https://sputnik.az/20230128/nato-ya-uzvlukle-bagli-turkiye-svec-danisiqlari-dayandirilib-451151885.html
NATO-ya üzvlüklə bağlı Türkiyə-İsveç danışıqları dayandırılıb
NATO-ya üzvlüklə bağlı Türkiyə-İsveç danışıqları dayandırılıb
Sputnik Azərbaycan
İsveçin xarici işlər naziri Tobias Billström NATO-ya üzvlük prosesinin dayandırılmasının Quranın yandırılması ilə bağlı aksiyalar fonunda baş verdiyini... 28.01.2023, Sputnik Azərbaycan
2023-01-28T21:33+0400
2023-01-28T21:33+0400
2023-01-28T21:34+0400
dünya xəbərləri
nato
isveç
türkiyə
quran
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1e/450199614_0:161:3071:1888_1920x0_80_0_0_dd56e28441134acd2312ad658229dd1d.jpg
BAKI, 28 yanvar - Sputnik. İsveçin xarici işlər naziri Tobias Billström Türkiyə-İsveç danışıqlarının dayandırıldığını açıqlayıb.Bu barədə “TRT Haber” məlumat yayıb. Billström NATO-ya üzvlük prosesinin dayandırılmasının Quranın yandırılması ilə bağlı aksiyalar fonunda baş verdiyini bildirib:"Qurani Kərimin yandırılması ilə bağlı aksiyalar fonunda krallığın Alyansa üzv olması dayandırılıb", - o, deyib. Qeyd edək ki, bundan əvvəl rəsmi Ankara da İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə dair üçtərəfli mexanizm üzrə növbəti görüşün təxirə salındığını bildirmişdi.Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu isə daha əvvəl deyib ki, Türkiyə hazırda Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı görüşdə bir məna görmür.Nazir həmçinin İsveç və Finlandiyanın NATO-ya ayrıca olaraq qəbul edilməsi ilə bağlı rəsmi təklifin olmadığını da qeyd edib.İslam əleyhinə olan "Sərt kurs" partiyasına rəhbərlik edən ultra-sağçı danimarkalı siyasətçi Rasmus Paludan yanvarın 21-də Stokholmdakı Türkiyə səfirliyi qarşısında Quran kitabını yandırıb.İsveç mediası Paludanın bu aksiyasının yerli hakimiyyət orqanlarının icazəsi ilə baş tutduğu barədə məlumat yayıb.Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılması "alçaqlıq və rəzillikdir" və bu, "ksenofobiya və irqçiliyin" təzahürüdür.Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın İsveç hakimiyyətinin "müasir barbarlar" kimi davrandığına diqqət çəkib.İsveçin Baş naziri Ulf Kristersson Stokholmda Türkiyə səfirliyi yaxınlığında Quranın yandırılmasını hörmətsizlik adlandırıb.
https://sputnik.az/20230121/stokholmda-quran-yandirilmasi-avropada-slamofobiyanin-seviyyesini-gosterir---turkiye-xn-450899713.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1e/450199614_170:0:2901:2048_1920x0_80_0_0_d484040f2bc5f9d76b8d14b18c417cd2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nato, isveç, türkiyə, quran
nato, isveç, türkiyə, quran
NATO-ya üzvlüklə bağlı Türkiyə-İsveç danışıqları dayandırılıb
21:33 28.01.2023 (Yenilənib: 21:34 28.01.2023) İsveçin xarici işlər naziri Tobias Billström NATO-ya üzvlük prosesinin dayandırılmasının Quranın yandırılması ilə bağlı aksiyalar fonunda baş verdiyini bildirib.
BAKI, 28 yanvar - Sputnik. İsveçin xarici işlər naziri Tobias Billström Türkiyə-İsveç danışıqlarının dayandırıldığını açıqlayıb.
Bu barədə “TRT Haber” məlumat yayıb. Billström NATO-ya üzvlük prosesinin dayandırılmasının Quranın yandırılması ilə bağlı aksiyalar fonunda baş verdiyini bildirib:
"Qurani Kərimin yandırılması ilə bağlı aksiyalar fonunda krallığın Alyansa üzv olması dayandırılıb", - o, deyib.
Qeyd edək ki, bundan əvvəl rəsmi Ankara da İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə dair üçtərəfli mexanizm üzrə növbəti görüşün təxirə salındığını bildirmişdi.
Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu isə daha əvvəl deyib ki, Türkiyə hazırda Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı görüşdə bir məna görmür.
Nazir həmçinin İsveç və Finlandiyanın NATO-ya ayrıca olaraq qəbul edilməsi ilə bağlı rəsmi təklifin olmadığını da qeyd edib.
İslam əleyhinə olan "Sərt kurs" partiyasına rəhbərlik edən ultra-sağçı danimarkalı siyasətçi Rasmus Paludan yanvarın 21-də Stokholmdakı Türkiyə səfirliyi qarşısında Quran kitabını yandırıb.
İsveç mediası Paludanın bu aksiyasının yerli hakimiyyət orqanlarının icazəsi ilə baş tutduğu barədə məlumat yayıb.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılması "alçaqlıq və rəzillikdir" və bu, "ksenofobiya və irqçiliyin" təzahürüdür.
Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın İsveç hakimiyyətinin "müasir barbarlar" kimi davrandığına diqqət çəkib.
İsveçin Baş naziri Ulf Kristersson Stokholmda Türkiyə səfirliyi yaxınlığında Quranın yandırılmasını hörmətsizlik adlandırıb.