https://sputnik.az/20230129/randa-novbeti-zelzele-bas-verib-ve-bu-naxcivanda-da-hiss-edilib-451171083.html
İranda növbəti zəlzələ baş verib və bu, Naxçıvanda da hiss edilib
İranda növbəti zəlzələ baş verib və bu, Naxçıvanda da hiss edilib
Sputnik Azərbaycan
Zəlzələ saat 18:41-də, yerin 5 kilometr dərinliyində qeydə alınıb.Təbii hadisə Naxçıvan şəhərində də hiss edilib. 29.01.2023, Sputnik Azərbaycan
2023-01-29T19:35+0400
2023-01-29T19:35+0400
2023-01-29T20:46+0400
cəmiyyət
iran
naxçıvan
zəlzələ
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1d/451158355_0:85:1620:996_1920x0_80_0_0_38c9878606a3b52b33823228ef576367.jpg
BAKI, 29 yanvar - Sputnik. İranın Xoy şəhəri yaxınlığında 4,5 bal gücündə daha bir zəlzələ olub.Zəlzələ saat 18:41-də, yerin 5 kilometr dərinliyində qeydə alınıb.Təbii hadisə Naxçıvan şəhərində də hiss edilib.Zəlzələ təxminən 8-10 saniyə davam edib.Şənbə günü axşam İranın Qərbi Azərbaycan əyalətində, Xoy şəhəri yaxınlığında 5,9 bal gücündə güclü zəlzələ baş verib, 3 nəfər ölüb. Zəlzələ nəticəsində zərərçəkənlərin sayı 973-ə çatıb. Bundan əvvəl İran mediası 816 nəfərin zərər çəkdiyini bildirmişdi."Bu günə kimi Xoy şəhərində baş vermiş zəlzələ nəticəsində 973 nəfər xəsarət alıb. Onların hamısı Qərbi Azərbaycan əyalətindəki xəstəxanalara və tibb məntəqələrinə, 858 nəfəri isə Xoy şəhər xəstəxanasına göndərilib. Qalanları isə Selmas və Çaypara şəhərlərindəki xəstəxanalara göndərilib”, - məlumatda deyilir.
https://sputnik.az/20230129/randa-zelzeleden-zerercekenlerin-sayi-1000-nefere-yaxinlasib-451161048.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1d/451158355_90:0:1530:1080_1920x0_80_0_0_cff41e8e954c48aaf0b9b910090d856e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, naxçıvan, zəlzələ
İranda növbəti zəlzələ baş verib və bu, Naxçıvanda da hiss edilib
19:35 29.01.2023 (Yenilənib: 20:46 29.01.2023) Zəlzələ saat 18:41-də, yerin 5 kilometr dərinliyində qeydə alınıb.Təbii hadisə Naxçıvan şəhərində də hiss edilib.
BAKI, 29 yanvar - Sputnik. İranın Xoy şəhəri yaxınlığında 4,5 bal gücündə daha bir zəlzələ olub.
Zəlzələ saat 18:41-də, yerin 5 kilometr dərinliyində qeydə alınıb.Təbii hadisə Naxçıvan şəhərində də hiss edilib.
Zəlzələ təxminən 8-10 saniyə davam edib.
Şənbə günü axşam İranın Qərbi Azərbaycan əyalətində, Xoy şəhəri yaxınlığında 5,9 bal gücündə güclü zəlzələ baş verib, 3 nəfər ölüb. Zəlzələ nəticəsində zərərçəkənlərin sayı 973-ə çatıb. Bundan əvvəl İran mediası 816 nəfərin zərər çəkdiyini bildirmişdi.
"Bu günə kimi Xoy şəhərində baş vermiş zəlzələ nəticəsində 973 nəfər xəsarət alıb. Onların hamısı Qərbi Azərbaycan əyalətindəki xəstəxanalara və tibb məntəqələrinə, 858 nəfəri isə Xoy şəhər xəstəxanasına göndərilib. Qalanları isə Selmas və Çaypara şəhərlərindəki xəstəxanalara göndərilib”, - məlumatda deyilir.