https://sputnik.az/20230128/misir-prezidenti-ona-verilen-naharin-ardindan-olkesine-qayidib-451143620.html
Misir prezidenti ona verilən naharın ardından Azərbaycanı tərk edib
Misir prezidenti ona verilən naharın ardından Azərbaycanı tərk edib
Sputnik Azərbaycan
Əs-Sisi bildirib ki, Azərbaycanın ehtiyac duyduğu bütün dərman preparatlarının siyahısı hazırlanıb onlara təqdim olunandan sonra bu istiqamətdə işlər... 28.01.2023, Sputnik Azərbaycan
2023-01-28T15:45+0400
2023-01-28T15:45+0400
2023-01-28T19:01+0400
misir
siyasət
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1c/451139677_0:198:2936:1850_1920x0_80_0_0_90bc10c10a4760b13374c795e1d15c23.jpg
BAKI, 28 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi mətbuata bəyanatlarla çıxış ediblər. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi ilə geniş tərkibdə görüşündə deyib ki, siyasi əlaqələrimizin gücləndirilməsi məsələləri də diqqətdən yayınmayıb. "Beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimizi gücləndirəcəyik və əməkdaşlığımızı dərinləşdirəcəyik" deyə İlham Əliyev vurğulayıb. Dövlət başçısı əmin olduğunu bildirib ki, Misir Prezidentinin Azərbaycana səfəri ölkələrimizin gələcəkdə uğurla inkişafına çox böyük töhfə verəcək. "Əlbəttə ki, biznes dairələrinin birgə fəaliyyəti bizim əlaqələrimizi daha da gücləndirəcək. Biz gələcək əməkdaşlıq sahələri də müəyyən etdik. Əminəm ki, həm qarşılıqlı sərmayə qoyuluşu, həm ticarət dövriyyəsinin artırılması yaxın gələcəkdə mümkün olacaq", - dövlət başçısı söyləyib. "Eyni zamanda, cənab Prezident, Sizinlə razılaşdıq ki, istər Azərbaycan investorları, istərsə də misirli investorlar üçün ölkələrimizdə asanlaşdırıcı tədbirlər görülsün və onlara kömək göstərilsin" - deyə Misir dövlət başçısı Əbdülfəttah Əs-Sisi cavab verib. Əs-Sisi əsasən də əczaçılıq sahəsində müştərək müəssisələrin və müştərək investisiyaların yaradılması da bizim aramızda əldə olunan razılaşmadan danışıb: "Siz qeyd etdiyiniz kimi, Azərbaycanın ehtiyac duyduğu bütün dərman preparatlarının siyahısı hazırlanıb bizə təqdim olunandan sonra biz də bu istiqamətdə öz işlərimizi görəcəyik. Əbdülfəttah Əs-Sisi Azərbaycanın İrandakı səfirliyinə hücumla əlaqədar başsağlığı verib. İlham Əliyevin adından Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin şərəfinə nahar verilib. Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycan Respublikasına səfəri yanvarın 28-də başa çatıb. Azərbaycanın və Misirin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Misir Prezidenti Əbdülfəttah Əs-Sisini Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1c/451139677_103:0:2834:2048_1920x0_80_0_0_ae16c3021b2062d3ca3f57f12ce5b343.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
misir, prezident ilham əliyev
misir, prezident ilham əliyev
Misir prezidenti ona verilən naharın ardından Azərbaycanı tərk edib
15:45 28.01.2023 (Yenilənib: 19:01 28.01.2023) Əs-Sisi bildirib ki, Azərbaycanın ehtiyac duyduğu bütün dərman preparatlarının siyahısı hazırlanıb onlara təqdim olunandan sonra bu istiqamətdə işlər görüləcək.
BAKI, 28 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi mətbuata bəyanatlarla çıxış ediblər. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi ilə geniş tərkibdə görüşündə deyib ki, siyasi əlaqələrimizin gücləndirilməsi məsələləri də diqqətdən yayınmayıb. "Beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimizi gücləndirəcəyik və əməkdaşlığımızı dərinləşdirəcəyik" deyə İlham Əliyev vurğulayıb. Dövlət başçısı əmin olduğunu bildirib ki, Misir Prezidentinin Azərbaycana səfəri ölkələrimizin gələcəkdə uğurla inkişafına çox böyük töhfə verəcək.
"Əlbəttə ki, biznes dairələrinin birgə fəaliyyəti bizim əlaqələrimizi daha da gücləndirəcək. Biz gələcək əməkdaşlıq sahələri də müəyyən etdik. Əminəm ki, həm qarşılıqlı sərmayə qoyuluşu, həm ticarət dövriyyəsinin artırılması yaxın gələcəkdə mümkün olacaq", - dövlət başçısı söyləyib.
"Eyni zamanda, cənab Prezident, Sizinlə razılaşdıq ki, istər Azərbaycan investorları, istərsə də misirli investorlar üçün ölkələrimizdə asanlaşdırıcı tədbirlər görülsün və onlara kömək göstərilsin" - deyə Misir dövlət başçısı Əbdülfəttah Əs-Sisi cavab verib.
Əs-Sisi əsasən də əczaçılıq sahəsində müştərək müəssisələrin və müştərək investisiyaların yaradılması da bizim aramızda əldə olunan razılaşmadan danışıb:
"Siz qeyd etdiyiniz kimi, Azərbaycanın ehtiyac duyduğu bütün dərman preparatlarının siyahısı hazırlanıb bizə təqdim olunandan sonra biz də bu istiqamətdə öz işlərimizi görəcəyik. Əbdülfəttah Əs-Sisi Azərbaycanın İrandakı səfirliyinə hücumla əlaqədar başsağlığı verib.
İlham Əliyevin adından Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin şərəfinə nahar verilib.
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycan Respublikasına səfəri yanvarın 28-də başa çatıb.
Azərbaycanın və Misirin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Misir Prezidenti Əbdülfəttah Əs-Sisini Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.