Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan Ordusunda döyüş hazırlığı üzrə məşğələlər keçirilir - VİDEO

© AR Ministry of DefenceMühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir
Mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir - Sputnik Azərbaycan, 1920, 28.01.2023
Abunə olmaq
Məşğələlərdə hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin və döyüşə hazırolma vərdişlərinin, eləcə də silahlanmaya qəbul edilmiş müasir mühəndis texnikası və avadanlıqlarından effektiv istifadə etmə üzrə bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib.
BAKI, 28 yanvar — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi plana uyğun olaraq mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir.
Nazirlikdən Sputnik Azərbaycan-a verilən xəbərə görə, plana əsasən mühəndis bölmələri mürəkkəb əməliyyat şəraitində döyüş əməliyyatlarının mühəndis təminatı üzrə tapşırıqları yerinə yetirirlər.
Digər dövlət agentliklərinin mütəxəssislərinin də iştirakı ilə keçirilən məşğələlərdə əsas diqqət mühəndis təminatını yerinə yetirən hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin və döyüşə hazırolma vərdişlərinin, eləcə də silahlanmaya qəbul edilmiş müasir mühəndis texnikası və avadanlıqlarından effektiv istifadə etmə üzrə bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib.
© AR Ministry of DefenceMühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir
Mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir - Sputnik Azərbaycan, 1920, 28.01.2023
Mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir
Məşğələlərə cəlb edilən şəxsi heyət minaların və partlamamış döyüş sursatlarının aşkar edilməsi və zərərsizləşdirilməsi, ponton-körpü salmaqla su maneələrinin keçilməsi, mina sahələrində müxtəlif üsullarla keçidlərin açılması, maneələrin dəf edilməsi və digər tapşırıqları praktiki icra edirlər.
Azərbaycan Ordusunun mühəndis bölmələrinin şəxsi heyətinin döyüş hazırlığının artırılması məqsədilə keçirilən məşğələlər davam edir.
Xəbər lenti
0