DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İranın hərbi sursat zavoduna hücumu ABŞ həyata keçirib? VİDEO

© AP Photo / Iranian Revolutionary Guard Raket buraxılışı
Raket buraxılışı - Sputnik Azərbaycan, 1920, 29.01.2023
Abunə olmaq
Al Arabiya kanalı mənbələrə istinadən xəbər verib ki, İranın İsfahan şəhərində sursat fabrikinin anbarına hücumda ABŞ və başqa bir ölkənin əli olub.
BAKI, 29 yanvar - Sputnik. İranın İsfahan şəhərində sursat fabrikinin anbarına hücumda ABŞ və başqa bir ölkənin əli olub.
Bu barədə bu gün Al Arabiya mənbələrə istinadən xəbər verir.
Telekanalın məlumatına görə, hücumun hədəfi ballistik raketlərin olduğu anbar olub.
İsrailin bu əməliyyatda iştirak etmədiyi qeyd edilir.
Qeyd edək ki, İranda hərbi anbarın pilotsuz təyyarələrin hücumuna məruz qaldığı məlum olub. Hücum nəticəsində itki olmayıb. Pilotsuz təyyarələrdən biri hava hücumundan müdafiə sistemi tərəfindən vurulub, ikisi isə müdafiə qurğularına dəyib və partlayıb.
Xəbər lenti
0