https://sputnik.az/20230128/rusiya-ermenistanin-esl-mahiyyetini-basa-dusur---millet-vekili-451118860.html
Rusiya Ermənistanın əsl mahiyyətini başa düşür - millət vəkili
Rusiya Ermənistanın əsl mahiyyətini başa düşür - millət vəkili
Sputnik Azərbaycan
Aydın Mirzəzadə bildirib ki, hər hansı missiyalar, Ermənistanı dəstəkləyən diplomatik dairələr vəziyyəti heç bir halda Ermənistanın xeyrinə dəyişmək... 28.01.2023, Sputnik Azərbaycan
2023-01-28T09:01+0400
2023-01-28T09:01+0400
2023-01-28T09:01+0400
rusiya
təhlil
ermənistan
missiya
millət vəkili aydın mirzəzadə
https://cdnn1.img.sputnik.az/img/41202/40/412024099_0:78:1500:922_1920x0_80_0_0_d254bbe59e7781874498ab7465355461.jpg
BAKI, 28 yanvar — Sputnik. Avropa İttifaqının (Aİ) nəyin bahasına olursa olsun, Ermənistanda möhkəmlənmək cəhdləri ermənilərin və azərbaycanlıların regionun dinc inkişafı ilə bağlı maraqlarına xələl gətirə bilər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. Sputnik Azərbaycan Rusiya XİN-in bu bəyanatı ilə bağlı millət vəkili Aydın Mirzəzadənin fikrini öyrənib. Millət vəkili bildirib ki, bu barədə Avropa İttifaqının birtərəfli mövqe tutduğu hiss olunur:O qeyd edib ki, Ermənistan nə etsə də, mövcud reallıqları dəyişə və Vətən müharibəsindən əvvəlki dövrə qayıda bilməyəcək:
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41202/40/412024099_84:0:1417:1000_1920x0_80_0_0_95f9c60924b4472b1a46e1859036f47c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, ermənistan, missiya, millət vəkili aydın mirzəzadə
rusiya, ermənistan, missiya, millət vəkili aydın mirzəzadə
Rusiya Ermənistanın əsl mahiyyətini başa düşür - millət vəkili
Aydın Mirzəzadə bildirib ki, hər hansı missiyalar, Ermənistanı dəstəkləyən diplomatik dairələr vəziyyəti heç bir halda Ermənistanın xeyrinə dəyişmək iqtidarında deyil.
BAKI, 28 yanvar — Sputnik. Avropa İttifaqının (Aİ) nəyin bahasına olursa olsun, Ermənistanda möhkəmlənmək cəhdləri ermənilərin və azərbaycanlıların regionun dinc inkişafı ilə bağlı maraqlarına xələl gətirə bilər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Sputnik Azərbaycan Rusiya XİN-in bu bəyanatı ilə bağlı millət vəkili Aydın Mirzəzadənin fikrini öyrənib.
Millət vəkili bildirib ki, bu barədə Avropa İttifaqının birtərəfli mövqe tutduğu hiss olunur:
"İşğalçının tərəfində durmaqla nəyəsə nail olmaq mümkün deyil. Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaqdan yayınır. Belə olan halda missiyanın hansı fəaliyyəti yerinə yetirəcəyi aydın deyil. Yaxşı ki, Rusiya Ermənistanın əsl mahiyyətini başa düşür. Ermənistan dünya siyasi xəritəsində Rusiyaya görə mövcuddur. Bütün bunlara baxmayaraq, Ermənistan Rusiya ilə müttəfiqliyi bir qırağa qoyaraq eyni iki vaxtda iki stulda əyləşməyə çalışır".
O qeyd edib ki, Ermənistan nə etsə də, mövcud reallıqları dəyişə və Vətən müharibəsindən əvvəlki dövrə qayıda bilməyəcək:
"Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Dünya Azərbaycanın haqlı mövqeyini qəbul edir. Bu baxımdan hər hansı missiyalar, Ermənistanı dəstəkləyən diplomatik dairələr vəziyyəti heç bir halda Ermənistanın xeyrinə dəyişmək iqtidarında deyil".