Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabahın hava proqnozu: Bakıda çiskin, rayonlarda qar olacaq

© Sputnik / Murad OrujovDumanlı hava
Dumanlı hava - Sputnik Azərbaycan, 1920, 28.01.2023
Abunə olmaq
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
BAKI, 28 yanvar — Sputnik. Yanvarın 29-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
Xəbər lenti
0