https://sputnik.az/20230128/fransa-da-randaki-azerbaycan-sefirliyine-terror-hucumunu-pisledi-451142949.html
Fransa da İrandakı Azərbaycan səfirliyinə terror hücumunu pislədi
Fransa da İrandakı Azərbaycan səfirliyinə terror hücumunu pislədi
Sputnik Azərbaycan
Fransa XİN İran hakimiyyətini ölkədəki əcnəbi diplomatları qorumağa və bu hücumu öz səlahiyyətlərinə uyğun şəkildə araşdırmağa çağırıb. 28.01.2023, Sputnik Azərbaycan
2023-01-28T14:55+0400
2023-01-28T14:55+0400
2023-01-28T14:55+0400
fransa
siyasət
iran
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/14/425514694_0:0:3072:1728_1920x0_80_0_0_010f65130a8302335607f622aa2a902f.jpg
BAKI, 28 yanvar — Sputnik. Fransa Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu pisləyib. Bu barədə Nazirliyin bəyanatında bildirilib. "Biz həlak olan şəxsin ailəsinə başsağlığı veririk. Diplomatlara və diplomatik korpusa istənilən hücum qəbuledilməzdir. Biz İran hakimiyyətini ölkədəki əcnəbi diplomatları qorumağa və bu hücumu öz səlahiyyətlərinə uyğun şəkildə araşdırmağa çağırırıq", - bəyanatda vurğulanıb. Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlik əməkdaşları tərəfindən saxlanılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/14/425514694_341:0:3072:2048_1920x0_80_0_0_b4bed2566077707a7a6b5ff59443db0b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fransa, iran
Fransa da İrandakı Azərbaycan səfirliyinə terror hücumunu pislədi
Fransa XİN İran hakimiyyətini ölkədəki əcnəbi diplomatları qorumağa və bu hücumu öz səlahiyyətlərinə uyğun şəkildə araşdırmağa çağırıb.
BAKI, 28 yanvar — Sputnik. Fransa Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu pisləyib.
Bu barədə Nazirliyin bəyanatında bildirilib.
"Biz həlak olan şəxsin ailəsinə başsağlığı veririk. Diplomatlara və diplomatik korpusa istənilən hücum qəbuledilməzdir.
Biz İran hakimiyyətini ölkədəki əcnəbi diplomatları qorumağa və bu hücumu öz səlahiyyətlərinə uyğun şəkildə araşdırmağa çağırırıq", - bəyanatda vurğulanıb.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlik əməkdaşları tərəfindən saxlanılıb.