ABŞ səfirliyi terror təhlükəsi barədə xəbərdarlıq etdi
© AP Photo / Emrah Gurelİstanbulda partlayış, arxiv şəkli
© AP Photo / Emrah Gurel
Abunə olmaq
Ötən həftə ABŞ səfirliyi Avropada ifrat sağçıların Quran nüsxələrinin yandırılması fonunda terror aktlarının baş verə biləcəyi barədə xəbərdarlıq etmişdi.
BAKI, 30 yanvar — Sputnik. ABŞ səfirliyi öz vətəndaşlarına İstanbulun mərkəzində terror aktları təhlükəsi barədə xəbərdarlıq edib. Bu barədə "RİA Novosti" məlumat yayıb.
Ötən həftə ABŞ səfirliyi Avropada ifrat sağçıların Quran nüsxələrinin yandırılması fonunda terror aktlarının baş verə biləcəyi barədə xəbərdarlıq etmişdi. Bundan sonra Fransanın diplomatik missiyası ABŞ səfirliyinin məlumatlarına istinadən oxşar xəbərdarlıq edib.
"ABŞ səfirliyi vətəndaşları kilsələr, sinaqoqlar, İstanbulda və ya əcnəbilər arasında məşhur olan digər yerlərdə, xüsusən də İstanbulun Beyoğlu, Qalata, Taksim, İstiqlal küçəsində ola biləcək cavab terror hücumları barədə xəbərdarlıq edir", - RİA Novosti-yə daxil olan məlumatda deyilir.
ABŞ səfirliyi qeyd edir ki, Türkiyə hakimiyyəti bu məsələni araşdırır. Vətəndaşlara izdihamdan çəkinmələri, mediada gedən xəbərləri izləmələri və ətraflarına diqqət yetirmələri tövsiyə olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.