https://sputnik.az/20230128/belaruslar-oz-serhedlerinde-ecnebilerin-yuzlerle-pua-sini-qeyde-aliblar---451151498.html
Belaruslar öz sərhədlərində əcnəbilərin yüzlərlə PUA-sını qeydə alıblar
Belaruslar öz sərhədlərində əcnəbilərin yüzlərlə PUA-sını qeydə alıblar
Sputnik Azərbaycan
Dövlət Sərhəd Komitəsinin sədri general-leytenant Anatoli Lappo bildirib ki, sərhədçilər 2022-ci ildə dövlət sərhədi boyunca 463 xarici pilotsuz təyyarənin... 28.01.2023, Sputnik Azərbaycan
2023-01-28T21:14+0400
2023-01-28T21:14+0400
2023-01-28T21:14+0400
dünya xəbərləri
belarus
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/02/436886315_0:22:1000:585_1920x0_80_0_0_f260d55f19c20bc49d22de4c0af28234.jpg
BAKI, 28 yanvar - Sputnik. Belarusun sərhədçiləri 2022-ci ildə dövlət sərhədi boyunca 463 xarici pilotsuz təyyarənin uçuşunu qeydə alıblar.Bu barədə ölkənin Dövlət Sərhəd Komitəsinin sədri general-leytenant Anatoli Lappo bildirib. "Bir il əvvəl hərbi hava məkanında vəziyyət sakit idi: biz mülki təyyarələrin müəyyən dəhlizlərlə uçduğunu gördük. Ötən ili götürsək, təkcə sərhədimiz boyu 463 pilotsuz təyyarə uçuşu qeydə almışıq", - DSK rəhbəri şənbə günü "Belarus 1" telekanalının efirində deyib. O əlavə edib ki, Belarus sərhədi yaxınlığında başqa dövlətlərin əvvəllər mövcud olmayan ordu aviasiyası peyda olub. "Uçan helikopteri xatırlayırsınız? Bu, mülki vertolyot deyildi. Bu, raket idi. Bizə adekvat həll yolları, yeni qüvvələr və vasitələr (cavab vermək üçün - red.) lazımdır", - Lappo bildirib. General eyni zamanda Belarusun demək olar ki, hər bir sərhəd zastavasının pilotsuz uçuş aparatları ilə təchiz olunduğunu vurğulayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/02/436886315_0:0:820:615_1920x0_80_0_0_5cc5c8b06a59eeb5c6c088d436046e6a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
belarus
Belaruslar öz sərhədlərində əcnəbilərin yüzlərlə PUA-sını qeydə alıblar
Dövlət Sərhəd Komitəsinin sədri general-leytenant Anatoli Lappo bildirib ki, sərhədçilər 2022-ci ildə dövlət sərhədi boyunca 463 xarici pilotsuz təyyarənin uçuşunu qeydə alıblar.
BAKI, 28 yanvar - Sputnik. Belarusun sərhədçiləri 2022-ci ildə dövlət sərhədi boyunca 463 xarici pilotsuz təyyarənin uçuşunu qeydə alıblar.
Bu barədə ölkənin Dövlət Sərhəd Komitəsinin sədri general-leytenant Anatoli Lappo bildirib.
"Bir il əvvəl hərbi hava məkanında vəziyyət sakit idi: biz mülki təyyarələrin müəyyən dəhlizlərlə uçduğunu gördük. Ötən ili götürsək, təkcə sərhədimiz boyu 463 pilotsuz təyyarə uçuşu qeydə almışıq", - DSK rəhbəri şənbə günü "Belarus 1" telekanalının efirində deyib.
O əlavə edib ki, Belarus sərhədi yaxınlığında başqa dövlətlərin əvvəllər mövcud olmayan ordu aviasiyası peyda olub.
"Uçan helikopteri xatırlayırsınız? Bu, mülki vertolyot deyildi. Bu, raket idi. Bizə adekvat həll yolları, yeni qüvvələr və vasitələr (cavab vermək üçün - red.) lazımdır", - Lappo bildirib.
General eyni zamanda Belarusun demək olar ki, hər bir sərhəd zastavasının pilotsuz uçuş aparatları ilə təchiz olunduğunu vurğulayıb.