https://sputnik.az/20230128/azerbaycanli-qadin-herbci-nato-kollecinin-yuksekixtisasli-kursunu-bitirib-451151046.html
Azərbaycanlı qadın hərbçi NATO kollecinin yüksəkixtisaslı kursunu bitirib
Azərbaycanlı qadın hərbçi NATO kollecinin yüksəkixtisaslı kursunu bitirib
Sputnik Azərbaycan
Polkovnik-leytenant Samirə Kərimzadə NATO-nun İtaliyanın paytaxtı Romadakı Müdafiə Kollecinin yüksəkixtisaslı kursunu bitirən azərbaycanlı ilk qadın hərbi... 28.01.2023, Sputnik Azərbaycan
2023-01-28T20:20+0400
2023-01-28T20:20+0400
2023-01-28T20:20+0400
hərbi
nato
müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1c/451150745_0:50:1000:613_1920x0_80_0_0_a9ef3475c6581dcabbcec88257b0cc96.jpg
BAKı, 28 yanvar - Sputnik. Azərbaycan Müdafiə Nazirliyinin polkovnik-leytenantı Samirə Kərimzadə NATO-nun İtaliyanın paytaxtı Romadakı Müdafiə Kollecinin yüksəkixtisaslı kursunu bitirən azərbaycanlı ilk qadın hərbi qulluqçudur.Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. "Ötən il avqustun 16-dan cari il yanvarın 27-dək davam edən kursda təkcə NATO-ya üzv dövlətlərin deyil, həm də alyansın tərəfdaşı olan ölkələrin hərbi qulluqçuları iştirak ediblər. Zabitlərin hazırlanmasına və təliminə yönələn kurs müddətində ölkələrin silahlı qüvvələrinin, mədəniyyətinin, ənənələrinin və milli mətbəxinin təqdimatları da olub.Hərbi qulluqçularımızın bu kurslarda iştirakı Azərbaycan-NATO tərəfdaşlığının yüksək səviyyədə olmasının göstəricisidir", - MN-in məlumatında deyilir.Orada həmçinin qeyd edilib ki, NATO Müdafiə Kolleci ilə Azərbaycan artıq uzun illərdir əməkdaşlıq edir. Bu kollecdə kurs keçən zabitlərimiz Azərbaycan Silahlı Qüvvələri sıralarında layiqincə hərbi xidmət keçirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1c/451150745_58:0:942:663_1920x0_80_0_0_d1617933faf77aef4c44381cb340a41b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nato, müdafiə nazirliyi
Azərbaycanlı qadın hərbçi NATO kollecinin yüksəkixtisaslı kursunu bitirib
Polkovnik-leytenant Samirə Kərimzadə NATO-nun İtaliyanın paytaxtı Romadakı Müdafiə Kollecinin yüksəkixtisaslı kursunu bitirən azərbaycanlı ilk qadın hərbi qulluqçudur.
BAKı, 28 yanvar - Sputnik. Azərbaycan Müdafiə Nazirliyinin polkovnik-leytenantı Samirə Kərimzadə NATO-nun İtaliyanın paytaxtı Romadakı Müdafiə Kollecinin yüksəkixtisaslı kursunu bitirən azərbaycanlı ilk qadın hərbi qulluqçudur.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
"Ötən il avqustun 16-dan cari il yanvarın 27-dək davam edən kursda təkcə NATO-ya üzv dövlətlərin deyil, həm də alyansın tərəfdaşı olan ölkələrin hərbi qulluqçuları iştirak ediblər. Zabitlərin hazırlanmasına və təliminə yönələn kurs müddətində ölkələrin silahlı qüvvələrinin, mədəniyyətinin, ənənələrinin və milli mətbəxinin təqdimatları da olub.
Hərbi qulluqçularımızın bu kurslarda iştirakı Azərbaycan-NATO tərəfdaşlığının yüksək səviyyədə olmasının göstəricisidir", - MN-in məlumatında deyilir.
Orada həmçinin qeyd edilib ki, NATO Müdafiə Kolleci ilə Azərbaycan artıq uzun illərdir əməkdaşlıq edir. Bu kollecdə kurs keçən zabitlərimiz Azərbaycan Silahlı Qüvvələri sıralarında layiqincə hərbi xidmət keçirlər.