https://sputnik.az/20230130/heyder-eliyev-li-ile-bagli-elmi-konfransi-kecirilecek-451209044.html
"Heydər Əliyev İli" ilə bağlı elmi konfransı keçiriləcək
"Heydər Əliyev İli" ilə bağlı elmi konfransı keçiriləcək
Sputnik Azərbaycan
Azərbaycan İlahiyyat İnstitutu aprelin 26-da "Heydər Əliyev və dini tolerantlıq" mövzusunda respublika elmi konfransı keçirəcək. 30.01.2023, Sputnik Azərbaycan
2023-01-30T16:13+0400
2023-01-30T16:13+0400
2023-01-30T16:20+0400
heydər əliyev ili
heydər əliyev
azərbaycan ilahiyyat institutu
https://cdnn1.img.sputnik.az/img/40114/33/401143337_0:0:1025:577_1920x0_80_0_0_39e8b49e8ae6f4715110344a814ab055.jpg
BAKI, 30 yanvar — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Sərəncamına uyğun olaraq Azərbaycan İlahiyyat İnstitutu aprelin 26-da "Heydər Əliyev və dini tolerantlıq" mövzusunda respublika elmi konfransı keçirəcək. Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Konfrans Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik, tolerantlıq və multikulturalizm Azərbaycanda dövlət siyasətinin tərkib hissəsi kimi, Heydər Əliyev və Azərbaycanda din siyasətinin prioritetləri, dünyada dövlət-din münasibətləri modelləri, qloballaşan dünyada dinlər və mədəniyyətlərarası dialoq, Heydər Əliyevin siyasətində mənəvi dəyərlər və milli ləyaqət anlayışı, Heydər Əliyev və gənclər arasında milli-mənəvi dəyərlərin təbliği və s. mövzu və istiqamətləri əhatə edəcək. Məqalələr mövzu və istiqamətlərə uyğun martın 27-dək ilahiyyatkonfrans2023@gmail.com ünvanına göndərilə bilər. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" elan edilib. Ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Müstəqil Azərbaycan ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. 2023-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40114/33/401143337_33:0:854:616_1920x0_80_0_0_d16c5eed0fd4f83373299e39320ce9d5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
heydər əliyev, azərbaycan ilahiyyat institutu
heydər əliyev, azərbaycan ilahiyyat institutu
"Heydər Əliyev İli" ilə bağlı elmi konfransı keçiriləcək
16:13 30.01.2023 (Yenilənib: 16:20 30.01.2023) Azərbaycan İlahiyyat İnstitutu aprelin 26-da "Heydər Əliyev və dini tolerantlıq" mövzusunda respublika elmi konfransı keçirəcək.
BAKI, 30 yanvar — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Sərəncamına uyğun olaraq Azərbaycan İlahiyyat İnstitutu aprelin 26-da "Heydər Əliyev və dini tolerantlıq" mövzusunda respublika elmi konfransı keçirəcək.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Konfrans Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik, tolerantlıq və multikulturalizm Azərbaycanda dövlət siyasətinin tərkib hissəsi kimi, Heydər Əliyev və Azərbaycanda din siyasətinin prioritetləri, dünyada dövlət-din münasibətləri modelləri, qloballaşan dünyada dinlər və mədəniyyətlərarası dialoq, Heydər Əliyevin siyasətində mənəvi dəyərlər və milli ləyaqət anlayışı, Heydər Əliyev və gənclər arasında milli-mənəvi dəyərlərin təbliği və s. mövzu və istiqamətləri əhatə edəcək.
Məqalələr mövzu və istiqamətlərə uyğun martın 27-dək ilahiyyatkonfrans2023@gmail.com ünvanına göndərilə bilər.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" elan edilib.
Ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Müstəqil Azərbaycan ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.
2023-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.