Azərbaycan komandası qar polosu üzrə dünya kubokunun qalibi olub

© Photo : Equestrian Federation Qarüstü Polo üzrə Dünya kuboku turnirinə Azərbaycan komandası
Qarüstü Polo üzrə Dünya kuboku turnirinə Azərbaycan komandası - Sputnik Azərbaycan, 1920, 30.01.2023
Abunə olmaq
Odlar Yurdunun təmsilçiləri bütün görüşlərdə qalib gələrək ardıcıl ikinci dəfə fəxri kubokun sahibi olublar.
BAKI, 30 yanvar — Sputnik. Azərbaycan komandası ardıcıl ikinci dəfə qar polosu üzrə Dünya Kubokunun qalibi olub.
İsveçrənin Sent-Morits kurort şəhərində qar polosu üzrə növbəti Dünya Kuboku oyunları keçirilib. "Land of Fire Azerbaijan" komandası turnirdə iştirak edib.
Dairəvi sistem üzrə keçirilən turnirdə Azərbaycan komandası "Fleksiel"i 5:3,5, "World Polo League"i isə 5:4 hesabı ilə məğlub edib. Üçüncü görüşdə AR təmsilçiləri əlavə vaxtda turnirin ev sahibləri – "Sent-Morits" üzərində 6:5 hesabı ilə qələbə qazanıblar.
Beləliklə, Azərbaycan komandası ardıcıl ikinci dəfə qar polosu üzrə Dünya Kubokunun sahibi olub. Turnirin qalib və mükafatçılarına kubok və xatirə hədiyyələri təqdim olunub.
Xəbər lenti
0