https://sputnik.az/20230128/xaricden-getirilen-mallar-gomrukde-ilisib-qalmayacaq---prezident-deyisikliye-imza-atdi-451141468.html
Xaricdən gətirilən mallar gömrükdə ilişib qalmayacaq - Prezident dəyişikliyə imza atdı
Xaricdən gətirilən mallar gömrükdə ilişib qalmayacaq - Prezident dəyişikliyə imza atdı
Sputnik Azərbaycan
Gömrük bəyannaməsi təqdim edildiyi tarixdən 1 gün müddətində gömrük orqanı tərəfindən təsdiq edilmədikdə, bəyannaməçi malların buraxılışının həyata keçirilməsi... 28.01.2023, Sputnik Azərbaycan
2023-01-28T18:32+0400
2023-01-28T18:32+0400
2023-01-28T18:32+0400
gömrük
cəmiyyət
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/42238/59/422385934_0:160:3073:1888_1920x0_80_0_0_384698d065c08e78ae753ea3db635b32.jpg
BAKI, 28 yanvar — Sputnik. Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi, "Gömrük tarifi haqqında" qanunda edilmiş dəyişikliyə əsasən Azərbaycanda bundan sonra malların gömrük dəyərinin müəyyən edilməsi sadə və ədalətli meyarlara əsaslanmalı, gömrük dəyərləndirilməsinin prosedurları malların təchizat mənbələrindən asılı olaraq fərqlənməməlidir. Sputnik Azərbaycan xəbər verir ki, bəyannaməçinin gömrük orqanına təqdim etdiyi gömrük bəyannaməsi təqdim edildiyi tarixdən 1 gün müddətində gömrük orqanı tərəfindən bəyan edilmiş malın gömrük dəyərini dəqiqləşdirmək zərurəti ilə əlaqədar olaraq təsdiq edilmədikdə, bəyannaməçi malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Həmin müraciətə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Buraxılışı həyata keçirilməmiş malların gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə dair bildiriş həmin mallarla bağlı gömrük bəyannaməsinin gömrük orqanına təqdim edildiyi andan ən geci 24 saat müddətində bəyannaməçiyə təqdim edilməlidir. Gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42238/59/422385934_170:0:2901:2048_1920x0_80_0_0_9d78b8fd5d9ea2f4e87437ad6a623b25.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
gömrük, prezident ilham əliyev
gömrük, prezident ilham əliyev
Xaricdən gətirilən mallar gömrükdə ilişib qalmayacaq - Prezident dəyişikliyə imza atdı
Gömrük bəyannaməsi təqdim edildiyi tarixdən 1 gün müddətində gömrük orqanı tərəfindən təsdiq edilmədikdə, bəyannaməçi malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər.
BAKI, 28 yanvar — Sputnik. Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi, "Gömrük tarifi haqqında" qanunda edilmiş dəyişikliyə əsasən Azərbaycanda bundan sonra malların gömrük dəyərinin müəyyən edilməsi sadə və ədalətli meyarlara əsaslanmalı, gömrük dəyərləndirilməsinin prosedurları malların təchizat mənbələrindən asılı olaraq fərqlənməməlidir.
Sputnik Azərbaycan xəbər verir ki, bəyannaməçinin gömrük orqanına təqdim etdiyi gömrük bəyannaməsi təqdim edildiyi tarixdən 1 gün müddətində gömrük orqanı tərəfindən bəyan edilmiş malın gömrük dəyərini dəqiqləşdirmək zərurəti ilə əlaqədar olaraq təsdiq edilmədikdə, bəyannaməçi malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Həmin müraciətə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
Buraxılışı həyata keçirilməmiş malların gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə dair bildiriş həmin mallarla bağlı gömrük bəyannaməsinin gömrük orqanına təqdim edildiyi andan ən geci 24 saat müddətində bəyannaməçiyə təqdim edilməlidir.
Gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.