https://sputnik.az/20230128/azerbaycanda-yeni-medal-tesis-edilecek-451137811.html
Azərbaycanda yeni medal təsis ediləcək
Azərbaycanda yeni medal təsis ediləcək
Sputnik Azərbaycan
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində "Azərbaycan Respublikasının "Heydər Əliyev-100" yubiley medalının təsis edilməsi haqqında qanun... 28.01.2023, Sputnik Azərbaycan
2023-01-28T19:58+0400
2023-01-28T19:58+0400
2023-01-28T19:58+0400
medal
heydər əliyev ili
heydər əliyev
milli məclis
https://cdnn1.img.sputnik.az/img/42296/39/422963995_0:320:3072:2048_1920x0_80_0_0_1377339c4f5263f86daa0e1ddfd39a1e.jpg
BAKI, 28 yanvar — Sputnik. "Heydər Əliyev-100" yubiley medalı təsis ediləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu məsələ Milli Məclisin 2023-cü il yaz sessiyası qanunvericilik işləri planına daxil edilib. Qeyd edilib ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində "Azərbaycan Respublikasının "Heydər Əliyev-100" yubiley medalının təsis edilməsi haqqında qanun layihəsi hazırlanacaq. Bu arada Milli Məclisin 2023-cü il yaz sessiyası üçün qanunvericilik işləri planına daxil edilən məsələlər məlum olub. Parlamentin 2023-cü il yaz sessiyası qanunvericilik işləri planına 9 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının, Azərbaycan Respublikasının Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri; 2. Azərbaycan Respublikasının "Heydər Əliyev -100" yubiley medalının təsis edilməsi haqqında qanun layihəsi; 3. "Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsi; 4. Rəqabət Məcəlləsi layihəsi; 5. "Qiymətləndirmə fəaliyyəti haqqında" qanun layihəsi; 6. "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi; 7. "Ali təhsil haqqında" qanun layihəsi; 8. "Qeyri maddi-mədəni irsin qorunması haqqında" qanun layihəsi; 9. Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42296/39/422963995_271:0:3002:2048_1920x0_80_0_0_f9f0de39cf79bb4c06f93f24f33e2d71.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
medal, heydər əliyev, milli məclis
medal, heydər əliyev, milli məclis
Azərbaycanda yeni medal təsis ediləcək
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində "Azərbaycan Respublikasının "Heydər Əliyev-100" yubiley medalının təsis edilməsi haqqında qanun layihəsi hazırlanacaq.
BAKI, 28 yanvar — Sputnik. "Heydər Əliyev-100" yubiley medalı təsis ediləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu məsələ Milli Məclisin 2023-cü il yaz sessiyası qanunvericilik işləri planına daxil edilib.
Qeyd edilib ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində "Azərbaycan Respublikasının "Heydər Əliyev-100" yubiley medalının təsis edilməsi haqqında qanun layihəsi hazırlanacaq.
Bu arada Milli Məclisin 2023-cü il yaz sessiyası üçün qanunvericilik işləri planına daxil edilən məsələlər məlum olub. Parlamentin 2023-cü il yaz sessiyası qanunvericilik işləri planına 9 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:
1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının, Azərbaycan Respublikasının Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri;
2. Azərbaycan Respublikasının "Heydər Əliyev -100" yubiley medalının təsis edilməsi haqqında qanun layihəsi;
3. "Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsi;
4. Rəqabət Məcəlləsi layihəsi;
5. "Qiymətləndirmə fəaliyyəti haqqında" qanun layihəsi;
6. "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi;
7. "Ali təhsil haqqında" qanun layihəsi;
8. "Qeyri maddi-mədəni irsin qorunması haqqında" qanun layihəsi;
9. Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri.