https://sputnik.az/20230130/aspaz-olmaq-ucun-universitet-tehsine-ehtiyac-varmi-emek-bazarindaki-kederli-realliq-450914504.html
Aşpaz olmaq üçün universitet təhsinə ehtiyac varmı? Əmək bazarındakı kədərli reallıq
Aşpaz olmaq üçün universitet təhsinə ehtiyac varmı? Əmək bazarındakı kədərli reallıq
Sputnik Azərbaycan
Ekspertlər belə hesab edir ki, aşpaz, turizm bələdçisi kimi peşələrin universitet səviyyəsində tədrisinə ehtiyac yoxdur. 30.01.2023, Sputnik Azərbaycan
2023-01-30T10:07+0400
2023-01-30T10:07+0400
2023-01-30T10:07+0400
aşpaz
təhsil
ali təhsil
https://cdnn1.img.sputnik.az/img/42260/41/422604181_0:99:1920:1179_1920x0_80_0_0_3e4af37285f401a81b3f73700ea386aa.jpg
BAKI, 30 yanvar — Sputnik. Azərbaycanda aşpazlar ali təhsil ala biləcək. Bunu Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova bildirib. Maraqlıdır, Azərbaycanda universitetlərdə hansı ixtisaslar peşə təhsili formasında tədris oluna bilər, ümumiyyətlə, aşpaz və bu kimi ixtisasların ali təhsil səvviyyəsində tədrisinə ehtiyac varmı? Əmək bazarının araşdırılmaması vəziyyəti mücərrədləşdirir Təhsil üzrə ekspert Elşən Qafarov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, peşə ixtisaslarının təsnifatını, nə qədər kadr hazırlığının həyata keçirilməsinə ehtiyacın olmasını və universitetlərin payına nə qədər kadrın düşməsini Elm və Təhsil Nazirliyi müəyyən edir. Bununla bağlı təqdimat verilir və Nazirlər Kabineti də bunu təsdiq edir. "Amma maraqlıdır, istər peşə, istər orta ixtisas, istərsə də ali təhsil üzrə tədris zamanı hazırlanacaq kadrların sayı nəyin əsasında hazırlanır? Əmək bazarını öyrənən elmi tədqiqat institutları, bu işlə məşğul ola biləcək QHT-lər yoxdur. Bəs universitetlər hansı parametrlərə görə kadr hazırlayırlar? Bu məsələ hələ də mücərrəd olaraq qalır. Belə bir düşüncə var ki, ötən il hansısa ixtisas üzrə sənəd verənlərin sayı çox olubsa, növbəti ildə yerlər artırılsın", - ekspert deyib. Onun sözlərinə görə, Konstitusiyanın 35-ci maddəsinin 8-ci bəndində də göstərilir ki, dövlət tələb olunan sahələr üzrə kadr hazırlığını həyata keçirməlidir. Bundan başqa, ölkə prezidentinin 2022-ci ildə imzaladığı Sərəncamlardan biri də bu idi ki, əmək bazarını öyrənən tədqiqat institutları yaranacaq:"Düşünürəm ki, cari ildən bu məsələ icra olunmağa başlanacaq. Biz beynəlxalq təcrübədə də bunu görə bilərik. Hansı ixtisaslara, peşələrə ehtiyac olub-olmadığını müəyyənləşdirmək üçün əmək bazarı öyrənilməlidir. Yəni, öncə tələbat müəyyənləşdirilməlidir". Ekspertin fikrincə, Turizm İnstitutunda bu peşə üzrə yer ayrılandan sonra baxacaqlar ki müraciət edənlər çoxdursa, növbəti illərdə başqa universitetlərdə də bu yerləri açacaqlar: "İndiki halda bu məsələlər ehtimallar üzərində qurulur. Ehtimallar üzərindən məsələyə yanaşırıq. Sual yaranır: Bəs bu kadrlar hazırlanandan sonra əmək bazarında yer tapa bilcəklərmi? Təbii ki, onlar əmək bazarında yer tapa bilməyəcəklər". E.Qafarov bildirir ki, əmək bazarının öyrənilməsi üçün iş yerləri leqallaşdırılmalıdır: "Təəssüflər olsun ki, məmurlar real iş yerlərinin sayını açıqlamaq istəmirlər". Təhsil üzrə digər ekspert Kamran Əsədov isə Sputnik Azərbaycan-a bildirib ki, aşpaz, turizm bələdçisi, elektrik mühədisliyi kimi peşələrin ali təhsil səviyyəsində tədriisnə ehtiyac yoxdur: "Bunlar daha çox istehsalatla bağlı peşələrdir və 4 il ali təhsil alıb oxumağa ehtiyac yoxdur. Onlar bazara daha tez gəlməlidirlər və auditoriyada yox, birbaşa olaraq istehsalatda yetişməlidirlər". Son zamanlar hansı peşlərə tələbat var? K.Əsədov bildirir ki, ötən beş ildə Azərbaycanda ən çox ərzaq və qeyri-ərzaq məhsullarının satıcıları, ictimai işlərdə çalışanlar, menecerlər, müəllimlər, tikinti və sənaye fəhlələri, ustalar, kommunal xidmətlər sahəsində çalışanlar, müxtəlif təyinatlı nəqliyyat vasitələrinin sürücüləri, mühafizəçilər ilə əmək müqavilələri bağlanıb: "Son 10 ilin təhlilinə görə, kargüzarlıq, mühasibatlıq, audit, müştəri xidmətləri, maliyyə analizi, satış nümayəndələri və inşaat işçiləri əmək bazarında aktuallığını itirməyən peşə və ixtisaslar sırasındadır". Şəxsi araşdırmalarına əsasən ekspert bildirir ki, əmək bazarında İKT sahəsi üzrə peşələrə - proqramçı, kompyuter mühasibliyi, kompyuter texnikasının təmiri ustası, kompyuter dizayneri, internet üzrə operator, həmçinin müxtəlif xidmət sahələri üzrə peşələrə; aşpaz, ofisiant, barmen, mehmanxana qulluqçusu, bərbər və s. böyük tələbat var: "Eyni zamanda ixtisaslı fəhlə peşələrinə - elektrik-qaz qaynaqçısı, avtomobilin təmiri üzrə çilingər, quraşdırıcı çilingər, rəngsaz, elektrik qaz qaynaqçısı, dülgər-xarrat, mebel quraşdırıcısı, çilingər-yığıcı, tikişçi, elektrik avadanlıqlarının tənzimləyicisi, geniş profilli dəzgahçı, xalçaçı, şəbəkəçi, qənnadçı və s. peşələrə böyük ehtiyac var". K.Əsədov hesab edir ki, Azərbaycanda gələcəkdə məlumatların təhlili və analizi, süni intellekt və böyük məlumatlar (Big Data) bazası, rəqəmsal marketinq və strategiya, habelə prosesin avtomatlaşdırılması mütəxəssislərinə böyük tələbatın yaranacağı gözlənilir. O qeyd edir ki, ölkədə karyera planlaşdırılmasında da problemlər var: "Yəni, bir milyondan çox ali təhsilli şəxsin olmasına baxmayaraq, əmək bazarının tələblərinə cavab verən şəxs tapmaq çətindir. Buna görə də məktəblərdə karyera planlaşdırılması dərsi keçirilməlidir ki, bu uşaqlar ixtisas seçimini düzgün etsinlər. Çünki ixtisas seçimi iqtisadiyyata girişin ən vacib sütunlarından biridir". Əmək bazarındakı acınacaqlı vəziyyətdən danışan ekspert bildirib ki, ölkəmizdə hər il minlərlə tələbə ali məktəbləri bitirərək iş axtarışına çıxır: "Ali təhsilli gənclərin sayının ilbəil artmasına baxmayaraq, gənc mütəxəssislərin bilik və bacarıqlarının səviyyəsi əmək bazarının və işəgötürənlərin tələblərinə yetərincə cavab vermir. Bir vaxtlar məşhur olan, hər kəsin oxumağa can atdığı peşələrə bu gün tələbat azalıb. Valideynlər Sovet dövründə olduğu kimi, indi övladlarının ya hüquq, ya da tibb fakültəsində oxumasına cəhd etsələr də, bazarda belə ixtisaslara tələbatın olmaması vəziyyəti gərginləşdirib. Bu gün əmək bazarında tələblə təklif üst-üstə düşmür. Bu da müvafiq peşə sahiblərinin sayının azalması ilə yanaşı, həmin təklifin əcnəbi işçi qüvvəsi ilə əvəz olunmasına gətirib çıxarır". Nə etməli? Ekspert deyir ki, əmək bazarının təhlili iki fərqli qütbün olduğunu göstərir. Yəni, bir tərəfdə kifayət qədər çox işçi axtaran, digər tərəfdə isə işə ehtiyacı olan şəxslər var:"Hesab edirəm ki, başlıca işlərimizdən biri bunu müqayisə etmək və nəticədə ortaya təhlillər çıxarmaq, eləcə də əmək bazarının gedişatını dəyişmək olmalıdır. Müşahidələrimiz göstərir ki, bu iki məfhum arasında böyük qopuqluq var. Tərəfləri günahlandırmaq doğru deyil. Daha çox peşə ixtisası olmayan və bu günün əmək bazarının tələblərinə cavab verməyən işaxtaranlar çoxdur". K.Əsədovun fikrincə, digər tərəfdən müasir mütəxəssislərə, yeni yanaşma ilə fərqli əmək bazarı tələbləri olan peşəkarlara ehtiyac var"Əvvəlki mühitdə formalaşan əmək bazarı iştirakçıları var ki, onlar bu gün müasir əmək bazarının tələblərinə uyğun deyil. Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzi olaraq peşəyönümü, karyera planlaması istiqamətində köklü addımlar atması üçün təkliflər veririk ki, yeni nəsil müasir əmək bazarının tələblərinə uyğun yetişsin". Digər təhsil eksperti Vüsal Kərimli də bildirir ki, peşə sahələri olduğu üçün universitetdə oxumağa ehtiyac yoxdur: "Aşpaz, elektrik olmaq üçün mütləq deyil ki, 4 il təhsil alasan. Önəmli olan peşə bilik və bacarıqlarına yiyələnməkdir". Qeyd edək ki, dünyada aşpazlıq, santexniklik kimi peşələr əksər hallarda peşə təhsili və kurs formasında tədris edilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42260/41/422604181_108:0:1812:1278_1920x0_80_0_0_85373d74175dfa4b6fa82c2e6ff7941e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aşpaz, ali təhsil
Aşpaz olmaq üçün universitet təhsinə ehtiyac varmı? Əmək bazarındakı kədərli reallıq
Ekspertlər belə hesab edir ki, aşpaz, turizm bələdçisi kimi peşələrin universitet səviyyəsində tədrisinə ehtiyac yoxdur.
BAKI, 30 yanvar — Sputnik. Azərbaycanda aşpazlar ali təhsil ala biləcək. Bunu Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova bildirib.
Maraqlıdır, Azərbaycanda universitetlərdə hansı ixtisaslar peşə təhsili formasında tədris oluna bilər, ümumiyyətlə, aşpaz və bu kimi ixtisasların ali təhsil səvviyyəsində tədrisinə ehtiyac varmı?
Əmək bazarının araşdırılmaması vəziyyəti mücərrədləşdirir
Təhsil üzrə ekspert Elşən Qafarov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, peşə ixtisaslarının təsnifatını, nə qədər kadr hazırlığının həyata keçirilməsinə ehtiyacın olmasını və universitetlərin payına nə qədər kadrın düşməsini Elm və Təhsil Nazirliyi müəyyən edir. Bununla bağlı təqdimat verilir və Nazirlər Kabineti də bunu təsdiq edir.
"Amma maraqlıdır, istər peşə, istər orta ixtisas, istərsə də ali təhsil üzrə tədris zamanı hazırlanacaq kadrların sayı nəyin əsasında hazırlanır? Əmək bazarını öyrənən elmi tədqiqat institutları, bu işlə məşğul ola biləcək QHT-lər yoxdur. Bəs universitetlər hansı parametrlərə görə kadr hazırlayırlar? Bu məsələ hələ də mücərrəd olaraq qalır. Belə bir düşüncə var ki, ötən il hansısa ixtisas üzrə sənəd verənlərin sayı çox olubsa, növbəti ildə yerlər artırılsın", - ekspert deyib.
Onun sözlərinə görə, Konstitusiyanın 35-ci maddəsinin 8-ci bəndində də göstərilir ki, dövlət tələb olunan sahələr üzrə kadr hazırlığını həyata keçirməlidir. Bundan başqa, ölkə prezidentinin 2022-ci ildə imzaladığı Sərəncamlardan biri də bu idi ki, əmək bazarını öyrənən tədqiqat institutları yaranacaq:
"Düşünürəm ki, cari ildən bu məsələ icra olunmağa başlanacaq. Biz beynəlxalq təcrübədə də bunu görə bilərik. Hansı ixtisaslara, peşələrə ehtiyac olub-olmadığını müəyyənləşdirmək üçün əmək bazarı öyrənilməlidir. Yəni, öncə tələbat müəyyənləşdirilməlidir".
Ekspertin fikrincə, Turizm İnstitutunda bu peşə üzrə yer ayrılandan sonra baxacaqlar ki müraciət edənlər çoxdursa, növbəti illərdə başqa universitetlərdə də bu yerləri açacaqlar:
"İndiki halda bu məsələlər ehtimallar üzərində qurulur. Ehtimallar üzərindən məsələyə yanaşırıq. Sual yaranır: Bəs bu kadrlar hazırlanandan sonra əmək bazarında yer tapa bilcəklərmi? Təbii ki, onlar əmək bazarında yer tapa bilməyəcəklər".
E.Qafarov bildirir ki, əmək bazarının öyrənilməsi üçün iş yerləri leqallaşdırılmalıdır: "Təəssüflər olsun ki, məmurlar real iş yerlərinin sayını açıqlamaq istəmirlər".
Təhsil üzrə digər ekspert Kamran Əsədov isə Sputnik Azərbaycan-a bildirib ki, aşpaz, turizm bələdçisi, elektrik mühədisliyi kimi peşələrin ali təhsil səviyyəsində tədriisnə ehtiyac yoxdur:
"Bunlar daha çox istehsalatla bağlı peşələrdir və 4 il ali təhsil alıb oxumağa ehtiyac yoxdur. Onlar bazara daha tez gəlməlidirlər və auditoriyada yox, birbaşa olaraq istehsalatda yetişməlidirlər".
Son zamanlar hansı peşlərə tələbat var?
K.Əsədov bildirir ki, ötən beş ildə Azərbaycanda ən çox ərzaq və qeyri-ərzaq məhsullarının satıcıları, ictimai işlərdə çalışanlar, menecerlər, müəllimlər, tikinti və sənaye fəhlələri, ustalar, kommunal xidmətlər sahəsində çalışanlar, müxtəlif təyinatlı nəqliyyat vasitələrinin sürücüləri, mühafizəçilər ilə əmək müqavilələri bağlanıb:
"Son 10 ilin təhlilinə görə, kargüzarlıq, mühasibatlıq, audit, müştəri xidmətləri, maliyyə analizi, satış nümayəndələri və inşaat işçiləri əmək bazarında aktuallığını itirməyən peşə və ixtisaslar sırasındadır".
Şəxsi araşdırmalarına əsasən ekspert bildirir ki, əmək bazarında İKT sahəsi üzrə peşələrə - proqramçı, kompyuter mühasibliyi, kompyuter texnikasının təmiri ustası, kompyuter dizayneri, internet üzrə operator, həmçinin müxtəlif xidmət sahələri üzrə peşələrə; aşpaz, ofisiant, barmen, mehmanxana qulluqçusu, bərbər və s. böyük tələbat var:
"Eyni zamanda ixtisaslı fəhlə peşələrinə - elektrik-qaz qaynaqçısı, avtomobilin təmiri üzrə çilingər, quraşdırıcı çilingər, rəngsaz, elektrik qaz qaynaqçısı, dülgər-xarrat, mebel quraşdırıcısı, çilingər-yığıcı, tikişçi, elektrik avadanlıqlarının tənzimləyicisi, geniş profilli dəzgahçı, xalçaçı, şəbəkəçi, qənnadçı və s. peşələrə böyük ehtiyac var".
K.Əsədov hesab edir ki, Azərbaycanda gələcəkdə məlumatların təhlili və analizi, süni intellekt və böyük məlumatlar (Big Data) bazası, rəqəmsal marketinq və strategiya, habelə prosesin avtomatlaşdırılması mütəxəssislərinə böyük tələbatın yaranacağı gözlənilir.
O qeyd edir ki, ölkədə karyera planlaşdırılmasında da problemlər var: "Yəni, bir milyondan çox ali təhsilli şəxsin olmasına baxmayaraq, əmək bazarının tələblərinə cavab verən şəxs tapmaq çətindir. Buna görə də məktəblərdə karyera planlaşdırılması dərsi keçirilməlidir ki, bu uşaqlar ixtisas seçimini düzgün etsinlər. Çünki ixtisas seçimi iqtisadiyyata girişin ən vacib sütunlarından biridir".
Əmək bazarındakı acınacaqlı vəziyyətdən danışan ekspert bildirib ki, ölkəmizdə hər il minlərlə tələbə ali məktəbləri bitirərək iş axtarışına çıxır:
"Ali təhsilli gənclərin sayının ilbəil artmasına baxmayaraq, gənc mütəxəssislərin bilik və bacarıqlarının səviyyəsi əmək bazarının və işəgötürənlərin tələblərinə yetərincə cavab vermir. Bir vaxtlar məşhur olan, hər kəsin oxumağa can atdığı peşələrə bu gün tələbat azalıb. Valideynlər Sovet dövründə olduğu kimi, indi övladlarının ya hüquq, ya da tibb fakültəsində oxumasına cəhd etsələr də, bazarda belə ixtisaslara tələbatın olmaması vəziyyəti gərginləşdirib. Bu gün əmək bazarında tələblə təklif üst-üstə düşmür. Bu da müvafiq peşə sahiblərinin sayının azalması ilə yanaşı, həmin təklifin əcnəbi işçi qüvvəsi ilə əvəz olunmasına gətirib çıxarır".
Ekspert deyir ki, əmək bazarının təhlili iki fərqli qütbün olduğunu göstərir. Yəni, bir tərəfdə kifayət qədər çox işçi axtaran, digər tərəfdə isə işə ehtiyacı olan şəxslər var:
"Hesab edirəm ki, başlıca işlərimizdən biri bunu müqayisə etmək və nəticədə ortaya təhlillər çıxarmaq, eləcə də əmək bazarının gedişatını dəyişmək olmalıdır. Müşahidələrimiz göstərir ki, bu iki məfhum arasında böyük qopuqluq var. Tərəfləri günahlandırmaq doğru deyil. Daha çox peşə ixtisası olmayan və bu günün əmək bazarının tələblərinə cavab verməyən işaxtaranlar çoxdur".
K.Əsədovun fikrincə, digər tərəfdən müasir mütəxəssislərə, yeni yanaşma ilə fərqli əmək bazarı tələbləri olan peşəkarlara ehtiyac var
"Əvvəlki mühitdə formalaşan əmək bazarı iştirakçıları var ki, onlar bu gün müasir əmək bazarının tələblərinə uyğun deyil. Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzi olaraq peşəyönümü, karyera planlaması istiqamətində köklü addımlar atması üçün təkliflər veririk ki, yeni nəsil müasir əmək bazarının tələblərinə uyğun yetişsin".
Digər təhsil eksperti Vüsal Kərimli də bildirir ki, peşə sahələri olduğu üçün universitetdə oxumağa ehtiyac yoxdur:
"Aşpaz, elektrik olmaq üçün mütləq deyil ki, 4 il təhsil alasan. Önəmli olan peşə bilik və bacarıqlarına yiyələnməkdir".
Qeyd edək ki, dünyada aşpazlıq, santexniklik kimi peşələr əksər hallarda peşə təhsili və kurs formasında tədris edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.