https://sputnik.az/20230129/qerb-kesfiyyati-sfahana-dron-hucumunun-ugurlu-oldugunu-aciqlayib-451169466.html
Qərb kəşfiyyatı İsfahana dron hücumunun uğurlu olduğunu açıqlayıb
Qərb kəşfiyyatı İsfahana dron hücumunun uğurlu olduğunu açıqlayıb
Sputnik Azərbaycan
İsfahanda mütərəqqi silahların işlənib hazırlanmasını həyata keçirən obyektdə dörd partlayış baş verib. 29.01.2023, Sputnik Azərbaycan
2023-01-29T19:20+0400
2023-01-29T19:20+0400
2023-01-29T20:46+0400
dünya xəbərləri
iran
isfahan
tehran
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/11/447558315_0:379:2200:1617_1920x0_80_0_0_76d256d7c017539f5b0a1e03cc90063a.jpg
BAKI, 29 yanvar - Sputnik. İranın İsfahan şəhərinə dron hücumu uğurlu olub, hərbi obyektdə ən azı dörd partlayış baş verib.Bu barədə İsrailin “Jerusalem Post” qəzetinə Qərb kəşfiyyatındakı mənbələr bildirib.Qeyd olunub ki, İsfahanda mütərəqqi silahların işlənib hazırlanmasını həyata keçirən obyektdə dörd partlayış baş verib: “Bunu sosial şəbəkələrdə yerləşdirilən qeydlər sübut edir. Zərər İranın iddia etdiyi “damın kiçik zədələnməsindən” çox daha böyükdür”.Qəzetin yazdığına görə, əvvəllər İran hakimiyyəti bu cür insidentlərdə hərbi obyektlərə ciddi ziyanın dəydiyini əvvəlcə təkzib edir:“Yalnız bir müddət sonra Tehran dəymiş ziyanın miqyasını açıqlayır. Bu, dəyən ziyanın effektivliyini təsdiqləyən və İran hakimiyyətinin ilkin rəsmi versiyasını təkzib edən peyk şəkilləri ictimai sahəyə çıxdıqdan sonra baş verirdi”.Qəzetin mənbələrinə görə, İsrailin kəşfiyyat orqanlarının İranın nüvə proqramı ilə bağlı hədəflərə qarşı keçmişdə uğurlu hücumlar həyata keçirib (Report).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/11/447558315_44:0:2200:1617_1920x0_80_0_0_99f1431ebd680fbb38b8b8ce9b6c143f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, isfahan, tehran
Qərb kəşfiyyatı İsfahana dron hücumunun uğurlu olduğunu açıqlayıb
19:20 29.01.2023 (Yenilənib: 20:46 29.01.2023) İsfahanda mütərəqqi silahların işlənib hazırlanmasını həyata keçirən obyektdə dörd partlayış baş verib.
BAKI, 29 yanvar - Sputnik. İranın İsfahan şəhərinə dron hücumu uğurlu olub, hərbi obyektdə ən azı dörd partlayış baş verib.
Bu barədə İsrailin “Jerusalem Post” qəzetinə Qərb kəşfiyyatındakı mənbələr bildirib.
Qeyd olunub ki, İsfahanda mütərəqqi silahların işlənib hazırlanmasını həyata keçirən obyektdə dörd partlayış baş verib: “Bunu sosial şəbəkələrdə yerləşdirilən qeydlər sübut edir. Zərər İranın iddia etdiyi “damın kiçik zədələnməsindən” çox daha böyükdür”.
Qəzetin yazdığına görə, əvvəllər İran hakimiyyəti bu cür insidentlərdə hərbi obyektlərə ciddi ziyanın dəydiyini əvvəlcə təkzib edir:
“Yalnız bir müddət sonra Tehran dəymiş ziyanın miqyasını açıqlayır. Bu, dəyən ziyanın effektivliyini təsdiqləyən və İran hakimiyyətinin ilkin rəsmi versiyasını təkzib edən peyk şəkilləri ictimai sahəyə çıxdıqdan sonra baş verirdi”.
Qəzetin mənbələrinə görə, İsrailin kəşfiyyat orqanlarının İranın nüvə proqramı ilə bağlı hədəflərə qarşı keçmişdə uğurlu hücumlar həyata keçirib (Report).