https://sputnik.az/20230129/kardioloq-genc-yaslarda-infarktin-ilginc-sebebini-aciqladi--451079576.html
Kardioloq gənc yaşlarda infarktın ilginc səbəbini açıqladı
Kardioloq gənc yaşlarda infarktın ilginc səbəbini açıqladı
Sputnik Azərbaycan
Həkim deyir ki, əvvəllər 45-50 yaşda bu xəstəlik müşahidə olunurdusa, indi 25 yaşlı şəxsdə də miokard infarktı aşkarlanır. 29.01.2023, Sputnik Azərbaycan
2023-01-29T08:15+0400
2023-01-29T08:15+0400
2023-01-29T08:15+0400
infarkt
səhiyyə
ürək-damar xəstəlikləri
https://cdnn1.img.sputnik.az/img/42329/54/423295442_0:105:1999:1229_1920x0_80_0_0_384792459ab44db2a9e289cf23a8f15c.jpg
BAKI, 29 yanvar — Sputnik. Beş-on il əvvəllə müqayisədə son illərdə ürək xəstəliklərinin sayında ciddi şəkildə artım var. Miokard infarktının yaşı getdikcə cavanlaşıb. Əvvəllər 45-50 yaşda bu xəstəlik müşahidə olunurdusa, indi 25 yaşlı şəxsdə də miokard infarktı aşkarlanır. Bunun da səbəbləri sırasında narkomaniya var. Bunu Sputnik Azərbaycan-a açıqlamasında invaziv kardioloq İlqar Tahiroğlu deyib. Həkim deyir ki, belə gənc yaşlarda infarkt aşkarlandıqda onlar ilk olaraq xəstənin narkotik qəbul etməsindən şübhələnirlər: "Bir gəncdə genetik ürək xəstəliyi faktoru yoxdursa, o ən çox narkotik və enerji içkilərindən istifadə etdiyi üçün infarkt ola bilər". Kardioloq deyib ki, təkcə Azərbaycanda deyil, bütün dünyada narkotik vasitələrin istifadəsi ilə əlaqədar olaraq miokard infarktında gəncləşmə müşahidə edilir."Tək bizim xəstəxanada deyil, digər xəstəxanalarla da danışanda öyrənirik ki, həftədə ən azı bir nəfər gənc yaşda miokard infarktı ilə çox ağır bir vəziyyətdə gətirilir", - deyə o, əlavə edib. Həkimin sözlərinə görə, ürək, qan-damar sistemləri xəstəliklərində dəyişdirə bilib-bilməyəcəyimiz səbəblər var: "Bir ailədə genetik olaraq ürək, qan-damar xəstəliyi varsa, onların övladlarında da bu xəstəliyin olma ehtimalı yüksəkdir. Təbii ki, belə şəxslər müəyyən yaşdan sonra mütləq şəkildə nəzarətdə qalmalıdır". Həkim bildirir ki, genetikasında risk olan şəxslərin müəyyən yaşdan sonra xolesterin səviyyəsi ölçülməlidir. Onun sözlərinə görə, şəkər, xolesterin yüksəkliyi, stress faktoru, zərərli vərdişlər, yüksək dozalı spirtli və enerji içkiləri, "Fast food", qidalanmanın pozulması ürək xəstəliklərinin yaranmasına səbəb olur. Bundan başqa, son zamanlar bütün dünyada olduğu kimi, Azərbaycanda da oturaq həyat tərzi artıb. İnsanlar piyada getməyə deyil, maşınla getməyə daha çox üstünlük verirlər. Oturaq həyat, hərəkətsizlik artıq çəki və ürək, qan-damar sistemi xəstəliklərinin yaranmasına, artmasına səbəb olur. İ.Tahiroğlu deyir ki, bundan başqa, son zamanlar qəlyandan istifadənin genişlənməsi də bu xəstəliklərin artmasına səbəb olub: "Ürək xəstəlikləri olan şəxslər zərərli vərdişlərdən, enerji içkilərindən uzaq durmalıdır, daha çox hərəkətdə olmalıdır, artıq çəki almamalıdır. Amma təəssüflər olsun ki, biz bir toplum olaraq yeməyi, xüsusən də ləzzətli yeməyi sevirik. Problem yeməyin miqdarı və aldığımız enerji ilə xərclədiyimiz enerjinin eyni olmamasındadır. Bu səbəbdən axşam yeməyindən sonra mütləq gəzməli və idman etməliyik. Lakin biz axşam yeməyindən sonra yatmağa üstünlük veririk. Belə olan halda bədəndə piy, yağ qatı yaranır. Bir müddət sonra isə bu problemlər özünü ürəkdə də göstərir". Mütəxəssisin sözlərinə görə, ürək, qan-damar sistemi xəstəlikləri olanlar mütləq şəkildə gün ərzində 45 dəqiqə orta sürətlə yürüş, oturaq həyatı olan şəxslər yüngül gimnastik hərəkətlər icra etməlidir. Digər kardioloq Şəhla Ağayeva sonradan qazanılan ürək xəstəliklərinə əsas səbəb kimi normal, düzgün qidalanmamanı və oturaq həyat tərzini göstərir. O deyir ki, həftədə ən azı üç gün, 50 dəqiqə olmaqla yürüşlər etmək lazımdır. Bundan başqa, duzlu və yağlı yeməkdən uzaq olmaq, meyvə-tərəvəz qəbulunu daha da artırmaq məsləhətdir. "Xəstənin problemi araşdırılmalıdır və sonradan pəhrizə başlanılmalıdır", - deyə o, əlavə edib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı, həkim-kardioloq Sevinc Nəsirova bildirib ki, təkcə Azərbaycanda yox, bütün dünyada ürək-damar sistemi xəstəliklərinin sayı artmağa davam edir və demək olar, onkoloji xəstəliklərlə eyni sırada dayanıb. Onun sözlərinə görə, icbari tibbi sığorta çərçivəsində də ən çox ürək-damar xəstəlikləri üzrə müraciətlər olur. Hətta kardiovaskular xəstəliklərin yaşı getdikcə cavanlaşır: "Əvvəllər 50-60 yaşlarda gördüyümüz xəstəliklərə indi 35-40 yaşda rast gəlinir, bəzi xəstəliklər isə hətta uşaqlaşır. Kardioloji xəstəliklərin bir çox növləri var. Son zamanlar ən çox yayılan ürəyin işemik xəstəliyi, anadangəlmə və ya qazanılmış ürək xəstəlikləri, ürək çatışmazlığı, miokard infarktı, aritmiyalardır”. Həkim deyib ki, sinədə göynəmə, ağrının sol qola və kürəyə yayılması, boğulma, tənginəfəslik, ayaqlarda şişkinlik, hərəkət zamanı ağrının artması, baş ağrısı olduğu zaman mütləq həkimə müraciət olunmalıdır: “Çünki bu, artıq ürək xəstəliklərinin göstəricisidir”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42329/54/423295442_111:0:1888:1333_1920x0_80_0_0_1ab11ecefbc3dd8345df9685228f6a8b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
infarkt, ürək-damar xəstəlikləri
infarkt, ürək-damar xəstəlikləri
Kardioloq gənc yaşlarda infarktın ilginc səbəbini açıqladı
Həkim deyir ki, əvvəllər 45-50 yaşda bu xəstəlik müşahidə olunurdusa, indi 25 yaşlı şəxsdə də miokard infarktı aşkarlanır.
BAKI, 29 yanvar — Sputnik. Beş-on il əvvəllə müqayisədə son illərdə ürək xəstəliklərinin sayında ciddi şəkildə artım var. Miokard infarktının yaşı getdikcə cavanlaşıb. Əvvəllər 45-50 yaşda bu xəstəlik müşahidə olunurdusa, indi 25 yaşlı şəxsdə də miokard infarktı aşkarlanır. Bunun da səbəbləri sırasında narkomaniya var.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında invaziv kardioloq İlqar Tahiroğlu deyib.
Həkim deyir ki, belə gənc yaşlarda infarkt aşkarlandıqda onlar ilk olaraq xəstənin narkotik qəbul etməsindən şübhələnirlər:
"Bir gəncdə genetik ürək xəstəliyi faktoru yoxdursa, o ən çox narkotik və enerji içkilərindən istifadə etdiyi üçün infarkt ola bilər".
Kardioloq deyib ki, təkcə Azərbaycanda deyil, bütün dünyada narkotik vasitələrin istifadəsi ilə əlaqədar olaraq miokard infarktında gəncləşmə müşahidə edilir.
"Tək bizim xəstəxanada deyil, digər xəstəxanalarla da danışanda öyrənirik ki, həftədə ən azı bir nəfər gənc yaşda miokard infarktı ilə çox ağır bir vəziyyətdə gətirilir", - deyə o, əlavə edib.
Həkimin sözlərinə görə, ürək, qan-damar sistemləri xəstəliklərində dəyişdirə bilib-bilməyəcəyimiz səbəblər var:
"Bir ailədə genetik olaraq ürək, qan-damar xəstəliyi varsa, onların övladlarında da bu xəstəliyin olma ehtimalı yüksəkdir. Təbii ki, belə şəxslər müəyyən yaşdan sonra mütləq şəkildə nəzarətdə qalmalıdır".
Həkim bildirir ki, genetikasında risk olan şəxslərin müəyyən yaşdan sonra xolesterin səviyyəsi ölçülməlidir.
Onun sözlərinə görə, şəkər, xolesterin yüksəkliyi, stress faktoru, zərərli vərdişlər, yüksək dozalı spirtli və enerji içkiləri, "Fast food", qidalanmanın pozulması ürək xəstəliklərinin yaranmasına səbəb olur. Bundan başqa, son zamanlar bütün dünyada olduğu kimi, Azərbaycanda da oturaq həyat tərzi artıb. İnsanlar piyada getməyə deyil, maşınla getməyə daha çox üstünlük verirlər. Oturaq həyat, hərəkətsizlik artıq çəki və ürək, qan-damar sistemi xəstəliklərinin yaranmasına, artmasına səbəb olur.
İ.Tahiroğlu deyir ki, bundan başqa, son zamanlar qəlyandan istifadənin genişlənməsi də bu xəstəliklərin artmasına səbəb olub:
"Ürək xəstəlikləri olan şəxslər zərərli vərdişlərdən, enerji içkilərindən uzaq durmalıdır, daha çox hərəkətdə olmalıdır, artıq çəki almamalıdır. Amma təəssüflər olsun ki, biz bir toplum olaraq yeməyi, xüsusən də ləzzətli yeməyi sevirik. Problem yeməyin miqdarı və aldığımız enerji ilə xərclədiyimiz enerjinin eyni olmamasındadır. Bu səbəbdən axşam yeməyindən sonra mütləq gəzməli və idman etməliyik. Lakin biz axşam yeməyindən sonra yatmağa üstünlük veririk. Belə olan halda bədəndə piy, yağ qatı yaranır. Bir müddət sonra isə bu problemlər özünü ürəkdə də göstərir".
Mütəxəssisin sözlərinə görə, ürək, qan-damar sistemi xəstəlikləri olanlar mütləq şəkildə gün ərzində 45 dəqiqə orta sürətlə yürüş, oturaq həyatı olan şəxslər yüngül gimnastik hərəkətlər icra etməlidir.
Digər kardioloq Şəhla Ağayeva sonradan qazanılan ürək xəstəliklərinə əsas səbəb kimi normal, düzgün qidalanmamanı və oturaq həyat tərzini göstərir. O deyir ki, həftədə ən azı üç gün, 50 dəqiqə olmaqla yürüşlər etmək lazımdır. Bundan başqa, duzlu və yağlı yeməkdən uzaq olmaq, meyvə-tərəvəz qəbulunu daha da artırmaq məsləhətdir.
"Xəstənin problemi araşdırılmalıdır və sonradan pəhrizə başlanılmalıdır", - deyə o, əlavə edib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı, həkim-kardioloq Sevinc Nəsirova bildirib ki, təkcə Azərbaycanda yox, bütün dünyada ürək-damar sistemi xəstəliklərinin sayı artmağa davam edir və demək olar, onkoloji xəstəliklərlə eyni sırada dayanıb.
Onun sözlərinə görə, icbari tibbi sığorta çərçivəsində də ən çox ürək-damar xəstəlikləri üzrə müraciətlər olur. Hətta kardiovaskular xəstəliklərin yaşı getdikcə cavanlaşır:
"Əvvəllər 50-60 yaşlarda gördüyümüz xəstəliklərə indi 35-40 yaşda rast gəlinir, bəzi xəstəliklər isə hətta uşaqlaşır. Kardioloji xəstəliklərin bir çox növləri var. Son zamanlar ən çox yayılan ürəyin işemik xəstəliyi, anadangəlmə və ya qazanılmış ürək xəstəlikləri, ürək çatışmazlığı, miokard infarktı, aritmiyalardır”.
Həkim deyib ki, sinədə göynəmə, ağrının sol qola və kürəyə yayılması, boğulma, tənginəfəslik, ayaqlarda şişkinlik, hərəkət zamanı ağrının artması, baş ağrısı olduğu zaman mütləq həkimə müraciət olunmalıdır: “Çünki bu, artıq ürək xəstəliklərinin göstəricisidir”.