Pakistanda məsciddə partlayış nəticəsində ölənlərin sayı 32-ya çatıb - FOTO
© AFP 2024 / MAAZ ALIPakistanın Peşavar şəhərində partlayış yerində
© AFP 2024 / MAAZ ALI
Abunə olmaq
Kamikadzenin tərtdiyi partlayış nəticəsində məscidin damının uçduğu bildirilir.
BAKI, 30 yanvar - Sputnik. Pakistanın Pişəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 32-yə çatıb, 147 nəfər yaralanıb. Bu barədə Geo TV rəsmilərə istinadən xəbər verir. Daha əvvəl 28 nəfərin öldüyü, 150 nəfərin yaralandığı bildirilirdi.
"Məsciddəki partlayış 32 nəfərin həyatına son qoyub, daha 147 nəfər isə yaralanıb", - telekanalın məlumatında deyilir. Partlayış bazar ertəsi saat 13.40 radələrində (GMT 11.40) namaz zamanı baş verib. Hadisə şahidlərinin sözlərinə görə, məsciddə təxminən 120 nəfər olub, toplaşanların əksəriyyəti polis, ordu nümayəndələridir. Partlayışı kamikadze törədib. Partlayış nəticəsində məscidin bir hissəsi uçub, şahidlər binanın damının uçduğunu bildirir.
***
Pakistanın Pişəvər şəhərindəki məsciddə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 28-ə, yaralananların sayı 150-yə çatıb. Bu barədə RİA Novosti yerli telekanallara istinadən xəbər yayıb.
© AFP 2024 / MAAZ ALIPakistanın Peşavar şəhərində partlayış yerində
Pakistanın Peşavar şəhərində partlayış yerində
© AFP 2024 / MAAZ ALI
“Səlahiyyətlilər azı 28 nəfərin öldüyünü, 150 nəfərin yaralandığını bildirib... Öz növbəsində Ledi Ridinq xəstəxanasının rəsmi nümayəndəsi Məhəmməd Asim yaralıların hələ də tibb müəssisəsinə aparıldığını, bəzilərinin vəziyyətinin ağır olduğunu bildirib", - deyə məlumatda bldirilir.
© AFP 2024 / MAAZ ALIPakistanın Peşavar şəhərində partlayış yerində
Pakistanın Peşavar şəhərində partlayış yerində
© AFP 2024 / MAAZ ALI
Qeyd edək ki, məsciddəki partlayış bazar ertəsi saat 13.40 radələrində (GMT 11.40) namaz zamanı baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, məsciddə təxminən 120 nəfər olub, toplaşanların əksəriyyəti polis, ordu və istehkamçıların nümayəndələridir.
© AFP 2024 / ABDUL MAJEEDPakistanın Peşavar şəhərində partlayış yerində
Pakistanın Peşavar şəhərində partlayış yerində
© AFP 2024 / ABDUL MAJEED
Partlayışı kamikadze törədib. Partlayış nəticəsində məscidin bir hissəsi uçub, bir sıra şahidlər binanın damının uçduğunu bildirir.