https://sputnik.az/20230128/valideynlerin-diqqetine-usaqlar-arasinda-en-cox-yayilan-xestelik-mueyyen-edilib-451144154.html
Valideynlərin diqqətinə: Uşaqlar arasında ən çox yayılan xəstəlik müəyyən edilib
Valideynlərin diqqətinə: Uşaqlar arasında ən çox yayılan xəstəlik müəyyən edilib
Sputnik Azərbaycan
TƏBİB-in yaydığı məlumata görə, ötən il uşaqlar arasında aparılan müayinələr zamanı aşkar olunan xəstəliklər arasında göz, həzm və tənəffüs sisteminin... 28.01.2023, Sputnik Azərbaycan
2023-01-28T18:07+0400
2023-01-28T18:07+0400
2023-01-28T18:07+0400
valideyn
səhiyyə
https://cdnn1.img.sputnik.az/img/41314/80/413148075_0:55:1050:646_1920x0_80_0_0_62b6a87295f28bd4677b7b1f2910efbe.jpg
BAKI, 28 yanvar — Sputnik. Valideynlərin diqqətinə- Uşaqlar arasında ən çox yayılan xəstəlik. Ötən il Azərbaycanda uşaqlar arasında aşkarlanan ən çox xəstəlik göz xəstəliyi olub. Bu barədə Sputnik Azərbaycan-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Məlumata görə, ötən il uşaqlar arasında aparılan müayinələr zamanı aşkar olunan xəstəliklər arasında göz xəstəlikləri - 25% (əsasən yaxındangörmə) olub: "Bundan başqa müayinə olunanların 20 faizi həzm sistemi (əsasən stomotoloji), 13.5% tənəffüs sistemi (əsasən LOR), 12.3% sümük-əzələ sistemi (əsasən qamətin pozulması) xəstəlikləri üstünlük təşkil edir. Uşaqların peyvənd təqvimi üzrə immunizasiya işinin yekun hesabatına əsasən 2021-ci ildə COVID-ə görə bu işə nəzarət zəif olub, 2022-ci ildə uşaqlar arasında poliomielit əleyhinə peyvənd ilə əhatə olunması - 85% (əksgöstəriş 5 %), pnevmokok -77% (əksgöstəriş 4 %), HİB -77% (əksgöstəriş 3 %), QPM-71% (əksgöstəriş 5 %) təşkil edib. Cari ildə immunizasiya, xəstəliklərin erkən aşkar olunması və vaxtında müalicəyə cəlb olunması məqsədilə sahə həkimlərinin patronaj işinin və valideynlər arasında sanitariya maarifi işinin aparılmasına nəzarətin gücləndirilməsi, profilaktik müayinələrin ambulator şəraitdə aparılması istiqamətində işlər davam etdiriləcək".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41314/80/413148075_59:0:992:700_1920x0_80_0_0_7808bbb3f972981d71fe69351df69b35.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
valideyn
Valideynlərin diqqətinə: Uşaqlar arasında ən çox yayılan xəstəlik müəyyən edilib
TƏBİB-in yaydığı məlumata görə, ötən il uşaqlar arasında aparılan müayinələr zamanı aşkar olunan xəstəliklər arasında göz, həzm və tənəffüs sisteminin xəstəlikləri üstünlük təşkil edib.
BAKI, 28 yanvar — Sputnik. Valideynlərin diqqətinə- Uşaqlar arasında ən çox yayılan xəstəlik. Ötən il Azərbaycanda uşaqlar arasında aşkarlanan ən çox xəstəlik göz xəstəliyi olub.
Bu barədə Sputnik Azərbaycan-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Məlumata görə, ötən il uşaqlar arasında aparılan müayinələr zamanı aşkar olunan xəstəliklər arasında göz xəstəlikləri - 25% (əsasən yaxındangörmə) olub:
"Bundan başqa müayinə olunanların 20 faizi həzm sistemi (əsasən stomotoloji), 13.5% tənəffüs sistemi (əsasən LOR), 12.3% sümük-əzələ sistemi (əsasən qamətin pozulması) xəstəlikləri üstünlük təşkil edir.
Uşaqların peyvənd təqvimi üzrə immunizasiya işinin yekun hesabatına əsasən 2021-ci ildə COVID-ə görə bu işə nəzarət zəif olub, 2022-ci ildə uşaqlar arasında poliomielit əleyhinə peyvənd ilə əhatə olunması - 85% (əksgöstəriş 5 %), pnevmokok -77% (əksgöstəriş 4 %), HİB -77% (əksgöstəriş 3 %), QPM-71% (əksgöstəriş 5 %) təşkil edib.
Cari ildə immunizasiya, xəstəliklərin erkən aşkar olunması və vaxtında müalicəyə cəlb olunması məqsədilə sahə həkimlərinin patronaj işinin və valideynlər arasında sanitariya maarifi işinin aparılmasına nəzarətin gücləndirilməsi, profilaktik müayinələrin ambulator şəraitdə aparılması istiqamətində işlər davam etdiriləcək".