CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda arılar kütləvi qırıla bilər - Xəbərdarlıq

© Photo : Ministry of Agriculture (Azerbaijan)Laçın rayonunda arıçılıq təsərrüfatlarından biri, arxiv şəkli
Laçın rayonunda arıçılıq təsərrüfatlarından biri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.01.2023
Abunə olmaq
"Arıçılar Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri bildirib ki, zərərvericiyə qarşı dərmanlama yolu ilə birgə mübarizə tədbirləri həyata keçirilir.
BAKI, 30 yanvar — Sputnik. Azərbaycanın Gürcüstanla sərhədyanı ərazilərində yayılmış qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ölkədə arıların kütləvi qırılmasına səbəb ola bilər.
Bunu "Report"a açıqlamasında "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Bədrəddin Həsrətov bildirib.
"Həmin zərərvericiyə qarşı Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi dərmanlama yolu ilə birgə mübarizə tədbirləri həyata keçirir. Bu isə kütləvi arı qırğınlarına səbəb ola bilər. Gürcüstanda artıq bu problem yaşanıb. Biz istərdik ki, bioloji mübarizə tədbirlərinə üstünlük verilsin. Bilirik ki, qəhvəyi mərmər bağacığı təbiətə ziyandır. Amma yenə də bunun digər bioloji mübarizə yolları da var. Dərmanlama yəqin ki, arıçılığa ziyan vuracaq, biz bundan çox narahatıq. Təklifimiz həm də budur ki, dərmanlama işi bizimlə koordinasiya olunsun. Yəni, ərazilər dərmanlanan zaman bizə xəbərdarlıq edilsin ki, arılarımızı həmin ərazilərdən uzaqlaşdıraq", - deyə o qeyd edib.
Xəbər lenti
0