Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanda ən çox kassa yığan filmlər hansılardır?

Kino - Sputnik Azərbaycan, 1920, 30.01.2023
Abunə olmaq
Son zamanlar Azərbaycan kinoteatrlarında hansı filmlərə təlabat var? Tamaşaçılar daha çox nəyə baxırlar? Sputnik Azərbaycan bu məsələni araşdırıb.
BAKI, 30 yanvar — Sputnik. Əvvəllər tamaşaçılar əsasən yerli və türk filmlərinə, xüsusən də dram və komediya janrlarında olan filmlərə böyük maraq göstərirdilər. Bu gün isə kinoteatrlara gələnlər "Avatar 2: Suyun yolu" filminə maraq göstərirlər.
Bunu Sputnik Azərbaycan-a "CinemaPlus" kinoteatrlar şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Nərmin Həsənova bildirib. Onun sözlərinə görə, Ceyms Kemeronun ötən il ərsəyə gətirdiyi filmin qiyməti 6-17 manat arası dəyişir. Ekran əsəri geniş kütləyə 3D formatında təqdim olunur.
Yerli filmə gəldikdə isə "CinemaPlus" kinoteatrlar şəbəkəsində "Cinemazadeh" studiyasının çəkdiyi "Zona" filmi ən çox kassa yığan filmlərdəndir. Filmə baxmaq istəyənlər 7 manatlarından keçməli olacaqlar.
"ParkCinema" kinoteatrlar şəbəkəsində isə noyabr, dekabr, yanvar ayları üçün ən çox izlənilən filmlər "Avatar: Suyun yolu", "Hozu Cangüdən", "Geri dönənlər"(yerli film), "Barış Akarsu: Merhaba"(Türk), "Çəkməli Pişik: Son arzu" (Amerika) filmləri ən çox izlənilənlərdəndir.
Şəbəkəsinin mətbuat katibi Səbinə Bağırova bildirib ki, insanları kinoteatra cəlb edən kifayət qədər həm yerli, həm xarici film var. Məsələn, "Avatar: Suyun yolu" filmi hazırda bütün dünya kinoteatrları üçün "dirçəliş" edən bir filmdir. Ondan əlavə yerli istehsal olan "Hozu Cangüdən" filmi artıq yeddinci həftəsini zirvədə tamamlayır.
Bağırova qeyd edib ki, kinoteatrlara tamaşaçı cəlb etmək üçün müxtəlif aksiyalar və kampaniyalar keçirilir:
"Çərşənbə axşamları biletlər xüsusi endirimli qiymətlə satılır ki, hər kəs əldə edə bilsin. Həmçinin tələbələr və ailələr üçün də endirim kampaniyalarımız mövcuddur. Hər ay müxtəlif filmlərin tədbirləri keçirilir ki, insanlar film izləməyə daha da həvəslənsinlər. Elə dekabr ayının əvvəlində kinoteatrımızda məşhur türk komediyası "Çakallarla dans 6" filminin yaradıcı heyəti ilə qala gecəsi keçirildi. Bu növ tədbirlərdə qiymətləri əlçatan etməyə çalışırıq".
Nizami Kino Mərkəzinin mətbuat katibi Arzu Əhədova isə bildirir ki, pandemiyadan sonra kinoteatra gələn tamaşçıların sayı azalıb. Onun sözlərinə görə, pandemyadan öncə daha çox tamaşaçı gəlirdi, nəinki indi. Əhmədova əlavə edir ki, bu problem təkcə ölkəmizə şamil olunmur. Belə ki, Böyük Britaniyanın "Gower Street Analytics" şirkətinin hesabatına əsasən, dünya kinoteatr sənayesinin pandemiyadan sağalması hələ bitməyib və qlobal kassa gəlirləri pandemiyadan əvvəlki son üç ilin orta göstəricisindən hələ də 48% aşağıdır. Pandemiya dövründə kinoteatrların 18 ay müddətində qapanması tamaşaçıların kütləvi olaraq onlayna üz tutmalarına səbəb olub:
"Artıq 2 mövsümdür ki, kinoteatrların fəaliyyəti bərpa olunub. Biz də tamaşaçıların yenidən fəallıqla kinoteatrlara üz tutması üçün tədbirlər görür, repertuara xüsusi önəm veririk. Tamaşaçılara yeni filmləri, müxtəlif yerli və xarici festivalları təqdim edirik. Festival filmlərinə giriş ödənişsiz olur. Eləcə də bilet qiymətlərində tamaşaçı maraqlarını nəzərə almağa çalışırıq. Bu və digər tədbirlər tamaşaçının kinoteatra üz tutmağına səbəb olur".
Bu il ən çox kassa yığan filmlərə gəldikdə isə mətbuat katibi vurğulayıb ki, uğurlu filmin tamaşaçısı həmişə olur. Nizami Kino Mərkəzində "Avatar: Suyun yolu", "Geri dönənlər"(yerli film) və "Zona" filmi ən çox kassa yığan filmlərdəndir.
Xəbər lenti
0