DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniya Silahlı Qüvvələri çox acınacaqlı vəziyyətdədir

© AFP 2023 / Axel HeimkenAlmaniya əsgərləri
Almaniya əsgərləri - Sputnik Azərbaycan, 1920, 30.01.2023
Abunə olmaq
“The Economist” jurnalı yazır ki, ölkədə NATO standartlarının tələb etdiyi kimi bir ay əvəzinə cəmi bir neçə günə kifayət edəcək silah və mərmi ehtiyatı qalıb.
BAKI, 30 yanvar — Sputnik. Almaniya ordusu Ukrayna silahlı qüvvələrinə etdiyi yardıma görə “həmişəkindən daha acınacaqlı vəziyyətdədir”.
Bu barədə “The Economist” jurnalı yazır.
Xüsusilə qeyd olunur ki, ölkədə NATO standartlarının tələb etdiyi kimi bir ay əvəzinə cəmi bir neçə günə kifayət edəcək silah və mərmi ehtiyatı qalıb.
“Alman ordusunun istifadə etdiyi radio avadanlığının 40 ildən çox yaşı var və o, analoqdur, yəni onun siqnallarını asanlıqla ələ keçirmək olar. 350 ədəd “Puma” piyada döyüş maşınından isə yalnız 150-si işlək vəziyyətdədir " - deyə nəşr qeyd edib.
"Alman hərbçilərinin istifadə etdiyi radiotexnika avadanlığı 40 ildən çoxdur və analoqdur, yəni siqnalları asanlıqla ələ keçirilə bilər. "Puma"nın 350 piyada döyüş maşınından yalnız 150-si işlək vəziyyətdədir" dedi.
Nəşr, o cümlədən, bir il əvvəl vəd edilmiş, lakin hələ başlamamış islahatları da xatırladır.
Qeyd edək ki, Almaniya hakimiyyəti Ukraynaya 14 ədəd “Leopard 2” tankı göndərəcəyini açıqlayıb. Rusiya Elmlər Akademiyasının Avropa İnstitutunun direktor müavini Vladislav Belovun sözlərinə görə, kansler Olaf Şolts ABŞ-ın təzyiqinə tab gətirmədiyi üçün tədarükləri təsdiqləyib.
Xəbər lenti
0