildə qınayıblar.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub.
Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı hücumun qarşısını alarkən yaralanıb.
Onların vəziyyəti qənaətbəxşdir. Öldürülən baş leytenant O.Əsgərov Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Rizvan Əsgərovun oğludur. Onun iki övladı var.