https://sputnik.az/20230128/tehrandaki-sefirliyimizde-terrorcunu-zerersizlesdiren-qehreman-emeliyyat-olunub---vdeo-451132887.html
Tehrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən qəhrəman əməliyyat olunub - VİDEO
Tehrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən qəhrəman əməliyyat olunub - VİDEO
Sputnik Azərbaycan
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən cinayətkarı zərərsizləşdirən Vasif Tağıyevin əməliyyat edildiyi bildirilib. 28.01.2023, Sputnik Azərbaycan
2023-01-28T10:58+0400
2023-01-28T10:58+0400
2023-01-28T10:58+0400
səfirlik
cəmiyyət
iran
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1b/451115117_0:160:3072:1888_1920x0_80_0_0_5b7fe968f78842a0001d3ca0b4a5c4a3.jpg
BAKI, 28 yanvar — Sputnik. "Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən cinayətkarı zərərsizləşdirən Vasif Tağıyev əməliyyat olunub". Sputnik Azərbaycan-ın Oxu.Az-a istinadən məlumatına görə, bunu onun anası Təranə Tağıyeva bildirib. Onun sözlərinə görə, oğlu ilə əlaqə saxlaya bilməyiblər: "Vasif axşam əməliyyat olunub. Amma bizə heç nə deməyib. Bizə məlumatı dostu verir. Çiynində güllə yarası, çənəsində sınıq olub. Əməliyyat dörd saat yarım cəkib". Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə də V.Tağıyevin əməliyyat olunduğunu təsdiqləyib: O, bildirib ki, əməliyyat olunan yaralımızın vəziyyəti yaxşıdır. Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir. Öldürülən baş leytenant O.Əsgərov Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Rizvan Əsgərovun oğludur. Onun iki övladı var.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1b/451115117_171:0:2902:2048_1920x0_80_0_0_5994ed50208eb5b02f2b64d9a612d1ae.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
səfirlik, iran
Tehrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən qəhrəman əməliyyat olunub - VİDEO
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən cinayətkarı zərərsizləşdirən Vasif Tağıyevin əməliyyat edildiyi bildirilib.
BAKI, 28 yanvar — Sputnik. "Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən cinayətkarı zərərsizləşdirən Vasif Tağıyev əməliyyat olunub".
Sputnik Azərbaycan-ın Oxu.Az-a istinadən məlumatına görə, bunu onun anası Təranə Tağıyeva bildirib.
Onun sözlərinə görə, oğlu ilə əlaqə saxlaya bilməyiblər:
"Vasif axşam əməliyyat olunub. Amma bizə heç nə deməyib. Bizə məlumatı dostu verir. Çiynində güllə yarası, çənəsində sınıq olub. Əməliyyat dörd saat yarım cəkib".
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə də V.Tağıyevin əməliyyat olunduğunu təsdiqləyib:
O, bildirib ki, əməliyyat olunan yaralımızın vəziyyəti yaxşıdır.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.
Öldürülən baş leytenant O.Əsgərov Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Rizvan Əsgərovun oğludur. Onun iki övladı var.