DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan: "Mənim cənab Putinlə münasibətlərim dürüstlüklə bağlıdır”

© Sputnik / Mihail Klimentev / Mediabanka keçid Президент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган
 Президент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган - Sputnik Azərbaycan, 1920, 29.01.2023
Abunə olmaq
Türkiyə prezidenti qeyd edib ki, Rusiya ilə münasibətlərdə qarşılıqlı hörmət var. Tatarıstandan Dağıstana və bütün digər bölgələrdə onların müraciətlərinə qarşılıq verilir.
BAKI, 29 yanvar - Sputnik. “Rusiya ilə münasibətlərimizdə qarşılıqlı hörmət var. Mənim cənab Putinlə münasibətlərim dürüstlüklə bağlıdır”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Tatarıstandan Dağıstana və bütün digər bölgələrdə bizim müraciətlərimizə qarşılıq verilir. İstədiyimiz nəticəni əldə edə bilməsək də, təbii ki, Suriyanın şimalında baş verən proseslərdə “Gəlin, indi üçtərəfli görüşlər keçirək” deyirik. Rusiya, Türkiyə, Suriya olaraq bir araya gələk. Hətta İranı da əlavə edə bilərik. Danışıqlarımızı belə aparaq və bölgədə sülh olsun. Region mövcud problemləri yaşamamalıdır”, - deyə o vurğulayıb (APA).
Xəbər lenti
0