https://sputnik.az/20230128/abs-azerbaycan-ve-ermenistan-arasinda-birbasa-dialoqu-destekleyir---karen-donfrid--451145590.html
ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu dəstəkləyir - Karen Donfrid
ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu dəstəkləyir - Karen Donfrid
Sputnik Azərbaycan
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid deyib ki, ABŞ vəziyyətin hər hansı bir formada gərginləşməsini görmək istəmir. 28.01.2023, Sputnik Azərbaycan
2023-01-28T16:53+0400
2023-01-28T16:53+0400
2023-01-28T17:33+0400
siyasət
abş
abş dövlət departamenti
ermənistan
https://cdnn1.img.sputnik.az/img/40419/97/404199728_0:254:4928:3026_1920x0_80_0_0_33dde76c19768f741aad35fd6d1fd0d2.jpg
BAKI, 28 yanvar - Sputnik. ABŞ dövlət katibi Entoni Blinkenin gündəliyindəki əsas məsələlərdən biri olan Azərbaycan-Ermənistan danışıqlar prosesi özündə yekun sülh sazişi, sərhədlərin demarkasiyası, ölkələr arasında nəqliyyat əlaqələrinin bərpası da daxil olmaqla bir çox mürəkkəb məsələlərin müzakirəsini birləşdirir.Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid “Amerikanın səsi” radiosunun erməni xidmətinə müsahibəsində deyib.Donfrid bildirib ki, ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu dəstəkləyir.Onun sözlərinə görə, yalnız bu yolla haqqında danışılan mürəkkəb məsələlərin həllinə nail olmaq olar: “Biz hesab edirik ki, Azərbaycan və Ermənistan sülh prosesinə olduqca sadiqdir. Biz anlayırıq ki, sülhə nail olmaq üçün qəbul edilməsi zəruri olan çətin qərarlar rəsmi İrəvan və Bakı tərəfindən verilməlidir, bunu anlayaraq hər cür kömək etməyə hazırıq”.Diplomat vurğulayıb ki, ABŞ vəziyyətin hər hansı bir formada gərginləşməsini görmək istəmir.“ABŞ hər zaman etdiyi kimi, ilk növbədə iki ölkə arasında vəziyyətin gərginləşməməsindən əmin olmaq və müsbət irəliləyişə nail olmaq üçün diplomatik münasibətləri davam etdirəcək”, - Blinkenin köməkçisi diqqətə çatdırıb.Donfrid həmçinin Avropa İttifaqına Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müşahidə etmək üçün mülki missiya göndərdiyinə görə minnətdarlığını bildirib və o əlavə edib ki, ABŞ bu təşəbbüsü tam şəkildə dəstəkləyir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40419/97/404199728_278:0:4651:3280_1920x0_80_0_0_e55e4f265a497085fd102af13f4b0de4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, abş dövlət departamenti, ermənistan
abş, abş dövlət departamenti, ermənistan
ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu dəstəkləyir - Karen Donfrid
16:53 28.01.2023 (Yenilənib: 17:33 28.01.2023) ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid deyib ki, ABŞ vəziyyətin hər hansı bir formada gərginləşməsini görmək istəmir.
BAKI, 28 yanvar - Sputnik. ABŞ dövlət katibi Entoni Blinkenin gündəliyindəki əsas məsələlərdən biri olan Azərbaycan-Ermənistan danışıqlar prosesi özündə yekun sülh sazişi, sərhədlərin demarkasiyası, ölkələr arasında nəqliyyat əlaqələrinin bərpası da daxil olmaqla bir çox mürəkkəb məsələlərin müzakirəsini birləşdirir.
Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid “Amerikanın səsi” radiosunun erməni xidmətinə müsahibəsində deyib.
Donfrid bildirib ki, ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu dəstəkləyir.
Onun sözlərinə görə, yalnız bu yolla haqqında danışılan mürəkkəb məsələlərin həllinə nail olmaq olar: “Biz hesab edirik ki, Azərbaycan və Ermənistan sülh prosesinə olduqca sadiqdir. Biz anlayırıq ki, sülhə nail olmaq üçün qəbul edilməsi zəruri olan çətin qərarlar rəsmi İrəvan və Bakı tərəfindən verilməlidir, bunu anlayaraq hər cür kömək etməyə hazırıq”.
Diplomat vurğulayıb ki, ABŞ vəziyyətin hər hansı bir formada gərginləşməsini görmək istəmir.
“ABŞ hər zaman etdiyi kimi, ilk növbədə iki ölkə arasında vəziyyətin gərginləşməməsindən əmin olmaq və müsbət irəliləyişə nail olmaq üçün diplomatik münasibətləri davam etdirəcək”, - Blinkenin köməkçisi diqqətə çatdırıb.
Donfrid həmçinin Avropa İttifaqına Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müşahidə etmək üçün mülki missiya göndərdiyinə görə minnətdarlığını bildirib və o əlavə edib ki, ABŞ bu təşəbbüsü tam şəkildə dəstəkləyir.