https://sputnik.az/20230130/ran-bizim-yox-ermenistanin-qardasidir---allahsukur-pasazade-451209210.html
İran bizim yox, Ermənistanın qardaşıdır - Allahşükür Paşazadə
İran bizim yox, Ermənistanın qardaşıdır - Allahşükür Paşazadə
Sputnik Azərbaycan
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Azərbaycanda tolerantlıq, milli birlik və vəhdət var. 30.01.2023, Sputnik Azərbaycan
2023-01-30T16:25+0400
2023-01-30T16:25+0400
2023-01-30T16:31+0400
cəmiyyət
şeyxülislam hacı allahşükür paşazadə
iran
https://cdnn1.img.sputnik.az/img/40612/00/406120057_0:0:2001:1125_1920x0_80_0_0_3f33a5f54e4a4d17d29ff1ab38467cea.jpg
BAKI, 30 yanvar — Sputnik. "İranda 40 milyona yaxın azərbaycanlı bu gün fars rejiminin əlində əsirdir". Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə "Report"un sualını cavablandırarkən deyib. "Biz də hamı kimi Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu qınayırıq. Bu gün ölkəmizdə yaşayan bütün dinlərin nümayəndəsi birlikdə gəlib başsağlığı veriblər. Bu onu göstərir ki, Azərbaycanda tolerantlıq, milli birlik və vəhdət var". A.Paşazadə vurğulayıb ki, İranda 40 milyona yaxın azərbaycanlı yaşayır: "Onlar bu gün fars rejiminin əlində əsirdirlər. İnanıram ki, həqiqət gələcəkdə öz yerini tapacaq. Bu gün biz İrandan şəhid aldıq. Hansı ki, onu qardaş hesab edirdik. Biz indi bilirik ki, onlar bizim yox, Ermənistanın qardaşıdır. Prezident İlham Əliyev dediyi kimi, baş verənlər terror aktıdır. Məsələ dəqiqliyinə kimi incələnməli və dünya həqiqətin nə olduğunu bilməlidir".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230130/sehid-orxan-esgerovla-vida-merasimi-kecirilib-451193423.html
iran
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40612/00/406120057_76:0:1783:1280_1920x0_80_0_0_9011fb91acb01c1cf861f4b4eac29832.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şeyxülislam hacı allahşükür paşazadə, iran
şeyxülislam hacı allahşükür paşazadə, iran
İran bizim yox, Ermənistanın qardaşıdır - Allahşükür Paşazadə
16:25 30.01.2023 (Yenilənib: 16:31 30.01.2023) Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Azərbaycanda tolerantlıq, milli birlik və vəhdət var.
BAKI, 30 yanvar — Sputnik. "İranda 40 milyona yaxın azərbaycanlı bu gün fars rejiminin əlində əsirdir". Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə "Report"un sualını cavablandırarkən deyib.
"Biz də hamı kimi Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu qınayırıq. Bu gün ölkəmizdə yaşayan bütün dinlərin nümayəndəsi birlikdə gəlib başsağlığı veriblər. Bu onu göstərir ki, Azərbaycanda tolerantlıq, milli birlik və vəhdət var".
A.Paşazadə vurğulayıb ki, İranda 40 milyona yaxın azərbaycanlı yaşayır:
"Onlar bu gün fars rejiminin əlində əsirdirlər. İnanıram ki, həqiqət gələcəkdə öz yerini tapacaq. Bu gün biz İrandan şəhid aldıq. Hansı ki, onu qardaş hesab edirdik. Biz indi bilirik ki, onlar bizim yox, Ermənistanın qardaşıdır. Prezident İlham Əliyev dediyi kimi, baş verənlər terror aktıdır. Məsələ dəqiqliyinə kimi incələnməli və dünya həqiqətin nə olduğunu bilməlidir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.