SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İranda hələ bu hadisə baş verməzdən əvvəl antiazərbaycan mühiti yaranmışdı - Xələf Xələfov

© Photo : REPORT IAXarici işlər nazirinin müavini Xələf Xələfov
Xarici işlər nazirinin müavini Xələf Xələfov  - Sputnik Azərbaycan, 1920, 29.01.2023
Abunə olmaq
Azərbaycan Xarici işlər nazirinin müavini Xələf Xələfov deyib ki, terror aktının baş verməsi İranla əlaqələrə çox böyük ziyan vurub.
BAKI, 29 yanvar - Sputnik. Azərbaycan Xarici işlər nazirinin müavini Xələf Xələfov deyib ki, İrandakı səfirliyimizdə baş verən terror aktı iki ölkənin münasibətlərinə böyük zərbə vurub.
“Terror aktının baş verməsi İranla əlaqələrimizə çox böyük ziyan vurdu”, - o, jurnalistlərə açıqlamasında deyib. Əlavə edib ki, bu ziyanın vurulmasında bütün məsuliyyət İran dövlətinin üzərinə düşür:
“İran dövlətində hələ bu hadisə baş verməzdən əvvəl antiazərbaycan mühiti yaranmışdı. Həm mətbuatda, həm ictimaiyyətdə. Biz dəfələrlə İran tərəfini xəbərdar etmişdik ki, bu şəraitdə normal münasibət saxlamaq mümkün deyil, bu mühitdən çəkinmək lazımdır. Mən bu fikri söyləməkdən çəkinmirəm ki, o mühitin yaranması da bu terror aktının baş verməsinə müəyyən rəvac verib”.
Xələfov hadisənin ölkəmiz tərfindən terror kimi qiymətləndirildiyini də açıqlayıb:
“Baş verən hadisələrlə bağlı hörmətli Prezidentimiz bu silahlı hücumu terror aktı kimi qiymətləndirib və terror aktını pisləyib. Bu, ölkəmizin mövqeyidir”.
Xələf Xələfov bildirib ki, bu hadisə baş verəndən sonra İranın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə dəvət edilib:
"Əlimizdə olan ilkin məlumatlar əsasında Azərbaycan dövlətinin tələblərini İran səfirinin nəzərinə çatdırmışıq. Əsas tələbimiz ondan ibarətdir ki, İran məsuliyyət daşıyan dövlət kimi beynəlxalq öhdəlikləri çərçivəsində baş vermiş terror aktını hərtərəfli və təfsilatlı olaraq şəffaf şəkildə tədqiq etməlidir, cinayətkarları məsuliyyətə cəlb etməlidir, cinayətkarların arxasında duran, təşkil edən, bu cinayətin törədilməsində əli olan bütün iştirakçıları müəyyən etməlidir və onlar ədalət məhkəməsinə cəlb etməklə cəzalandırılmalıdır”.
Xələf Xələfov - Sputnik Azərbaycan, 1920, 29.01.2023
SİYASƏT
Səfirlikdə törədilən terror aktına görə İran məsuliyyət daşıyır - Xələf Xələfov
Xəbər lenti
0