SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Laçın dəhlizinə Rusiya sülhməramlıları nəzarət edir - diplomat

© Photo : REPORTLaçın yolunda dinc aksiya, arxiv şəkli
Laçın yolunda dinc aksiya, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.01.2023
Abunə olmaq
Azərbaycanlı aktivistlər və ekologiya üzrə QHT üzvləri tərəfindən Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
BAKI, 30 yanvar - Sputnik. Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətindədir və bu dəhlizlə hərəkət məhdudlaşdırılmır.
Bunu bazar ertəsi Beynəlxalq Ədalət Məhkəməsində keçirilən dinləmələrdə Azərbaycan tərəfinin nümayəndəsi Elnur Məmmədov deyib.
O vurğulayıb ki, Azərbaycan azərbaycanlıların Laçın dəhlizində dinc etiraz aksiyalarının blokada olması ilə bağlı əsassız ittihamları qətiyyətlə rədd edir.
“Təəssüf ki, Ermənistan Laçın dəhlizində keçirilən dinc aksiyadan iki ölkə arasında sülh danışıqlarına təzyiq göstərmək üçün istifadə edir", - deyə E.Məmmədov müvəqqəti tədbirlərə həsr olunmuş iclasda bildirib.
Azərbaycan BMT və İƏİT-ə bəyan edib və məhkəmə qarşısında təsdiqləyir ki, Laçın dəhlizi ilə hərəkətə heç bir məhdudiyyət qoymayıb və bunu edə bilməz.
Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altındadır və bu dəhliz boyu hərəkət rejimi etirazlardan əvvəl olduğu kimi qalıb.
Aksiya iştirakçıları özləri də nəqliyyatın hərəkətini kəsmək niyyətində olmadıqlarını, hər gün dəhlizdən yüzlərlə, hətta minlərlə minik və yük maşınlarının keçir.
Azərbaycan nümayəndəsi əlavə edib ki, fəalların hərəkətləri ətraf mühitin mühafizəsi, faydalı qazıntıların qeyri-qanuni hasilatı və ixracının qarşısını almaq məqsədi daşıyır.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Xəbər lenti
0