https://sputnik.az/20230128/turkiye-xn-bascisi-rani-azerbaycan-sefirliyine-qarsi-terrora-aydinliq-getirmeye-cagirdi-451144289.html
Türkiyə XİN başçısı İranı Azərbaycan səfirliyinə qarşı terrora aydınlıq gətirməyə çağırdı
Türkiyə XİN başçısı İranı Azərbaycan səfirliyinə qarşı terrora aydınlıq gətirməyə çağırdı
Sputnik Azərbaycan
Çavuşoğlu deyib ki, Ankaranın Tehrandan gözləntisi bu terror hücumunun arxasında dayananlar və hadisənin səbəbləri barədə Azərbaycana məlumat verməsidir. 28.01.2023, Sputnik Azərbaycan
2023-01-28T16:10+0400
2023-01-28T16:10+0400
2023-01-28T16:30+0400
siyasət
mövlud çavuşoğlu
türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
iran
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/02/448157086_0:0:3025:1702_1920x0_80_0_0_a4b725d7d764a5cc9af9dcd5b399dd9b.jpg
BAKI, 28 yanvar - Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İranı səfirliyə qarşı terror hücumunun arxasında dayananlar və hadisənin səbəbləri barədə Azərbaycana məlumat verməyə çağırıb. O qeyd edib ki, son vaxtlar Azərbaycanın diplomatik missiyalarına qarşı terror hücumları həyata keçirilir. Parisdə 2, Livanda 1 hücum olub. Həmin hücumları oradakı radikal erməni qrupları həyata keçirib: “Həmçinin Londonda da radikal bir qrup Azərbaycanın səfirliyinə hücum etdi. İndi də İranda belə hadisə baş verdi. Bu hücumlar araşdırılmalıdır. Xüsusilə İranla Azərbaycan arasında səmimi əməkdaşlıq mühiti formalaşmalıdır”.M.Çavuşoğlu Tehrana çağırış edərək deyib: “Qonşumuz İrandan gözləntimiz bu terror hücumunun arxasında dayananlar və hadisənin səbəbləri barədə Azərbaycana məlumat verməsidir. Bu, vacibdir. İkinci bir tərəfdən, bu hücumu təşkil edən şəxs və ya şəxslər məsuliyyətə cəlb olunmalıdır. Hər zaman deyirik: Can Azərbaycan tək deyil”.Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda bu xain hücum üzrə araşdırma gedir.Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlik əməkdaşları tərəfindən saxlanılıb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/02/448157086_74:0:2805:2048_1920x0_80_0_0_6f817fd19d5387d6b4646d7512c42341.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mövlud çavuşoğlu, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu, iran
mövlud çavuşoğlu, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu, iran
Türkiyə XİN başçısı İranı Azərbaycan səfirliyinə qarşı terrora aydınlıq gətirməyə çağırdı
16:10 28.01.2023 (Yenilənib: 16:30 28.01.2023) Çavuşoğlu deyib ki, Ankaranın Tehrandan gözləntisi bu terror hücumunun arxasında dayananlar və hadisənin səbəbləri barədə Azərbaycana məlumat verməsidir.
BAKI, 28 yanvar - Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İranı səfirliyə qarşı terror hücumunun arxasında dayananlar və hadisənin səbəbləri barədə Azərbaycana məlumat verməyə çağırıb.
O qeyd edib ki, son vaxtlar Azərbaycanın diplomatik missiyalarına qarşı terror hücumları həyata keçirilir. Parisdə 2, Livanda 1 hücum olub. Həmin hücumları oradakı radikal erməni qrupları həyata keçirib:
“Həmçinin Londonda da radikal bir qrup Azərbaycanın səfirliyinə hücum etdi. İndi də İranda belə hadisə baş verdi. Bu hücumlar araşdırılmalıdır. Xüsusilə İranla Azərbaycan arasında səmimi əməkdaşlıq mühiti formalaşmalıdır”.
M.Çavuşoğlu Tehrana çağırış edərək deyib: “Qonşumuz İrandan gözləntimiz bu terror hücumunun arxasında dayananlar və hadisənin səbəbləri barədə Azərbaycana məlumat verməsidir. Bu, vacibdir. İkinci bir tərəfdən, bu hücumu təşkil edən şəxs və ya şəxslər məsuliyyətə cəlb olunmalıdır. Hər zaman deyirik: Can Azərbaycan tək deyil”.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlik əməkdaşları tərəfindən saxlanılıb