DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Ukraynaya silah tədarükünü dayandırmalıdır - Çin Xarici İşlər Nazirliyi

© AP Photo / Liu ZhengÇin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin - Sputnik Azərbaycan, 1920, 30.01.2023
Abunə olmaq
XİNrəsmisinin sözlərinə görə, ABŞ öz hərəkətləri barədə düşünmək əvəzinə Çinə qarşı əsassız şübhələr və ittihamlar irəli sürür.
BAKI, 30 yanvar - Sputnik. Birləşmiş Ştatlar Ukrayna böhranının ən böyük təşəbbüskarıdır, əgər onlar həqiqətən Ukrayna xalqının qayğısına qalırlarsa, silah tədarükünü dayandırmalıdırlar. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bazar ertəsi brifinqdə bildirib.

“ABŞ Ukrayna böhranının əsas təşəbbüskarı və əsas hərəkətverici qüvvəsidir, onlar Ukraynanı davamlı olaraq ağır və hücum xarakterli silahlarla təchiz edir, münaqişəni uzadır və onu daha da gərginləşdirir”, - deyə Mao Nin bildirib.

Diplomat qeyd edib ki, əgər ABŞ həqiqətən də böhranın tezliklə bitməsini istəyirsə, “əgər onlar həqiqətən Ukrayna xalqının təhlükəsizliyini düşünürlərsə, ora silah göndərməyi dayandırmalı və müharibədən qazanc əldə etməlidirlər”:
“Gərginliyin tezliklə azaldılmasına məsuliyyətlə töhfə vermək və maraqlı tərəflər tərəfindən sülh danışıqları üçün əlverişli mühit və şərait yaratmaq lazımdır”.
Onun sözlərinə görə, ABŞ Ukraynaya görə Çinə qarşı əsassız ittihamlar irəli sürür
"Pekin Çin şirkətlərinin hüquqlarının pozulmasını səssizcə müşahidə etməyəcək", - deyə Çin Xarici İşlər Nazirliyinin sözçüsü brifinqdə qeyd edib.
“Amerika öz hərəkətləri (Ukraynadakı - red.) barədə düşünmək əvəzinə Çinə qarşı əsassız şübhələr və ittihamlar var. Biz belə əsassız şantajı qəbul etməyəcəyik, ABŞ-ın Çin şirkətlərinin qanuni hüquq və maraqlarını əsassız şəkildə pozmasına arxada oturub seyr etməyəcəyik”, - deyə Mao Nin Çinin dövlət şirkətlərinin Ukrayna münaqişəsində Rusiyaya hərbi və maliyyə yardımı göstərməsi ilə bağlı xəbərləri şərh edərkən deyib.
Xəbər lenti
0