https://sputnik.az/20230129/nato-olkelerinin-hec-biri-rusiya-ile-birbasa-muharibede-istirak-etmeyecek---solts-451159646.html
NATO ölkələrinin heç biri Rusiya ilə birbaşa müharibədə iştirak etməyəcək - Şolts
NATO ölkələrinin heç biri Rusiya ilə birbaşa müharibədə iştirak etməyəcək - Şolts
Sputnik Azərbaycan
Almaniyanın Federal kansleri deyib ki, Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqlarını vacib sayır. 29.01.2023, Sputnik Azərbaycan
2023-01-29T14:45+0400
2023-01-29T14:45+0400
2023-01-29T14:45+0400
dünya xəbərləri
rusiya
almaniya
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441562217_0:0:3073:1728_1920x0_80_0_0_ba94ade89eedadf211ed84b83e8d5ede.jpg
BAKI, 29 yanvar - Sputnik. Almaniya kansleri Olaf Şolts Rusiya ilə NATO arasında gərginliyin qarşısını alacağına söz verib. O qeyd edib ki, bu, Almaniya hökumətindəki hər kəsin məqsədidir.Bunu bazar günü Tagesspiegel qəzetində dərc olunan müsahibəsində Almaniyanın Federal kansleri Olaf Şolts deyib."Bu müharibədə heç bir NATO ölkəsinin birbaşa iştirakı yoxdur. Bu baş verməyəcək", - o, bildirib."Buna ciddi yanaşan Almaniya kansleri Rusiyanın Ukraynaya qarşı müharibəsinin Rusiya ilə NATO arasında müharibəyə çevrilməməsi üçün hər şeyi etməlidir", - Şolts əlavə edib.O bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqlarını vacib sayır, onlar davam etdirilməlidir.“Putinlə yenidən telefon danışığım olacaq, çünki bir-birimizlə danışmalıyıq” – alman kansler deyib.Onun sözlərinə görə, vəziyyətlə bağlı "tamamilə fərqli" fikirlərə baxmayaraq, belə söhbətlər zamanı ton "ədəbsiz" olmur.Şolts bu kontekstdə Rusiyanın Ukraynadakı xüsusi əməliyyatını “dəhşətli mənasız müharibə” adlandırıb:"Bəzən söhbət məhbusların mübadiləsi, taxıl ixracı, Zaporojye AES-in konkret məsələlərindən gedirdi. Amma mənim üçün vacibdir ki, söhbət həmişə konkret mövzuya qayıdır – dünya bu dəhşətli vəziyyətdən necə çıxa bilər? Bunun şərtləri bəllidir - rus qoşunlarının çıxarılması”.Qeyd edək ki, Şolts və Putin sonuncu dəfə 2 dekabr 2022-ci ildə telefonla danışıblar.Onu da qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov yanvarın 29-da bildirib ki, hazırda Almaniya kansleri Olaf Şoltsa Rusiya prezidenti Vladimir Putinin qrafiki ilə bağlı razılaşdırılmış danışıqlar yoxdur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441562217_155:0:2884:2047_1920x0_80_0_0_0d8a526d79236e87b223dfc9b8f4e4a9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, almaniya
NATO ölkələrinin heç biri Rusiya ilə birbaşa müharibədə iştirak etməyəcək - Şolts
Almaniyanın Federal kansleri deyib ki, Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqlarını vacib sayır.
BAKI, 29 yanvar - Sputnik. Almaniya kansleri Olaf Şolts Rusiya ilə NATO arasında gərginliyin qarşısını alacağına söz verib. O qeyd edib ki, bu, Almaniya hökumətindəki hər kəsin məqsədidir.
Bunu bazar günü Tagesspiegel qəzetində dərc olunan müsahibəsində Almaniyanın Federal kansleri Olaf Şolts deyib.
"Bu müharibədə heç bir NATO ölkəsinin birbaşa iştirakı yoxdur. Bu baş verməyəcək", - o, bildirib.
"Buna ciddi yanaşan Almaniya kansleri Rusiyanın Ukraynaya qarşı müharibəsinin Rusiya ilə NATO arasında müharibəyə çevrilməməsi üçün hər şeyi etməlidir", - Şolts əlavə edib.
O bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqlarını vacib sayır, onlar davam etdirilməlidir.
“Putinlə yenidən telefon danışığım olacaq, çünki bir-birimizlə danışmalıyıq” – alman kansler deyib.
Onun sözlərinə görə, vəziyyətlə bağlı "tamamilə fərqli" fikirlərə baxmayaraq, belə söhbətlər zamanı ton "ədəbsiz" olmur.
Şolts bu kontekstdə Rusiyanın Ukraynadakı xüsusi əməliyyatını “dəhşətli mənasız müharibə” adlandırıb:
"Bəzən söhbət məhbusların mübadiləsi, taxıl ixracı, Zaporojye AES-in konkret məsələlərindən gedirdi. Amma mənim üçün vacibdir ki, söhbət həmişə konkret mövzuya qayıdır – dünya bu dəhşətli vəziyyətdən necə çıxa bilər? Bunun şərtləri bəllidir - rus qoşunlarının çıxarılması”.
Qeyd edək ki, Şolts və Putin sonuncu dəfə 2 dekabr 2022-ci ildə telefonla danışıblar.
Onu da qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov yanvarın 29-da bildirib ki, hazırda Almaniya kansleri Olaf Şoltsa Rusiya prezidenti Vladimir Putinin qrafiki ilə bağlı razılaşdırılmış danışıqlar yoxdur.